• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ruslar silahı Kremlə qarşı çevirir: Hərbi müxalifət Putini devirməyi hədəfləyir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

7-06-2023, 09:00

Ruslar silahı Kremlə qarşı çevirir: Hərbi müxalifət Putini devirməyi hədəfləyir


Kremlə qarşı fəlakət ssenarisi tam gücü ilə işə salınıb, Rusiya Ukrayna ordusunun genişmiqyaslı əks hücum əməliyyatlarına hazır deyil... Rusiya hərbi qüvvələri arasında parçalanma ölkəni vətəndaş müharibəsinə sürükləyir, şimal nəhəngi faciəvi və tarixi məğlubiyyətə doğru sürətlə yaxınlaşır...
Rusiyanın Ukrayna savaşında düşdüyü "bataqlıq" böyüyür. Hər halda, Kreml hazırda savaşdan əvvəl mövcud olan supergüc statusundan çox-çox uzaqdır. Üstəlik, Kreml Ukrayna savaşının real təsirlərini indi Rusiya daxilində daha qabarıq şəkildə hiss etməyə başlayıb. Və Rusiyanın bütün bu uğursuz situasiyaya müqaviməti zaman keçdikcə, ciddi şəkildə zəifləyir.

Əsas problemlərdən biri Rusiyanın hərbi sektorunda kəskin ziddiyyətlərin olması ilə bağlıdır. Belə ki, Rusiyanın hərbi sektoru indi parçalanmış güc mərkəzinə çevrilib. Bu, Ukrayna savaşının Rusiyaya vurduğu ən ağır ikinci zərbə hesab olunur.

Ətraflı
Məsələ ondadır ki, birinci sarsıdıcı zərbə Rusiya ordusunun döyüş qabiliyyəti ilə bağlı beynəlxalq imicin dağılmasında özünü göstərirdi. Ukrayna savaşından öncə Rusiya Silahlı Qüvvələri dünyanın ikinci ən güclü ordusu hesab olunurdu. Ukrayna savaşı başlandıqdan qısa müddət sonra bu barədə mövcud olan bütün miflər dağıldı. Və məlum oldu ki, Rusiya müasir savaş texnologiyalarından uzaqda qalıb.

interpress_df2b95e18219fec4935be691afbdfa8f_pz6cf19mxkylou2ghewq-630x336.jpg (153 KB)Maraqlıdır ki, bu reallıq Rusiyanın hərbi sektoru ilə bağlı kütləvi korrupsiyanın əhatə dairəsini də ortaya çıxartdı. Çünki Rusiyanın beynəlxalq imici Kremlin himayəsi altında olan hərbi-siyasi məmur elitasını arxayınlaşdırmışdı. Hesab olunurdu ki, dünyanın heç bir ölkəsi və ya hərbi alyansı Rusiya ilə müharibəyə cəsarət etməz. Ona görə də, Rusiyanın hərbi məmurları ordunun yeni müasir silahlarla təchiz edilməsi üçün ayrılmış milyardlarla dollar dövlət vəsaitlərini rahatlıqla mənimsəyirdilər. Nəticədə Rusiya ordusu hazırda ən sadə silah növlərinə belə, möhtac qalıb.

Ukrayna savaşının Rusiyaya vurduğu ikinci sarsıdıcı zərbəyə gəldikdə isə bu, silahlı qüvvələrin parçalanması ilə bağlıdır. İndi Rusiya Müdafiə Nazirliyi üçün "Vaqner" hərbi şirkəti Ukrayna ordusundan elə də çox fərqlənmir. Bu iki hərbi güc mərkəzi arasında ziddiyyətlər artıq açıq silahlı toqquşmalara qədər inkişaf edib. Və belə anlaşılır ki, Kreml Ukrayna savaşında Rusiyanın hərbi potensialını vahid mərkəzdən idarə etmək imkanlarını artıq itirib.

Məsələ ondadır ki, "Vaqner"in rəhbəri Yevgeni Priqojin bir müddət əvvələ qədər yalnız Rusiya Müdafiə Nazirliyini açıq şəkildə hədəfə alırdı. Son vaxtlar isə onun ittihamları Rusiyanın siyasi rəhbərliyinə də yönəltməyə başlayıb. Hətta o, dolayısı ilə prezident Vladimir Putinə qarşı da ittihamlar irəli sürməkdən çəkinmir. Ona görə də, indi Rusiya siyasi dairələrində Yevgeni Priqojinin hakimiyyətə can atdığı ilə bağlı düşüncələr güclənməyə başlayıb və bu, Kremldə ciddi narahatlıq yaradıb.

Bəzi məlumatlara görə, Kremldə "Vaqner"in sıradan çıxarılmasının vacibliyi barədə qənaətlər möhkəmlənib. Hətta "Vaqner" Baxmutdakı döyüş mövqelərini Rusiya Müdafiə Nazirliyinin hərbi qüvvələrinə təhvil verib, savaş meydanını tərk edərkən, rus ordusunun bu silahlı qruplaşmaya atəş açdığı barədə məlumatlar da yayılıb. Və indi "Vaqner"lə Rusiya ordusu arasında az qala elan edilməmiş savaş vəziyyətinin olduğu bildirilir.

0fe4e26c-685a-437c-982a-5e8b34c622c4.jpg (265 KB)Belə anlaşılır ki, Rusiyanın hərbi sektorunda mövcud olan ziddiyyətlər və parçalanma nə vaxtsa, açıq silahlı toqquşmalara da yol aça bilər. Bu isə Rusiya üçün ötən əsrin əvvəllərində yaşamış vətəndaş müharibəsinin təkrarlanma təhlükəsini artırır. Yəni, Rusiya daxili savaşa doğru sürətlə irəliləməyə başlayıb.

Ancaq Kremlin daxili problemləri yalnız bunlarla məhdudlaşmır. Belə ki, Putin hakimiyyətinə qarşı hərbi müxalifət faktoru artıq inkaredilməz reallığa çevrilməyə başlayıb. Hər halda, Rusiya Könüllülər Korpusu və Azad Rusiya Legionu yaxın vaxtlarda ölkəni tamamilə qarışdıra bilər. Rusiya ordusundan daha yaxşı silahlandırılmış bu rus hərbi qruplaşmaları artıq ölkənin müxtəlif ərazilərində əməliyyatlar aparmağa başlayıb. Və hər iki hərbi qruplaşmanın əsas hədəfinin məhz Putin hakimiyyəti olduğunu bəyan etməsi onların Rusiya cəmiyyətində dəstək qazanma ehtimalını gücləndirir.

Belə bir şəraitdə Rusiyanın Ukrayna ordusunun əks hücum əməliyyatlarına tab gətirə biləcəyi artıq kifayət qədər ciddi şübhələr doğurur. Üstəlik, bir çoxları Ukrayna ordusunun genişmiqyaslı əks hücum əməliyyatlarına artıq başladığını iddia etsələr də, əslində, bu, reallıqdan bir qədər uzaqdır. Çünki Ukrayna ordusunun hələlik yalnız daha kiçik hərbi qruplaşmalar üzərindən Rusiya ərazisinə priventiv zərbələr endirdiyi müşahidə olunur. Xüsusilə də, Rusiyanın Belqorod vilayətində olduqca ciddi hərbi uğurların qazanıldığı bildirilir.

0ae88fc6e60467b733e0046040aa3b19.jpg (100 KB)

Onu da qeyd edək ki, Qərb hərbi ekspertləri Ukrayna ordusunun Rusiya ərazisinə zərbələrini daha çox taktiki manevr hesab edirlər. Çünki bu zərbələr Kremli Belqorod və təhlükə altında olan digər qərb vilayətlərinə hərbi qüvvə ayırmaq məcburiyyətində buraxır. Bu isə indiki halda, yalnız Ukrayna savaşında birbaşa iştirak edən Rusiya ordusunun hesabına mümkün ola bilər. Əgər, belə bir addım atılarsa, onda Rusiya ordusunun müdafiə xətti bəzi istiqamətlərdə zəiflədilmiş olacaq. Nəticədə Ukrayna ordusu genişmiqyaslı əks hücum əməliyyatlarına başladıqda, Rusiya ordusunun müdafiə xəttini yarmaq daha da asanlaşa bilər.

Bütün bunlar onu göstərir ki, Rusiya üçün fəlakət ssenarisi tam şəkildə işə salınıb. Rusiya Ukrayna ordusunun genişmiqyaslı əks hücum əməliyyatlarına hazır deyil. Üstəlik, Rusiya hərbi qüvvələri arasında parçalanma ölkəni vətəndaş müharibəsinə sürükləyir. Bu azmış kimi, ruslardan ibarət silahlı qruplaşmalar artıq Rusiyanın daxilində toqquşmalar törətməklə, qarışıqlıq yaratmağa başlayıb. Və ölkənin daxilində irəliləyən hərbi müxalifət faktoru Kreml üçün indi Ukrayna savaşında üzləşdiyi durumdan daha təhlükəlidir.

Belə anlaşılır ki, Rusiya faciəvi və tarixi hərbi məğlubiyyətə doğru sürətlə yaxınlaşır. Ona görə də, Kremlin belə vəziyyətdə daha radikal addımlar ata biləcəyi qətiyyən istisna deyil. Xüsusilə də, Kremlin həm Ukraynada AES-lərə zərbə endirə, həm də taktiki nüvə silahından istifadə edə biləcəyi qətiyyən istisna deyil.(musavat.com)

Oxunub: 10255
Paylaş:
Digər xəbərlər

Dünya

5-06-2023, 11:14

Ukrayna ordusu genişmiqyaslı hücuma keçib [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

13-06-2023, 09:00

Ukraynanın əks-hücum əməliyyatları, Rusiyanın nüvə şantajı - TƏHLİL [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

9-06-2023, 09:30

Ərdoğan ədalət məhkəməsi qurur: Qlobal hərbi cinayət cəzasız qalmaz, ya Rusiya, ya da... [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

26-05-2023, 10:17

Putini devirmək üçün Rusiyaya sızdılar [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

11-07-2023, 12:05

Maskdan Kiyevə xəbərdarlıq: Ukrayna daha çox ərazi itirə bilər [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Qarabağ Universitetində YENİLİK
Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
Su polisi vətəndaşın şikayətini araşdırır
“Adını daşıyan nəvənlə yanındayam, çox darıxırıq” - Milli Qəhrəmanın oğlu
IV Şuşa Qlobal Media Forumu başa çatıb
Milli Məclisin iclası başa çatdı - Deputatlar tətilə çıxdı
Hadisə
Bugün, 14:08
Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
Bugün, 14:02
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
11-07-2026, 11:30
Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu
11-07-2026, 09:23
Evin girişi başlarına uçdu, köməksiz vəziyyətdə qaldılar - VİDEO
10-07-2026, 11:30
Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti - Açıqlandı
10-07-2026, 11:26
“Bundan maşın çıxmaz, bilmirəm zərərimi necə ödəyəcəklər” - Video
Son xəbərlər
  • Bugün, 16:00
    Tramp: Hücumlar Tehran Ağ Evin şərtlərini qəbul edənədək davam edəcək
  • Bugün, 15:30
    Yaxın Şərqin yenidən alovlanmasının PƏRDƏARXASI DETALLARI
  • Bugün, 14:12
    İran itkilərinin sayını açıqladı
  • Bugün, 14:08
    Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
  • Bugün, 14:02
    Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
  • Bugün, 13:59
    Ukrayna Qara dənizdə rusların 20 gəmisini vurdu
  • Bugün, 12:52
    Qarabağ Universitetində YENİLİK
  • Bugün, 12:46
    Əli Əsədov Qətərin Bakıdakı səfirliyinə getdi, başsağlığı verdi
  • Bugün, 11:26
    Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
  • Bugün, 11:21
    İlham Əliyev Ərdoğana başsağlığı verdi
  • Bugün, 10:40
    Su polisi vətəndaşın şikayətini araşdırır
  • Bugün, 10:03
    Yamal Mbappeni kölgədə qoydu
  • Bugün, 09:59
    ABŞ 23 il sonra bu ölkədən hərbçilərini tam çıxarır
  • Bugün, 09:55
    Maraqla gözlənilən oyun - İspaniyanın rəqibi bəlli olur
  • Bugün, 09:31
    ABŞ-dən İsrailə təzyiq: Tramp qoşunların geri çəkilməsini istəyib
  • Bugün, 09:28
    Türkiyə XİN o hücumu pislədi
  • Bugün, 09:24
    Azərbaycan XİN Türkiyəyə təbrik ünvanladı
  • Bugün, 09:00
    DÇ-2026: Fransanı məğlub edən İspaniya ilk finalçı oldu
  • Dün, 16:00
    Ermənistanda pasportlarının Türkiyədə çapı iddiaları - QALMAQAL
  • Dün, 15:30
    Müharibənin sonunu gətirəcək "QIZIL AÇAR" - Putinin "Müqəddəs Simvolu" ÇÖKÜR
  • Dün, 15:09
    Prezidentin maşınında selfi çəkdi - Foto
  • Dün, 15:05
    Prezidentlər bir-birinə bunları hədiyyə etdi - Video
  • Dün, 14:22
    “Adını daşıyan nəvənlə yanındayam, çox darıxırıq” - Milli Qəhrəmanın oğlu
  • Dün, 13:29
    IV Şuşa Qlobal Media Forumu başa çatıb
  • Dün, 13:26
    Hikmət Hacıyev Şuşada D-8-in nümayəndə heyəti ilə görüşdü
  • Dün, 13:22
    Prezidentlər Şuşada güllələnmiş büstlərə baxıblar - FOTO
  • Dün, 13:14
    Milli Məclisin iclası başa çatdı - Deputatlar tətilə çıxdı
  • Dün, 12:34
    Elektron siqaretlərlə bağlı daha bir QADAĞA
  • Dün, 12:31
    Azərbaycanda tələbələrlə bağlı YENİ QANUN
  • Dün, 12:28
    Dövlət mülkiyyətində olan əmlaklarla bağlı YENİLİK
  • Dün, 12:25
    Valyutanın xaricdən qaytarılmamasına görə cərimə dəyişir
  • Dün, 12:22
    Balıqçılıq məhsullarının yeni satış qaydalar
  • Dün, 10:50
    Şuşada Azərbaycan və Slovakiya prezidentlərinin təkbətək görüşü olub
  • Dün, 10:44
    Slovakiya Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi oldu
  • Dün, 09:59
    Hikmət Hacıyev: Münaqişələr həm də informasiya məkanında aparılır
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə