• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Qara Allahverdiyev: Heydər Əliyev dünya tarixində müasir Azərbaycan dövlətçiliyinin rəmzi kimi tanınıb [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

16-05-2023, 11:02

Qara Allahverdiyev: Heydər Əliyev dünya tarixində müasir Azərbaycan dövlətçiliyinin rəmzi kimi tanınıb


Azərbaycan Kooperasiya Universitetinin rektorun müşaviri Qara Allahverdiyev - “Ölkəmizdə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş silsilə tədbirlər keçirilir. Dahi Liderin həyat fəaliyyətinin ayrı-ayrı dövrlərinə bir daha nəzər salınır. Ümummilli Liderin misilsiz xidmətlərindən bəhs edilir. Onun Azərbaycanın dünəni, bu günü və gələcəyi üçün strategiyasından, ayrı-ayrı dövrlərdə xalqımız, dövlətimiz qarşısında əvəzsiz fəaliyyəti bir daha göz önündə canlandırılır. Azərbaycan xalqı özünün böyük oğlunun xatirəsinə böyük hörmət və ehtiramını ifadə edir.”

Bu mənada Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin 100 illiyində mədəniyyət paytaxtı Şuşadan xalqa müraciət etməsi xüsusi rəmzi məna kəsb edir: “Üç il öncə Şuşanın işğaldan azad olunduğunu Azərbaycan xalqına elan edərkən Prezident İlham Əliyev vurğulamışdır ki. “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim…” Bu baxımdan, Ümummilli Liderin 100 illiyyində Prezidentin Şuşadan xalqa müraciəti siyasi rəhbərin mənəvi hesabatı olmaqla yanaşı, Ulu Öndərin əziz xatirəsinə və eləcə də vəsiyyətinə dərin hörmət və ehtiramın ən ali səviyyədə olan nümayişi idi. Prezident İlham Əliyev xalqa müraciətində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin bütün istiqamətlərinə diqqət çəkməklə yanaşı, Ümummilli Liderin siyasi kursuna uyğun olaraq Azərbaycanın ötən illərdə keçdiyi inkişaf yoluna da nəzər salıb. Vurğulanıb ki, müstəqilliyimizin yenicə bərpa edildiyi 90-cı illərin əvvəllərində hakimiyyətdə olanlar ancaq şəxsi mənafelərini düşünürdülər: “Ölkədə talançılıq, soyğunçuluq, özbaşınalıq, anarxiya ilə yanaşı torpaqlarımız erməni işğalçıları tərəfindən təcavüzə məruz qalırdı. Şuşa 1992-ci ilin may ayında məhz milli xəyanət və satqınlıq nəticəsində düşmənə təhvil verilmişdi. Şuşa işğal olunandan bir ay sonra AXC-Müsavat cütlüyünün hakimiyyətə gəlməsi də heç də təsadüfən baş verməmişdi. Faktiki olaraq isə Şuşa işğal olunandan sonra Laçının taleyi də böyük təhlükə altında idi və on gün sonra Laçın da işğal olundu. 1993-cü ilin aprelində isə Kəlbəcər işğal olundu və beləliklə, Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı. AXC-Müsavat hakimiyyəti Ermənistana yanacaq satır, ölkəni mövcud ağır durumdan xilası üçün heç bir təsirli addım atmırdı. Belə bir şəraitdə Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin simasında nicat yolunu görürdü. Xalqın istəyi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə vətəndaş müharibəsinə, qardaş qırğınına son qoyuldu. Zəruri addımlar atıldı və bununla da Azərbayan sürətli inkişaf yoluna qədəm qoydu”.

Qara Allahverdiyev 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin kontraktı” ilə ölkəmizin inkişafında növbəti bir dönüş nöqtəsinin olduğunu söyləyib: “Ulu Öndər Heydər Əliyevin neft strategiyası məhz bu gün imkan verir ki, Azərbaycan Qarabağı, Zəngəzuru yenidən qursun. Sözsüz ki, 1994-cü ildə “Əsrin kontraktı”, 1996-cı ildə “Şahdəniz” qaz-kondensat yatağı üzrə imzalanmış kontrakt Azərbaycanın bugünkü iqtisadi qüdrətinin əsasını təşkil edir. Artıq, bütün dünya Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu qəbul edir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Ölkəmiz beynəlxalq miqyasda etibarlı tranzit dövlət kimi tanınır. Bütün bunlar onu deməyə əsas verir ki, ölkəmizin geosiyasi önəmi əhəmiyyətli dərəcədə artıb. Təbii ki, qazanılan bütün uğurların əsasında Heydər Əliyev strategiyası, Onun uzaqgörən siyasi kursuna sadiqlik dayanır. Azərbaycan Heydər Əliyev yoluna sadiqliyi nəticəsində dövlət müstəqilliyini daha da möhkəmləndirməklə yanaşı, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını ən yüksək səviyyədə təmin edilib. Reallıq budur ki, Azərbaycan öz maliyyə resursları, maddi imkanları ilə Qarabağı və Şərqi Zəngəzuru yenidən qurur, ölkəmizdə sosial islahatlar uğurla davam etdirilir”.

Ulu Öndər Heydər Əliyev strategiyasının uğurla davam etdirilməsi və Prezident İlham Əliyevin praqmatik siyasəti nəticəsində bu gün Azərbaycan özünün ən güclü və qüdrətli dövrünü yaşayır: “Ölkəmizdə təhlükəsizlik ən yüksək səviyyədə təmin edilib, əmin-amanlıq mövcuddur. Məhz ölkədə hökm sürən sabitlik və əmin-amanlığın sayəsində bu gün Azərbaycan Qarabağda və Zəngəzurda ardıcıl, dinamik bərpa-quruculuq işlərini həyata keçirir. Bu gün Azərbaycanda bütün sahələrdə dinamik inkişaf özünü göstərir. Ulu Öndərin vəsiyyətini yerinə yetirərək, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi missiyanı ləyaqətlə yerinə yetirdi. Prezident İlham Əliyev Şuşada xalqa müraciətində həmçinin aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduğunu, orada Azərbaycan Bayrağını qaldırdığını, ərazi bütövlüyümüzü tam bərpa etdiyini vurğulayıb. Bütün bu amillər onu deməyə əsas verir ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursunun davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da daha yüksək zirvələri fəth edəcək”.

Oxunub: 10320
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

16-05-2023, 14:53

Xəndan Əhmədov: Ulu Öndərə olan böyük inam, sonsuz sevgi Azərbaycan xalqının müdrikliyini bir daha göstərdi [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

16-05-2023, 11:04

Qəhrəman Qələndərov: Ulu Öndərin həyat və fəaliyyəti Azərbaycan gəncliyi üçün nümunədir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Milli Məclisin iclası başa çatdı - Deputatlar tətilə çıxdı
Elektron siqaretlərlə bağlı daha bir QADAĞA
Azərbaycanda tələbələrlə bağlı YENİ QANUN
Dövlət mülkiyyətində olan əmlaklarla bağlı YENİLİK
Valyutanın xaricdən qaytarılmamasına görə cərimə dəyişir
Balıqçılıq məhsullarının yeni satış qaydalar
Hadisə
11-07-2026, 11:30
Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu
11-07-2026, 09:23
Evin girişi başlarına uçdu, köməksiz vəziyyətdə qaldılar - VİDEO
10-07-2026, 11:30
Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti - Açıqlandı
10-07-2026, 11:26
“Bundan maşın çıxmaz, bilmirəm zərərimi necə ödəyəcəklər” - Video
9-07-2026, 09:25
Bu kəndlə əlaqə kəsildi
8-07-2026, 14:11
Nazirliyin qoyunlarını oğurladı
Son xəbərlər
  • Bugün, 13:14
    Milli Məclisin iclası başa çatdı - Deputatlar tətilə çıxdı
  • Bugün, 12:34
    Elektron siqaretlərlə bağlı daha bir QADAĞA
  • Bugün, 12:31
    Azərbaycanda tələbələrlə bağlı YENİ QANUN
  • Bugün, 12:28
    Dövlət mülkiyyətində olan əmlaklarla bağlı YENİLİK
  • Bugün, 12:25
    Valyutanın xaricdən qaytarılmamasına görə cərimə dəyişir
  • Bugün, 12:22
    Balıqçılıq məhsullarının yeni satış qaydalar
  • Bugün, 10:50
    Şuşada Azərbaycan və Slovakiya prezidentlərinin təkbətək görüşü olub
  • Bugün, 10:44
    Slovakiya Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi oldu
  • Bugün, 09:59
    Hikmət Hacıyev: Münaqişələr həm də informasiya məkanında aparılır
  • Bugün, 09:55
    ABŞ İranı yenidən bombaladı
  • Bugün, 09:22
    BƏƏ Hörmüz boğazından yan keçmək üçün yeni liman və terminal tikəcək
  • Bugün, 09:19
    Finalın bir addımlığında: Bu gün möhtəşəm qarşılaşma var
  • Bugün, 09:00
    Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
  • Dün, 23:56
    Dünya Kriminal qəzetinin kollektivi Eldar Salahova dərin hüznlə başsağlığı verir
  • Dün, 16:00
    Bakı BUNU bacardı: İsrail onları MƏYUS etdi – Revanşistlər ŞOKDA
  • Dün, 15:30
    Balıq məhsulları tam nəzarətə götürülür - Bazar BELƏ DƏYİŞƏCƏK
  • Dün, 13:12
    DİN-dən xəbərdarlıq: Bu məlumatları heç kimlə paylaşmayın
  • Dün, 13:05
    Prezident: "Yaponiya ilə müdafiə sənayesində birgə müəssisələr yarada bilərik"
  • Dün, 13:02
    İlham Əliyev: Qarabağın bərpasında Azərbaycana birinci yardım edən məhz Şavkat Mirziyoyev olub
  • Dün, 12:36
    İlham Əliyev: Azərbaycanın potensial daxili riskləri yoxdur
  • Dün, 11:16
    Azərbaycanın daha bir ölkə ilə viza rejimi ləğv olunur
  • Dün, 11:11
    Dövlət başçısı: Fransanın dənizaşırı əraziləri kolonial müstəmləkəçilik siyasətindən əziyyət çəkir
  • Dün, 11:07
    Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı
  • Dün, 11:02
    Prezident: Azərbaycan və Rusiya münasibətləri normallaşdırıb və müsbət dinamikaya malikdir
  • Dün, 10:56
    İlham Əliyev: Donald Tramp sülhsevər və sülhü gətirə biləcək insandır - YENİLƏNİB
  • Dün, 10:44
    Prezident: "Avropaya qaz təchizatının həcminin artırılması ilə bağlı danışıqlar gedir"
  • Dün, 10:40
    Dövlət başçısı: Təhlükəsizlik təhdidləri bizim region üçün kitablarda oxuduğumuz mövzu deyil
  • Dün, 10:36
    İlham Əliyev: "Azərbaycan artıq orta gücə çevrilir"
  • Dün, 10:08
    İlham Əliyev: Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir
  • Dün, 10:04
    İlham Əliyev: "907-ci düzəliş" ermənipərəst senatorlar tərəfindən irəli sürülmüşdü
  • Dün, 10:00
    Prezident: Borrel vəzifədən getdikdən sonra Azərbaycanın Avropa Komissiyası ilə münasibətləri yaxşılaşmağa başladı
  • Dün, 09:56
    İlham Əliyev Şuşa Qlobal Media Forumunun keçirilməsinin məqsədindən danışdı
  • Dün, 09:46
    Dövlət başçısı: Coğrafi mövqeyimizin üstünlüklərindən səmərəli istifadə etməyə nail olmuşuq
  • Dün, 09:42
    İlham Əliyev: Azərbaycan və Türkiyə kimi dünyada bir-birinə yaxın iki ölkə yoxdur
  • Dün, 09:38
    Prezident: Qonşularla əlaqə olmadan tranzit ölkə olmaq mümkün deyil
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə