• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Bağışlamaq böyük qəlbli insanlara xasdır... [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

17-05-2023, 10:09

Bağışlamaq böyük qəlbli insanlara xasdır...


Hər kəsə məlumdur ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin mükəmməl siyasətini, o cümlədən humanizm siyasətini müasir tələblərə uyğun özünəməxsus tərzdə uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 20 il dövlət tərəfindən vətəndaşların rifahının hərtərəfli yaxşılaşdırılması, eləcə də insan hüquq və azadlıqlarının daha etibarlı müdafiə edilməsi, həmçinin hər bir məqamda insanlara qarşı mərhəmətli və humanist mövqe sərgilənməsi ilə səciyyələnib. Ulu Öndər Heydər Əliyev xalqın təkidi ilə növbəti dəfə hakimiyyətə gəldikdən sonra hüquqi və demokratik dövlətin əsas təməllərindən biri olan insan hüquqlarının və azadlıqlarının qorunması respublikamızda effektiv təşkil olunub, bütün sahələrdə insanpərvərlik və xeyirxahlıq prinsiplərinin rəhbər tutulması prioritet olub. Məhz humanist insan Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ilin iyunundan ölkəmizdə ölüm cəzasının icrasına moratorium qoyulub, tətbiqi məhdudlaşdırılıb, 1998-ci il fevralın 10-da isə bu cəza növü Şərqdə ilk dəfə olaraq Azərbaycanda ləğv edilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında hərbi prokurorun böyük köməkçisi-Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, Baş ədliyyə müşaviri Firad Əliyevin “Bağışlamaq böyük qəlbli insanlara xasdır...” sərlövhəli məqaləsində əksini tapıb. Həmin məqaləni təqdim edirik.

Müdrik şəxsiyyət Heydər Əliyevin həyata keçirdiyi humanist siyasətdə mühüm istiqamətlərdən biri də cinayət törətdikdən sonra peşman olmuş, əməlini etiraf etmiş şəxslərin əfv edilməsi, bağışlanması olub. Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının yaradılması və əfvetmə institutunun bərpa olunması da Ulu Öndərin müstəsna xidmətlərindən biri olmaqla, humanizmin növbəti bariz nümunəsi idi. Vurğulanmalıdır ki, 1995-2003-cü illərdə Ulu Öndər Heydər Əliyevin imzaladığı 32 əfv fərmanı ilə üç mindən artıq məhkum azadlığa buraxılıb, həmçinin qeyd olunan dövrdə insanpərvər şəxsiyyətin təşəbbüsü ilə Milli Məclisin qəbul etdiyi 7 “Amnistiya haqqında” qərarı 60 mindən artıq şəxsə şamil edilib.

Sirr deyil ki, hüquqi-xeyirxah ənənələr dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu gün də uğurla davam etdirilir. Vurğulanmalıdır ki, Azərbaycan Prezidenti əfvetmə institutunun çevik və işlək mexanizmlər əsasında fəaliyyət göstərməsini daim diqqət mərkəzində saxlamaqla, bu sahədə də mütəmadi olaraq dəyərli tövsiyə və tapşırıqlarını verir. Səmərəli fəaliyyət göstərməklə xalq arasında böyük nüfuz qazanmış Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının gördüyü mütərəqqi işlər dövlətin kimliyindən asılı olmayaraq hər bir kəsə inamla və hörmətlə yanaşmasının, insanpərvərlik ideyalarının ölkəmizdə mühüm əhəmiyyət kəsb etməsinin təcəssümüdür. Son 20 ilə yaxın müddətdə ölkə rəhbərinin imzaladığı 36 əfv fərman və sərəncamı, böyük ürəkli insanın təşəbbüsü ilə qəbul olunmuş çoxsaylı amnistiya aktları on minlərlə insanı fərəhləndirib. Amnistiya aktlarından bəhs edərkən qeyd olunmalıdır ki, müstəqillik dövründə 12 amnistiya aktı qəbul olunub və 100 mindən artıq şəxsə şamil edilib. Xüsusi vurğulanmalıdır ki, xeyirxah əməlləri ilə xalqın sonsuz sevgisini qazanmış Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2007-ci, 2009-cu, 2013-cü və 2016-cı illərdə dörd amnistiya aktı qəbul edilib ki, bu da 40 mindən artıq nəfərə şamil olunub.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə qəbul olunmuş Əfv Sərəncamı ölkəmizdə həyata keçirilən humanist siyasətin, dövlətin və rəhbərinin xalqa olan doğma münasibətinin, hər bir vətəndaşa verdiyi yüksək dəyərin növbəti təzahürüdür. Ümumilikdə 801 məhkumu əhatə edən Sərəncamla 463 nəfər azadlıqdan məhrumetmə cəzasından azad edilib, 220 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Həmçinin Probasiya xidmətinin nəzarətində olan azadlıqdan məhrumetməyə alternativ cəzalara məhkum edilmiş 118 nəfər əfv olunub. Onlardan 88 nəfəri cərimə, 18 nəfər azadlığın məhdudlaşdırılması, digərləri isə islah, şərti məhkumetmə və başqa cəzalardan azad ediliblər. Xüsusi vurğulamaq lazımdır ki, həmin Sərəncam müstəqillik tariximizin ən böyük əfv aktıdır. Əminəm ki, Prezidentin imzaladığı Əfv Sərəncamı dövlətin humanist siyasətinə, ölkəmizdə insan hüquqlarının etibarlı müdafiəsinə və haqqa-ədalətə cəmiyyətdə olan inamı daha da artıracaqdır. Bu aktın şamil edildiyi şəxslər isə dövlətin onlara olan münasibətini dəyərləndirərək, baş verənləri doğru anlamaqla, bütün bunlardan nəticə çıxaracaq və bir daha eyni və ya bənzər nöqsanlara yol verməyərək öz əvvəlki normal həyatlarına qayıdacaqlar. Beləliklə də, 1995-2023-cü illər ərzində Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən ümumilikdə 68 əfv fərman və sərəncamı qəbul edilib. Bu da hər iki tarixi şəxsiyyətin mərhəmətinin, insanpərvərliyinin və xeyirxahlığının əyani sübutudur.

Prokurorluq işçisi olaraq qeyd etmək istəyirəm ki, 2023-cü ilin “Heydər Əliyev İli” olmasının məsuliyyətini dərk edən prokurorluq, o cümlədən hərbi prokurorluq işçiləri bu ilin əvvəlki illərlə müqayisədə bol uğurlarla yadda qalması üçün daha əzmlə çalışırlar. Azərbaycanın Baş prokuroru, birinci dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarının səmərəli fəaliyyəti uğurla davam etdirilməklə mütərəqqi islahatlar həyata keçirilib, prokurorluq əməkdaşları qanunçuluğun və hüquq qaydalarının daha da möhkəmləndirilməsi məqsədilə bütün mümkün zəruri tədbirlərin görülməsi təmin edib, o cümlədən uzun illər bağlı qalmış cinayətlərin üstü açılaraq müvafiq şəxslər cinayət məsuliyyətinə cəlb edilib və sair işlər görülüb. Hərbi prokurorluq orqanlarının işçiləri də Baş prokurorun müavini- Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin rəhbərliyi ilə üzərilərinə düşən vəzifələri layiqincə icra edərək uğurlar qazanıblar. Düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, eləcə də tələb edilən səviyyədə prosessual rəhbərlik sayəsində qeydə alınmış cinayətlərin ümumilikdə 99,1 faizi açılıb. Bundan başqa, Hərbi Prokurorluğun Azərbaycan Ordusu və başqa silahlı birləşmələrlə birgə işgüzar fəaliyyəti ölkədə hərbi xidmət əleyhinə olan cinayətlərin və hərbi qulluqçular tərəfindən törədilən bəzi qəbildən olan cinayətlərin sayının əhəmiyyətli dərəcədə azalması ilə nəticələnib. Misal üçün, 2022-ci ilin dörd ayı ilə müqayisədə, 2023-cü ilin müvafiq dövründə qeydə alınmış hərbi xidmət əleyhinə olan cinayətlər 47,1 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 33,3 faiz, hərbi xidmətdən yayınma cinayətləri 57,8 faiz, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 61,9 faiz və qəsdən adam öldürmə cinayətləri 50 faiz azalıb.

Göründüyü kimi, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş humanist siyasət və insanpərvərlik ənənələri dövlət başçısının rəhbərliyi ilə uğurla davam etdirilir.

Sonda bir daha vurğulamaq istəyirəm ki, “Heydər Əliyev İli”ndə qayğıkeş lider İlham Əliyevin həmin sərəncamla cinayət törətmiş şəxsləri əfv edərək çoxsaylı ailələri sevindirməsi, ölkəmizdə insan amilinə verilən yüksək dəyərin göstəricisidir. Xalq bir daha əmin oldu ki, onun hər bir nümayəndəsi kimliyindən və hansı zümrəyə aid olmasından asılı olmayaraq dövlət qayğısı ilə əhatə olunur. Odur ki, millətimiz öz rəhbərinə misilsiz məhəbbət bəsləyir və bu istək günbəgün daha da dərinləşir.

Oxunub: 10282
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

16-05-2023, 14:53

Xəndan Əhmədov: Ulu Öndərə olan böyük inam, sonsuz sevgi Azərbaycan xalqının müdrikliyini bir daha göstərdi [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

14-05-2023, 13:09

Cabir Hüseyinov: Gələcək nəsillərin xoşbəxt yaşaması üçün dəyərli miras [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

14-05-2023, 14:18

Elgiz İsmailov: Modern millətlər qurucu liderləri ilə tanınır [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Balıq məhsulları tam nəzarətə götürülür - Bazar BELƏ DƏYİŞƏCƏK
DİN-dən xəbərdarlıq: Bu məlumatları heç kimlə paylaşmayın
Azərbaycanın daha bir ölkə ilə viza rejimi ləğv olunur
Niyə mənzillər oğlanlara deyil, qızlara etibar edilir? - VİDEO
Zəngəzur dəhlizi TƏHLÜKƏDƏ – Moskva gör NƏ tələb edir…
Dövlət mülkiyyətində olan əmlakla bağlı yeni qanun
Hadisə
11-07-2026, 11:30
Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu
11-07-2026, 09:23
Evin girişi başlarına uçdu, köməksiz vəziyyətdə qaldılar - VİDEO
10-07-2026, 11:30
Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti - Açıqlandı
10-07-2026, 11:26
“Bundan maşın çıxmaz, bilmirəm zərərimi necə ödəyəcəklər” - Video
9-07-2026, 09:25
Bu kəndlə əlaqə kəsildi
8-07-2026, 14:11
Nazirliyin qoyunlarını oğurladı
Son xəbərlər
  • Bugün, 10:50
    Şuşada Azərbaycan və Slovakiya prezidentlərinin təkbətək görüşü olub
  • Bugün, 10:44
    Slovakiya Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi oldu
  • Bugün, 09:59
    Hikmət Hacıyev: Münaqişələr həm də informasiya məkanında aparılır
  • Bugün, 09:55
    ABŞ İranı yenidən bombaladı
  • Bugün, 09:22
    BƏƏ Hörmüz boğazından yan keçmək üçün yeni liman və terminal tikəcək
  • Bugün, 09:19
    Finalın bir addımlığında: Bu gün möhtəşəm qarşılaşma var
  • Bugün, 09:00
    Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
  • Dün, 23:56
    Dünya Kriminal qəzetinin kollektivi Eldar Salahova dərin hüznlə başsağlığı verir
  • Dün, 16:00
    Bakı BUNU bacardı: İsrail onları MƏYUS etdi – Revanşistlər ŞOKDA
  • Dün, 15:30
    Balıq məhsulları tam nəzarətə götürülür - Bazar BELƏ DƏYİŞƏCƏK
  • Dün, 13:12
    DİN-dən xəbərdarlıq: Bu məlumatları heç kimlə paylaşmayın
  • Dün, 13:05
    Prezident: "Yaponiya ilə müdafiə sənayesində birgə müəssisələr yarada bilərik"
  • Dün, 13:02
    İlham Əliyev: Qarabağın bərpasında Azərbaycana birinci yardım edən məhz Şavkat Mirziyoyev olub
  • Dün, 12:36
    İlham Əliyev: Azərbaycanın potensial daxili riskləri yoxdur
  • Dün, 11:16
    Azərbaycanın daha bir ölkə ilə viza rejimi ləğv olunur
  • Dün, 11:11
    Dövlət başçısı: Fransanın dənizaşırı əraziləri kolonial müstəmləkəçilik siyasətindən əziyyət çəkir
  • Dün, 11:07
    Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı
  • Dün, 11:02
    Prezident: Azərbaycan və Rusiya münasibətləri normallaşdırıb və müsbət dinamikaya malikdir
  • Dün, 10:56
    İlham Əliyev: Donald Tramp sülhsevər və sülhü gətirə biləcək insandır - YENİLƏNİB
  • Dün, 10:44
    Prezident: "Avropaya qaz təchizatının həcminin artırılması ilə bağlı danışıqlar gedir"
  • Dün, 10:40
    Dövlət başçısı: Təhlükəsizlik təhdidləri bizim region üçün kitablarda oxuduğumuz mövzu deyil
  • Dün, 10:36
    İlham Əliyev: "Azərbaycan artıq orta gücə çevrilir"
  • Dün, 10:08
    İlham Əliyev: Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir
  • Dün, 10:04
    İlham Əliyev: "907-ci düzəliş" ermənipərəst senatorlar tərəfindən irəli sürülmüşdü
  • Dün, 10:00
    Prezident: Borrel vəzifədən getdikdən sonra Azərbaycanın Avropa Komissiyası ilə münasibətləri yaxşılaşmağa başladı
  • Dün, 09:56
    İlham Əliyev Şuşa Qlobal Media Forumunun keçirilməsinin məqsədindən danışdı
  • Dün, 09:46
    Dövlət başçısı: Coğrafi mövqeyimizin üstünlüklərindən səmərəli istifadə etməyə nail olmuşuq
  • Dün, 09:42
    İlham Əliyev: Azərbaycan və Türkiyə kimi dünyada bir-birinə yaxın iki ölkə yoxdur
  • Dün, 09:38
    Prezident: Qonşularla əlaqə olmadan tranzit ölkə olmaq mümkün deyil
  • Dün, 09:27
    Şuşada Prezidentin iştirakı ilə Forum başladı - YENİLƏNİB - CANLI
  • Dün, 09:00
    Niyə mənzillər oğlanlara deyil, qızlara etibar edilir? - VİDEO
  • 11-07-2026, 22:02
    Prezident: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir
  • 11-07-2026, 21:44
    İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır
  • 11-07-2026, 20:30
    32 il əvvəl Ulu Öndərlə çəkilən şəkil Prezidentə göstərildi - Foto
  • 11-07-2026, 18:12
    İlham Əliyev “Xankəndi” hotelinin açılışında - Fotolar
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə