Dünya Kriminal qəzetinin baş direktoru Əjdər Təzəxanovun yaxın dostu və silahdaşı Eldar Salahovun qardaşının vəfatı xəbəri qəzetin bütün kollektivini dərin kədərə qərq etmişdir.
Dünya Kriminal qəzetinin dünyanın 14 dövlətində fəaliyyət göstərən əməkdaşları bu ağır itki ilə əlaqədar Eldar Salahova və onun ailəsinə səmimi qəlbdən başsağlığı verir, kədərlərini bölüşür və onlara səbir, dözüm arzulayırlar.
Əziz insanın itkisi sözlə ifadə olunmayacaq qədər ağırdır. Bu acılı gündə Dünya Kriminal qəzetinin kollektivi olaraq Eldar Salahovun yanında olduğumuzu bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə səbir diləyirik.
Uca Allahdan mərhuma rəhmət, məkanını cənnət, ailəsinə və doğmalarına isə bu ağır dərdi qarşılamaq üçün güc və səbir nəsib etməsini arzulayırıq.
Allah rəhmət eləsin. Məkanı cənnət olsun. Ruhu şad olsun.