• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Yüzlərlə şikayətçi, milyonlarla vergi borcu və açıq qalmış cinayət işi… – Rauf Əliyevi kimlər himayə edir? [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm

1-08-2023, 12:49

Yüzlərlə şikayətçi, milyonlarla vergi borcu və açıq qalmış cinayət işi… – Rauf Əliyevi kimlər himayə edir?
“Rauf Əliyevin “krışası” təkcə keçmiş Baş prokuror Zakır Qaralov deyil, bir sıra deputatlar, bir dövlət komitəsinin rəhbərliyi və bank rəhbərləridir, ona görə, ona dəyib-toxunan yoxdur. Onlarla vətəndaşı dələduzluq yolu ilə aldadıb milyonlar qazansa da, səsi həbsxana divarları arasından deyil, yeni layihələrdən gəlir”.

Gununsesi.info xəbər verir ki , bunu yerli mediaya açıqlamasında “İnşaat konstruksiyaları” MMC-nin rəhbəri Rauf Əliyevdən şikayətçi olan zərərçəkmişlərdən biri deyib.

Onun sözlərinə görə ilin əvvəlində Rauf Əliyevin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanlıb daha sonra azadlığa buraxılmışdı.

“Amma MMC rəhbəri ötən müddətdə vətəndaşlar qarşısında öhdəliklərini yerinə yetirməyib. Dəyişən yalnız odur ki, R.Əliyev əlçatmaz, ünyetməz oliqarxa çevrilib. Bir də Qərbi Azərbaycan İcmasına yol tapıb, bu layihədə ciddi fəallıq göstərir, ki, bəlkə qaranlıq biznes keçmişi “udunula”, – mənbə vurğulayıb.

Mənbə bildirib ki, Rauf Əliyevin bir neçə bankdan külli miqdarda kredit götürüb, onların əksəriyyəti vaxtında qaytarılmayıb. Bu səbəbdən kommersiya banklarının rəhbərləri öz əlaqələrindən istifadə edərək, tikinti maqnatının həbsinə mane olurlar. Çünki bu zaman böyük məbləğli kreditlərin batacağından ehtiyatlanırlar.

Maraqlı məqamlardan biri də odur ki, R.Əliyevin 3.12 milyon manat vergi borcu var, amma bu fakt da onun yeni layihələrdə iştirak etməsinə, hətta dövlət tenderləri qazanmasına mane olmur.

Yüzlərlə şikayətçi, milyonlarla vergi borcu və açıq qalmış cinayət işi… – Rauf Əliyevi kimlər himayə edir?


Məlumdur ki, son illər Dövlət Vergi Xidmətində aparılan islahatlar nəticəsində vergi intizamı gücləndirilib, yayınmaların qarşısı böyük ölçüdə alınıb, habelə vergi borclarının ödənilməsi istiqamətində ciddi tədbirlər görülür. Amma nə hikmətdirsə, MMC rəhbəri dövlətə külli miqdarda borcunun ödənilməsi təmin edilmir.

Zərərçəmiş deyir ki, Rauf Əliyevin rəhbərlik etdiyi MTK paytaxtın bir sıra bahalı yerlərində çoxmərtəbəli binalar tikib yüksək gəlir götürsə də onun layihələrinin heç biri qalmaqalsız, mübahisiz yekunlaşmayıb:

“Bəziləri ümumiyyətlə öhdəliklərə zidd olaraq istifadəyə verilməyib, çünki mənzillər sahibdən əlavə bir neçə nəfərə satılıb. Məsələn, Nizami rayonu, Mehdi Abbasov küçəsi, 2538 ünvanında yerləşən komplekslə bağlı qalmaqal mediada dəfələrlə işıqlandırılıb. Belə ki, tikintisi 2017-ci ilin avqustundan başlayan bina layihədə 15 mərtəbli nəzərdə tutulsa da, Rauf Əliyev tikinti normalarını kobud şəkildə pozaraq onu bir qədər “ucaldaraq” 18 mərtəbəyə çatdırıb. “İnşaat Konstruksiyaları” MMC müqavilədə binanı 2019-cu ilin avqustun 8-də təhvil verilməsini öhdəsinə götürüb. Amma bu tarixdən uzun müddət sonra mənzil sahibləri R.Əliyevin qanunsuzluqlarına etiraz edərək MMC-nin qarşısında etiraz aksiyaları keçirirdi. Sakinlər bildiriblər ki, tikinti maqnatı vədlər versə də, heç biri özünü doğrultmayıb, üstəlik bir mənzili bir neçə nəfərə sataraq dələduzluq edib”.

Şikayətçi təəssüflə bildirir ki, vətəndaşların hüquq mühafizə orqanlarına, yerli icra hakimiyyətinə çoxsaylı müraciətləri də nəticəsiz qalıb.

“Rauf Əliyevin Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllə, ev 33 ünvanında tikintiyi 17 mərtəbəli binada da eyni problemlər yaşanıb. Bu tikinti ona məxsus olduğu bildirilən “Dərəçiçək” MMC tərəfindən həyata keçirilib. Ötən ilin noyabrında yerli mətbuata müraciət edən sakinlər bildiriblər ki, sözgedən binanın tikintisi 2009-cu ildən başlasa da yekunlaşmayıb. Nəticədə yüzlərlə sakin isə evsiz-eşiksiz, ümidsiz vəziyyətdə qalıb, onların hüquq mühafizə orqanlarına, Prezident Administrasiyasına çoxsaylı müraciətləri də cavabsız qalıb”, – o qeyd edib.

Xatırladaq ki, bu barədə ötən il payçılardan biri mətbuata açıqlamasında demişdi ki, 2009-cu ildə “Dərəçiçək” MTK-nın tikdiyi binadan mənzil almaq üçün rəsmi müqavilə bağlayaraq bir dəfə 98 min ABŞ dolları, sonra isə 80 min manat pul köçürüb və bu ödənişləri Rauf Əliyev öz imzası və möhürü ilə təsdiq edib.

13 ildən sonra məlum olub ki, MTK rəhbəri həmin vətəndaşa məxsus mənzilləri başqasına satıb. Bu əməllərə baxmayaraq Rauf Əliyev dövlət tərəfindən dəstəklənən pilot layihələr də yol tapa bilib. Medianın yazdığına görə, ona məxsus şirkət tərəfindən pilot layihələri çərçivəsində Xətai rayonu, Mehdi Mehdizadə küçəsində yerləşən 2 saylı arxitekturalı bina sökülüb.

Binada yerləşən 46 mənzilin sakinləri “İnsəşaat Konstruksiyaları” MMC ilə alqı-satqı müqavilələri bağlayaraq evlərini tərk ediblər və kirayə mənzillərə köçürülüblər. Sakinlərə bildirilib ki, onların mənzillərinin yerində “pilot layihə” çərçivəsində yeni 18 mərtəbəli yaşayış binası inşa ediləcək və onlara da həmin binada mənzillər veriləcək.

Medianın yazdığına görə hələ 2018-ci ildə “İnşaat Konstruksiyaları” MMC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə və özbaşına tikinti işləri aparmalarına əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 222-1.1-ci (özbaşına tikinti işləri aparma) maddələri ilə cinayət işi başlanıb.

Amma 5 ildir ki, Rauf Əliyev məsuliyyətə cəlb olunmayıb. Bundan əlavə, məhkəmə sözgedən şirkəti İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) təqsirli bilərək 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb. Beləliklə, maraqlı sual yaranır, bu qədər qanunsuzluğun, şikayətlərin müqabilində R.Əliyev niyə məsuliyyətə cəlb edilmir?

Mənbə vurğulayıb ki, MTK rəhbərinin “krışası” keçmiş Baş prokuror Zakir Qaralov “sudan quru çıxmaqda” ona hər cür dəstək olub. Bunun müqabilində R.Əliyev də Qaralova borclu qalmayıb, tikidiyi binlardan ona onlarla mənzil verib.

Eyni zamanda Baş prokurorun “tapşırdığı” bir prokurorluq əmədaşına da bahalı mənzil bağışlayıb. Görünür, Z.Qaralov vəzifədən getsə də hakimiyyətin müəyyən dairələrində təsir imkanlarını saxlayır, əks təqdirdə barəsində bu qədər ittihamlar olan MTK rəhbəri niyə azadlıqda olsun ki?!

R.Əliyevlə əlaqə saxlamaq isə mümkün olmadı.

İttihamlarla bağlı onun mövqeyini və hüquq mühafizə orqanlarının açıqlamasını dərc etməyə çalışacağıq.
Gununsesi.info

Oxunub: 10266
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

31-07-2023, 14:30

Ramiz Mehdiyevin adı daha bir QALMAQALDA... - TƏFƏRRÜAT [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Bölgə

29-07-2023, 15:00

Külli miqdarda vergi borcu olan şirkət Sumqayıt şəhər İcra Hakimiyyətinin də tenderinin qalibi seçilibmiş – 777 min manatı ötdü [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm

31-07-2023, 12:22

ABŞERONUN TƏHSİL İDARƏSİ RƏHBƏRİ YENİ BİZNES QURUB [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

7-06-2023, 12:57

Hərbi Prokurorluqdan kütləvi məzarlıqlarla bağlı açıqlama [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

13-06-2023, 12:24

Gənc cüdoçunu öldürməkdə təqsirləndirilən şəxs haqqında QƏRAR [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Milli Məclisin iclası başa çatdı - Deputatlar tətilə çıxdı
Elektron siqaretlərlə bağlı daha bir QADAĞA
Azərbaycanda tələbələrlə bağlı YENİ QANUN
Dövlət mülkiyyətində olan əmlaklarla bağlı YENİLİK
Valyutanın xaricdən qaytarılmamasına görə cərimə dəyişir
Balıqçılıq məhsullarının yeni satış qaydalar
Hadisə
11-07-2026, 11:30
Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu
11-07-2026, 09:23
Evin girişi başlarına uçdu, köməksiz vəziyyətdə qaldılar - VİDEO
10-07-2026, 11:30
Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti - Açıqlandı
10-07-2026, 11:26
“Bundan maşın çıxmaz, bilmirəm zərərimi necə ödəyəcəklər” - Video
9-07-2026, 09:25
Bu kəndlə əlaqə kəsildi
8-07-2026, 14:11
Nazirliyin qoyunlarını oğurladı
Son xəbərlər
  • Bugün, 13:14
    Milli Məclisin iclası başa çatdı - Deputatlar tətilə çıxdı
  • Bugün, 12:34
    Elektron siqaretlərlə bağlı daha bir QADAĞA
  • Bugün, 12:31
    Azərbaycanda tələbələrlə bağlı YENİ QANUN
  • Bugün, 12:28
    Dövlət mülkiyyətində olan əmlaklarla bağlı YENİLİK
  • Bugün, 12:25
    Valyutanın xaricdən qaytarılmamasına görə cərimə dəyişir
  • Bugün, 12:22
    Balıqçılıq məhsullarının yeni satış qaydalar
  • Bugün, 10:50
    Şuşada Azərbaycan və Slovakiya prezidentlərinin təkbətək görüşü olub
  • Bugün, 10:44
    Slovakiya Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi oldu
  • Bugün, 09:59
    Hikmət Hacıyev: Münaqişələr həm də informasiya məkanında aparılır
  • Bugün, 09:55
    ABŞ İranı yenidən bombaladı
  • Bugün, 09:22
    BƏƏ Hörmüz boğazından yan keçmək üçün yeni liman və terminal tikəcək
  • Bugün, 09:19
    Finalın bir addımlığında: Bu gün möhtəşəm qarşılaşma var
  • Bugün, 09:00
    Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
  • Dün, 23:56
    Dünya Kriminal qəzetinin kollektivi Eldar Salahova dərin hüznlə başsağlığı verir
  • Dün, 16:00
    Bakı BUNU bacardı: İsrail onları MƏYUS etdi – Revanşistlər ŞOKDA
  • Dün, 15:30
    Balıq məhsulları tam nəzarətə götürülür - Bazar BELƏ DƏYİŞƏCƏK
  • Dün, 13:12
    DİN-dən xəbərdarlıq: Bu məlumatları heç kimlə paylaşmayın
  • Dün, 13:05
    Prezident: "Yaponiya ilə müdafiə sənayesində birgə müəssisələr yarada bilərik"
  • Dün, 13:02
    İlham Əliyev: Qarabağın bərpasında Azərbaycana birinci yardım edən məhz Şavkat Mirziyoyev olub
  • Dün, 12:36
    İlham Əliyev: Azərbaycanın potensial daxili riskləri yoxdur
  • Dün, 11:16
    Azərbaycanın daha bir ölkə ilə viza rejimi ləğv olunur
  • Dün, 11:11
    Dövlət başçısı: Fransanın dənizaşırı əraziləri kolonial müstəmləkəçilik siyasətindən əziyyət çəkir
  • Dün, 11:07
    Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı
  • Dün, 11:02
    Prezident: Azərbaycan və Rusiya münasibətləri normallaşdırıb və müsbət dinamikaya malikdir
  • Dün, 10:56
    İlham Əliyev: Donald Tramp sülhsevər və sülhü gətirə biləcək insandır - YENİLƏNİB
  • Dün, 10:44
    Prezident: "Avropaya qaz təchizatının həcminin artırılması ilə bağlı danışıqlar gedir"
  • Dün, 10:40
    Dövlət başçısı: Təhlükəsizlik təhdidləri bizim region üçün kitablarda oxuduğumuz mövzu deyil
  • Dün, 10:36
    İlham Əliyev: "Azərbaycan artıq orta gücə çevrilir"
  • Dün, 10:08
    İlham Əliyev: Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir
  • Dün, 10:04
    İlham Əliyev: "907-ci düzəliş" ermənipərəst senatorlar tərəfindən irəli sürülmüşdü
  • Dün, 10:00
    Prezident: Borrel vəzifədən getdikdən sonra Azərbaycanın Avropa Komissiyası ilə münasibətləri yaxşılaşmağa başladı
  • Dün, 09:56
    İlham Əliyev Şuşa Qlobal Media Forumunun keçirilməsinin məqsədindən danışdı
  • Dün, 09:46
    Dövlət başçısı: Coğrafi mövqeyimizin üstünlüklərindən səmərəli istifadə etməyə nail olmuşuq
  • Dün, 09:42
    İlham Əliyev: Azərbaycan və Türkiyə kimi dünyada bir-birinə yaxın iki ölkə yoxdur
  • Dün, 09:38
    Prezident: Qonşularla əlaqə olmadan tranzit ölkə olmaq mümkün deyil
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə