• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ərdoğan ədalət məhkəməsi qurur: Qlobal hərbi cinayət cəzasız qalmaz, ya Rusiya, ya da... [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

9-06-2023, 09:30

Ərdoğan ədalət məhkəməsi qurur: Qlobal hərbi cinayət cəzasız qalmaz, ya Rusiya, ya da...


Rusiya və Ukrayna törədilən hərbi cinayətlə bağlı qarşılıqlı ittihamlara üstünlük verirlər, deməli, bu iki dövlətdən biri yalan danışır, qlobal məsuliyyətdən yayınmağa çalışır... Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın apaşdırma təklifi isə hər iki tərəfi çətin vəziyyətə salıb, bundan yayınmaq cəhdi qlobal hərbi cinayətin törədilməsinin dolayısıyla etiraf olunması kimi də anlaşıla bilər...
Türkiyə beynəlxalq məkanda yenidən fəal mərhələyə keçmək üzrədir. Uzun müddətdən bəri idi ki, rəsmi Ankara nisbətən arxa plana çəkilərək, daha çox passiv xarici siyasət yürütməyə çalışırdı. Üstəlik, Türkiyənin belə bir ağır dönəmdən keçməsi müəyyən mənada, məcburi xarakter daşıyırdı.

Məsələ ondadır ki, bu ilin əvvəlindən başlayaraq, rəsmi Ankara bütün diqqətini Türkiyənin daxilində mövcud olan ciddi problemlərə yönəltmək məcburiyyətində qalmışdı. İlk növbədə dünya tarixinin ən dəhşətli iki ardıcıl zəlzələsi Türkiyəyə ağır zərbələr vurmuşdu. Ərdoğan hakimiyyəti də məhz zəlzələnin yaratdığı ağır situasiyanı nisbətən yüngülləşdirməyə çalışırdı.


Eyni zamanda, təbii zəlzələ həm də “siyasi zəlzələ” təhlükəsinə də paralellik təşkil edirdi. Hər halda, Türkiyədə keçiriləcək növbəti seçkilərdə ölkə daxilində və xaricində bütün siyasi-strateji hesablamalar Ərdoğan hakimiyyətinin dəyişmə ehtimalı üzərindən aparılırdı. Bu səbəbdən də, Ərdoğan hakimiyyəti Türkiyə üçün tarixi və taleyüklü xarakter daşıyan bu seçkilərə daha ciddi hazırlaşmaq məcburiyyətindəydi.

Ərdoğan ədalət məhkəməsi qurur: Qlobal hərbi cinayət cəzasız qalmaz, ya Rusiya, ya da...


Bütün bunları nəzərə aldıqda, bu ilin əvvəlindən başlayaraq, rəsmi Ankaranın başının Türkiyənin daxili problemlərini həll etməyə qarışdığı qətiyyən şübhə doğurmur. Bəzi problemlər hələ də qalmış olsa da, ancaq indi demək olar ki, Ərdoğan hakimiyyəti daha rahat davranmaq imkanı da qazanmağa başlayıb. Prezident Rəcəb Tayyib Ərdoğan seçkidə zəfərlə çıxaraq, üstəlik, yeni hakimiyyət komandasıyla daha da güclənərək, Türkiyənin beynəlxalq rəqiblərini ciddi şəkildə məyus etməyi bacarıb.

Ona görə də, rəsmi Ankaranın son günlər beynəlxalq siyasət məkanında yenidən fəallaşması qətiyyən təəccüblü deyil. İndi Türkiyə regional güc mərkəzi statusuna uyğun olaraq, öz ətrafında baş verən əsas qlobal problemlərin həlli prosesinə müdaxilə etməyə başlayıb. İlk hədəf kimisə, Ukrayna savaşının ön plana keçirildiyi müşahidə olunur. Belə ki, prezident R.T.Ərdoğan Ukrayna savaşının iki birbaşa iştirakçısının liderləri ilə təmasları bərpa etməkdədir.

Məsələ ondadır ki, Türkiyə lideri artıq həm Ukrayna, həm də Rusiya prezidentləri ilə savaşın doğurduğu problemləri müzakirə edib. Bəzi məlumatlara görə, həm rəsmi Kiyev, həm də Kreml prezident R.T.Ərdoğanın Türkiyədə öz hakimiyyətini qoruya bilməsindən olduqca məmnundur. Çünki Türkiyə lideri savaşı dayandırmaq üçün Ukrayna və Rusiya ilə eyni vaxtda müzakirələr apara biləcək yeganə vasitəçi-otbitr hesab olunur.

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ilə sülh prosesinin başladılması üçün Türkiyə liderinin fəal müdaxiləsi olduqca vacibdir. Xüsusilə də, rəsmi Kiyev Ukraynanın işğal olunmuş ərazilərinin geri qaytarılması və ölkəyə dəyən maliyyə-iqtisadi ziyanın hesablanaraq, ödənilməsinin beynəlxalq mexanizmlərinin müəyyən edilməsində Türkiyənin iştirakını həlledici faktorların sırasına aid edir. Və bu istiqamətdə yaxın vaxtlarda prezident R.T.Ərdoğana rəsmən müraciət etmək niyyətini gizlətmir.

Ərdoğan ədalət məhkəməsi qurur: Qlobal hərbi cinayət cəzasız qalmaz, ya Rusiya, ya da...


Maraqlıdır ki, Kremldə də Türkiyə liderinə böyük ümidlər bəsləyirlər. Kremldə əmindirlər ki, məhz prezident R.T.Ərdoğanın vasitəçiliyi Rusiyanı “savaş bataqlığı”ndan çıxara bilər. Üstəlik, Kremldə hesab edirlər ki, Türkiyə lideri Rusiyanın əzici məzmun daşıya biləcək sülh sazişindən yayınmasında da xüsusi rol oynamaq imkanındadır. Yəni, Rusiya siyasi dairələri prezident R.T.Ərdoğanın orbitrliyi sayəsində sülh sazişinin məzmununda Kremlin qürurunun qoruna biləcəyini düşünürlər.

Təbii ki, həm Kiyevdə, həm də Kremldə Türkiyə liderinin ədalətinə böyük ümidlərin olması önəmli məqamdır. Əslində, Türkiyə lideri də son təşəbbüsü ilə beynəlxalq ədaləti təmsil etdiyini qabarıq şəkildə biruzə verməyi bacarıb. Belə ki, Türkiyə lideri Xersonda SES-nın partladılması ilə bağlı yaranmış situasiyanın araşdırılmasını təklif edib. Onun fikrincə, bu məqsəd üçün Ukrayna, Rusiya, Türkiyə və BMT-nin iştirakı ilə araşdırma qurumu yaradılmalıdır. Və bu araşdırma ilə əsl günahkarlar müəyyən edilərək, cəzalandırılmalı, baş vermiş fəlakətdən çıxış yolları tapılmalıdır.

Göründüyü kimi, olduqca ədalətli yanaşmadır. Türkiyə lideri hadisəni kimlərin törətdiyini dəqiqləşdirmədən nə Ukraynanı, nə də Rusiyanı ittiham etmək istəmir. Halbuki SES partladıldıqdan dərhal sonra bu iki düşmən ölkə məsuliyyəti qarşı tərəfin üzərinə ataraq, bir-birilərini ittiham etmişdi. Yəni, Kreml Ukraynanı SES-ə raket zərbəsi endirməkdə suçlamışdı.

Əsas arqument kimisə, Kreml bu strateji obyektin Rusiya ordusunun nəzarətində olan ərazidə yerləşməsini ön plana çıxartmışdı. Rəsmi Kiyevsə, Rusiyanın bu obyekti Ukrayna ordusunun əks hücum əməliyyatlarını əngəlləmək məqsədilə partlatdığını iddia etmişdi. Və bütün Qərb mətbuatı da Ukraynanın iddialarını dəstəkləyərək, Rusiyanı suçlamışdı.

Ərdoğan ədalət məhkəməsi qurur: Qlobal hərbi cinayət cəzasız qalmaz, ya Rusiya, ya da...


Təbii ki, iki tərəfdən biri haqlıdır və digəri törətdiyi hərbi cinayəti inkar edərək, yalan danışır. Bu barədə müəyyən mülahizələr olsa da və əsas şübhələr Rusiyanın üzərində cəmləşsə də, hər halda, faktlarla sübut edilməyib. Türkiyə lideri isə məhz əsl günahkarın kimliyini sübuta yetirmək üçün ortaq araşdırma təklif edir. Deməli, həm Rusiya, həm də Ukrayna öz ittihamlarının doğru olduğuna əmindirlərsə, onda, mütləq prezident R.T.Ərdoğanın ortaq araşdırma təklifini qəbul etməlidirlər. Və tərəflərdən hansı bundan imtina edərsə, həm də dolayısı ilə hərbi cinayəti törətdiyini etiraf etmiş olacaq.

Göründüyü kimi, olduqca taleyüklü situasiya yaranıb. İndi hər kəs Ukrayna və Rusiya siyasi dairələrindən Türkiyə liderinin təklifinə veriləcək reaksiyanı gözləyir. Halbuki, hələlik hər iki tərəf sükuta üstünlük verir, hər hansı rəsmi cavaba tələsmir. Yəni, prezident R.T.Ərdoğan ABŞ və Qərb kimi faktlarsız ittiham etmək əvəzinə, həm rəsmi Kiyevi, həm də Kremli ciddi şəkildə düşünmək məcburiyyətində buraxıb.

Belə anlaşılır ki, rəsmi Ankara tamamilə doğru yoldadır. Türkiyə liderinin ədalətli mövqeyi demək olar ki, beynəlxalq ədalət məhkəməsinin qurulmasına bərabər bir siyasi effekt yarada bilər. Çünki araşdırma təklifindən yayınma cəhdi dolayısıyla günahı etiraf etmək anlamı daşıyır. Digər tərəfdən, araşdırma zamanı qarşı tərəfin günahını sübut etməyə əminliyin olmaması da indiki halda, gözləmə mövqeyini stimullaşdırmış ola bilər. Halbuki prezident R.T.Ərdoğanın təklifi istənilən halda, günahkarın müəyyən edilərək, cəzalandırılmasına yönəlib.(musavat.com)

Oxunub: 10243
Paylaş:
Digər xəbərlər

Dünya

30-05-2023, 09:30

Türkiyə "uçurumun kənarı"ndan döndü: Ərdoğan Qərbin dəhşətli planını necə pozdu [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

16-05-2023, 09:00

ABŞ və Qərbin Türkiyə planı iflasa uğradı: "Türk yolu" isə Azərbaycandan keçəcək [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

14-06-2023, 10:00

Azərbaycan-Türkiyə İttifaqı dünyaya meydan oxuyur: “Türk əsri” davam edəcək, Qafqazın isə sahibi var [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

15-07-2023, 09:30

Ərdoğanın bəyanatı erməniləri qorxuya saldı: “Türkiyə Cənubi Qafqazda şansını əldən vermək istəmir” [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

23-06-2023, 10:29

Ermənistan Bakı və Ankaranın yeni sistemindən vəlvələyə düşdü: “Rusiya sakit qalacaq” [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Qarabağ Universitetində YENİLİK
Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
Su polisi vətəndaşın şikayətini araşdırır
“Adını daşıyan nəvənlə yanındayam, çox darıxırıq” - Milli Qəhrəmanın oğlu
IV Şuşa Qlobal Media Forumu başa çatıb
Milli Məclisin iclası başa çatdı - Deputatlar tətilə çıxdı
Hadisə
Bugün, 14:08
Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
Bugün, 14:02
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
11-07-2026, 11:30
Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu
11-07-2026, 09:23
Evin girişi başlarına uçdu, köməksiz vəziyyətdə qaldılar - VİDEO
10-07-2026, 11:30
Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti - Açıqlandı
10-07-2026, 11:26
“Bundan maşın çıxmaz, bilmirəm zərərimi necə ödəyəcəklər” - Video
Son xəbərlər
  • Bugün, 16:00
    Tramp: Hücumlar Tehran Ağ Evin şərtlərini qəbul edənədək davam edəcək
  • Bugün, 15:30
    Yaxın Şərqin yenidən alovlanmasının PƏRDƏARXASI DETALLARI
  • Bugün, 14:12
    İran itkilərinin sayını açıqladı
  • Bugün, 14:08
    Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
  • Bugün, 14:02
    Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
  • Bugün, 13:59
    Ukrayna Qara dənizdə rusların 20 gəmisini vurdu
  • Bugün, 12:52
    Qarabağ Universitetində YENİLİK
  • Bugün, 12:46
    Əli Əsədov Qətərin Bakıdakı səfirliyinə getdi, başsağlığı verdi
  • Bugün, 11:26
    Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
  • Bugün, 11:21
    İlham Əliyev Ərdoğana başsağlığı verdi
  • Bugün, 10:40
    Su polisi vətəndaşın şikayətini araşdırır
  • Bugün, 10:03
    Yamal Mbappeni kölgədə qoydu
  • Bugün, 09:59
    ABŞ 23 il sonra bu ölkədən hərbçilərini tam çıxarır
  • Bugün, 09:55
    Maraqla gözlənilən oyun - İspaniyanın rəqibi bəlli olur
  • Bugün, 09:31
    ABŞ-dən İsrailə təzyiq: Tramp qoşunların geri çəkilməsini istəyib
  • Bugün, 09:28
    Türkiyə XİN o hücumu pislədi
  • Bugün, 09:24
    Azərbaycan XİN Türkiyəyə təbrik ünvanladı
  • Bugün, 09:00
    DÇ-2026: Fransanı məğlub edən İspaniya ilk finalçı oldu
  • Dün, 16:00
    Ermənistanda pasportlarının Türkiyədə çapı iddiaları - QALMAQAL
  • Dün, 15:30
    Müharibənin sonunu gətirəcək "QIZIL AÇAR" - Putinin "Müqəddəs Simvolu" ÇÖKÜR
  • Dün, 15:09
    Prezidentin maşınında selfi çəkdi - Foto
  • Dün, 15:05
    Prezidentlər bir-birinə bunları hədiyyə etdi - Video
  • Dün, 14:22
    “Adını daşıyan nəvənlə yanındayam, çox darıxırıq” - Milli Qəhrəmanın oğlu
  • Dün, 13:29
    IV Şuşa Qlobal Media Forumu başa çatıb
  • Dün, 13:26
    Hikmət Hacıyev Şuşada D-8-in nümayəndə heyəti ilə görüşdü
  • Dün, 13:22
    Prezidentlər Şuşada güllələnmiş büstlərə baxıblar - FOTO
  • Dün, 13:14
    Milli Məclisin iclası başa çatdı - Deputatlar tətilə çıxdı
  • Dün, 12:34
    Elektron siqaretlərlə bağlı daha bir QADAĞA
  • Dün, 12:31
    Azərbaycanda tələbələrlə bağlı YENİ QANUN
  • Dün, 12:28
    Dövlət mülkiyyətində olan əmlaklarla bağlı YENİLİK
  • Dün, 12:25
    Valyutanın xaricdən qaytarılmamasına görə cərimə dəyişir
  • Dün, 12:22
    Balıqçılıq məhsullarının yeni satış qaydalar
  • Dün, 10:50
    Şuşada Azərbaycan və Slovakiya prezidentlərinin təkbətək görüşü olub
  • Dün, 10:44
    Slovakiya Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi oldu
  • Dün, 09:59
    Hikmət Hacıyev: Münaqişələr həm də informasiya məkanında aparılır
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə