• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Cabir Hüseyinov: Gələcək nəsillərin xoşbəxt yaşaması üçün dəyərli miras [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

14-05-2023, 13:09

Cabir Hüseyinov: Gələcək nəsillərin xoşbəxt yaşaması üçün dəyərli miras


Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Astara rayon Komitəsinin sədri Cabir Hüseyinov - Dahi şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya siyasi elitasının dünyanın ən güclü siyasətçisi adlandırdığı ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ölkəmizdə və xaricdə təntənə ilə qeyd olunur. Bugünkü güclü Azərbaycan dövlətinin təməlini qoyan Heydər Əliyev gələcək nəsillərin xoşbəxt yaşaması üçün dəyərli miras qoymuşdur. Hər bir azərbaycanlı bu dahi şəxsiyyətin xatirəsini yaşadır və uca tutur.

Ulu öndərin 100 illik yubileyi ilə əlaqədar Prezident İlham Əliyev Şuşa şəhərində Azərbaycan xalqına müraciətində istər SSRİ dövründə, istərsə də müstəqillik zamanında ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinə və xalqına göstərdiyi misilsiz xidmətlər, bu gün Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz sahibi olması, ölkəmizin iqtisadi və siyasi sahələrdə böyük uğurlara imza atması barədə çıxış etdi.

Azərbaycanın bugünkü bütün uğurlarına görə hər birimiz ulu öndər Heydər Əliyevə borcluyuq. Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin müstəqilliyi və Azərbaycan xalqının rifahı naminə öz həyatını itirmək təhlükəsi ilə üz-üzə qoymuş, lakin heç vaxt öz əqidəsindən, müqəddəs amalından geri çəkilməmişdir.

Ötən əsrin 70-ci illərinə qədər Azərbaycan, SSRİ-nin tərkibində olan respublikalar arasında ən geridə qalan respuklika idi. 1969-cu ildə Heydər Əliyev Azərbaycana rəhbər təyin edildikdən sonra respublikamız böyük inkişaf mərhələsinə qədəm qoydu. Sənaye, eləcə də iqtisadiyyatın digər sahələri də sürətlə inkişaf etməyə başladı. Qısa zaman ərzində Heydər Əliyev Azərbaycanı dirçəltdi və respublikamız ön sıralara yüksəldi. Azərbaycan öz-özünü hərtərəfli təmin edə bilən az sayda olan respublikalardan birinə çevrildi. SSRİ rəhbərliyi 1982-ci ildə Heydər Əliyevi Moskvaya dəvət edərək onu SSRİ Nazirlər Soveti sədrinin 1ci müavini vəzifəsinə təyin etdi. SSRİ rəhbərliyində çalışdığı zaman da Heydər Əliyev Azərbaycanın inkişafına böyük diqqət ayırırdı. Mixail Qorbaçovun apardığı yanlış siyasətə etiraz əlaməti olaraq Heydər Əliyev 1987-ci ildə vəzifəsindən istefa verdi. Həmin vaxtdan etibarən Azərbaycan xalqının faciələri başlandı. Qorbaçovun ətrafındakı ermənilər Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistana verilməsi barədə məsələ qaldırdılar. Ulu öndər hakimiyyətdə olsaydı ermənilər bu cürəti etməzdilər. Ermənilər hər zaman Heydər Əliyev şəxsiyyətindən qorxub, çəkiniblər.

1990-cı il 20 yanvar tarixində Azərbaycan xalqının başına gətirilən faciəni də ilk dəfə dünya ictimaiyyətinə Heydər Əliyev çatdırdı. Yanvarın 21 - də Azərbaycanın Moskvada yerləşən nümayəndəliyinə gələn Heydər Əliyev Sovet İttifaqının rəhbərliyinin bu cinayətini pisləyən bəyanatla çıxış etmişdir. Bu hadisədən sonra Heydər Əliyevə qarşı hücum və təzyiqlər artmağa başladı. 1990-cı ilin iyul ayında Bakıya qayıdan Heydər Əliyevə o vaxt Azərbaycana rəhbərlik edən şəxslər də təzyiq göstərməyə başladı. Heydər Əliyev öz doğulduğu Naxçıvana qayıtdı. O zamanlar Naxçıvanda vəziyyət çox gərgin idi. Naxçıvan blokadada qalmışdı və əhali çox əziyyət çəkirdi. Heydər Əliyev Naxçıvanı qorudu və inkişaf etdirdi. Azərbaycanın müstəqilliyə gedən yolu Naxçıvandan başladı. Ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildikdən sonra məhz onun təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Dövlət bayrağı kimi təsis edilmiş və Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından "Sovet Sosialist" sözləri çıxarılmışdır. Ümumilikdə o vaxtlar Azərbaycanda vəziyyət olduqca ağır idi. Azərbaycanın bir qrup görkəmli ziyalıları yeni partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər. 1992-ci ildə Yeni Azərbaycan Partiyası yaradıldı və Heydər Əliyev partiyanın sədri seçildi. YAP müxalifət partiyası olaraq yaradılmışdır. Partiya yaradıldıqdan dərhal sonra bütün ölkə daxilində partiyaya üzv olmaq istəyən insanların sayı artmağa başladı. Xalq Heydər Əliyev ətrafında birləşməyə başladı və ölkəni bu ağır durumdan çıxaracaq şəxsin məhz Heydər Əliyev olacağına inanırdı.

Zorla hakimiyyəti ələ keçirən AXC-Müsavat cütlüyü ölkədə talançılıq, soyğunçuluqla məşgul idi. Qarabağ və Şərqi Zəngəzurun şəhər və kəndləri bir birinin ardınca Ermənistan tərəfindən işğal olunurdu. AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə artıq vətəndaş müharibəsi təhlükəsi yaranmışdır. Bütün bölgədə qardaş qanı axıdılırdı. Ölkəni bu çıxılmaz ağır vəziyyətdən çıxara biləcək şəxs Heydər Əliyev idi. Xalqın haqlı tələbi və təkidi ilə Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldi. 1993-cü ildə Heydər Əliyev Prezident seçildikdən sonra Azərbaycan iqtisadi, siyasi inkişafa qədəm qoydu. Erməni işğalının qarşısı alındı. Heydər Əliyev Azərbaycanda böyük ordu quruculuğunun təməlini qoydu. Xarici təzyiqlərə baxmayaraq ulu öndərin qətiyyəti və müdrik siyasəti nəticəsində "Əsrin müqaviləsi" adlandırılan neft kontraktları imzalandı. Azərbaycan nefti dünya bazarına çıxarıldı və ölkəmizin iqtisadi gücü artmağa başladı. Gələn gəlirlər ölkə iqtisadiyyatının digər sahələri ilə yanaşı ordu quruculuğuna da yönəldildi.

Heydər Əliyev irsini, siyasi kursunu davam etdirən Prezident İlham Əliyev daha güclü Azərbaycan dövləti qurdu. Prezident İlham Əliyev Azərbaycanı az ölkələrə nəsib olan müstəqil iqtisadiyyatı olan dövlətə çevirdi. Cənab İlham Əliyev təməli Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Ordusunu dünyanın ən güclü orduları sırasına yüksəltdi. Bu ordu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 30 il işğalda qalan torpaqlarını işğaldan azad etdi. Ermənilərin 30 il viran qoyduqları şəhər və kəndlərimiz yenidən ən müasir formada inşa edilməyə başladı. Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur.

Ulu öndər Heydər Əliyev bütün həyatını Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinin bərpasına həsr edərək ökəmizin bütöv olmasını arzulayırdı. Ulu öndər Heydər Əliyev bütün çıxışlarında işğal altında qalan torpaqlarımıza mütləq qayıdacağımızı vurğulayırdı. Prezident İlham Əliyev torpaqlarlmızı işğaldan azad etməklə xalqımızın qürurunu özünə qaytardı, Heydər Əliyev vəsiyyətini yerinə yetirdi.

Artıq Azərbaycan dünya üçün önəmli dövlətə, söz sahibinə, güc mərkəzinə çevrilmişdir. Azərbaycan dünyada ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatına rəhbərlik edir. Məhz cənab İlham Əliyevin sədrliyi dövründə Qoşulmama Hərəkatı dünyada nüfuzlu bir təşkilata çevrildi. Azərbaycan Avropa İttifaqı ilə də bir çox sahədə əməkdaşlıq edir və Avropa İttifaqının enerji təhlükəsizliyində müstəsna rol oynayır. Bir çox Avropa dövlətləri Azərbaycanı özlərinə dost və müttəfiq ölkə hesab edir. Avropa İttifaqına üzv 9 dövlət ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanmışdır.

Bu gün hər bir azərbaycanlı ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu azad, demokratik, güclü bir ölkənin vətəndaşı olmasından qürur duyur.

Oxunub: 10288
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

15-05-2023, 11:57

Ofelya Məmmədova: Ulu Öndərin ideyalarına daim sadiqik [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

15-05-2023, 11:07

Səttar Möhbalıyev: “Brüssel görüşü Azərbaycanın siyasi iradəsini əks etdirdi” [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

15-05-2023, 12:14

İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

15-05-2023, 12:38

“Qarşıdurma olsa, Azərbaycan Şuşadan Xankəndiyə qoşun yeridəcək...” [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Elektron siqaretlərlə bağlı daha bir QADAĞA
Azərbaycanda tələbələrlə bağlı YENİ QANUN
Dövlət mülkiyyətində olan əmlaklarla bağlı YENİLİK
Valyutanın xaricdən qaytarılmamasına görə cərimə dəyişir
Balıqçılıq məhsullarının yeni satış qaydalar
Balıq məhsulları tam nəzarətə götürülür - Bazar BELƏ DƏYİŞƏCƏK
Hadisə
11-07-2026, 11:30
Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu
11-07-2026, 09:23
Evin girişi başlarına uçdu, köməksiz vəziyyətdə qaldılar - VİDEO
10-07-2026, 11:30
Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti - Açıqlandı
10-07-2026, 11:26
“Bundan maşın çıxmaz, bilmirəm zərərimi necə ödəyəcəklər” - Video
9-07-2026, 09:25
Bu kəndlə əlaqə kəsildi
8-07-2026, 14:11
Nazirliyin qoyunlarını oğurladı
Son xəbərlər
  • Bugün, 12:34
    Elektron siqaretlərlə bağlı daha bir QADAĞA
  • Bugün, 12:31
    Azərbaycanda tələbələrlə bağlı YENİ QANUN
  • Bugün, 12:28
    Dövlət mülkiyyətində olan əmlaklarla bağlı YENİLİK
  • Bugün, 12:25
    Valyutanın xaricdən qaytarılmamasına görə cərimə dəyişir
  • Bugün, 12:22
    Balıqçılıq məhsullarının yeni satış qaydalar
  • Bugün, 10:50
    Şuşada Azərbaycan və Slovakiya prezidentlərinin təkbətək görüşü olub
  • Bugün, 10:44
    Slovakiya Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi oldu
  • Bugün, 09:59
    Hikmət Hacıyev: Münaqişələr həm də informasiya məkanında aparılır
  • Bugün, 09:55
    ABŞ İranı yenidən bombaladı
  • Bugün, 09:22
    BƏƏ Hörmüz boğazından yan keçmək üçün yeni liman və terminal tikəcək
  • Bugün, 09:19
    Finalın bir addımlığında: Bu gün möhtəşəm qarşılaşma var
  • Bugün, 09:00
    Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
  • Dün, 23:56
    Dünya Kriminal qəzetinin kollektivi Eldar Salahova dərin hüznlə başsağlığı verir
  • Dün, 16:00
    Bakı BUNU bacardı: İsrail onları MƏYUS etdi – Revanşistlər ŞOKDA
  • Dün, 15:30
    Balıq məhsulları tam nəzarətə götürülür - Bazar BELƏ DƏYİŞƏCƏK
  • Dün, 13:12
    DİN-dən xəbərdarlıq: Bu məlumatları heç kimlə paylaşmayın
  • Dün, 13:05
    Prezident: "Yaponiya ilə müdafiə sənayesində birgə müəssisələr yarada bilərik"
  • Dün, 13:02
    İlham Əliyev: Qarabağın bərpasında Azərbaycana birinci yardım edən məhz Şavkat Mirziyoyev olub
  • Dün, 12:36
    İlham Əliyev: Azərbaycanın potensial daxili riskləri yoxdur
  • Dün, 11:16
    Azərbaycanın daha bir ölkə ilə viza rejimi ləğv olunur
  • Dün, 11:11
    Dövlət başçısı: Fransanın dənizaşırı əraziləri kolonial müstəmləkəçilik siyasətindən əziyyət çəkir
  • Dün, 11:07
    Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı
  • Dün, 11:02
    Prezident: Azərbaycan və Rusiya münasibətləri normallaşdırıb və müsbət dinamikaya malikdir
  • Dün, 10:56
    İlham Əliyev: Donald Tramp sülhsevər və sülhü gətirə biləcək insandır - YENİLƏNİB
  • Dün, 10:44
    Prezident: "Avropaya qaz təchizatının həcminin artırılması ilə bağlı danışıqlar gedir"
  • Dün, 10:40
    Dövlət başçısı: Təhlükəsizlik təhdidləri bizim region üçün kitablarda oxuduğumuz mövzu deyil
  • Dün, 10:36
    İlham Əliyev: "Azərbaycan artıq orta gücə çevrilir"
  • Dün, 10:08
    İlham Əliyev: Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir
  • Dün, 10:04
    İlham Əliyev: "907-ci düzəliş" ermənipərəst senatorlar tərəfindən irəli sürülmüşdü
  • Dün, 10:00
    Prezident: Borrel vəzifədən getdikdən sonra Azərbaycanın Avropa Komissiyası ilə münasibətləri yaxşılaşmağa başladı
  • Dün, 09:56
    İlham Əliyev Şuşa Qlobal Media Forumunun keçirilməsinin məqsədindən danışdı
  • Dün, 09:46
    Dövlət başçısı: Coğrafi mövqeyimizin üstünlüklərindən səmərəli istifadə etməyə nail olmuşuq
  • Dün, 09:42
    İlham Əliyev: Azərbaycan və Türkiyə kimi dünyada bir-birinə yaxın iki ölkə yoxdur
  • Dün, 09:38
    Prezident: Qonşularla əlaqə olmadan tranzit ölkə olmaq mümkün deyil
  • Dün, 09:27
    Şuşada Prezidentin iştirakı ilə Forum başladı - YENİLƏNİB - CANLI
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə