• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Fuad Hacıyev: Güclü və prinsipial... [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

11-07-2023, 11:57

Fuad Hacıyev: Güclü və prinsipial...



Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin keçirdiyi müşavirə hər zaman olduğu kimi bir sıra aktual və mühüm mövzuların müzakirəsi ilə yadda qaldı: "Hər zaman olduğu kimi bu dəfə də cənab Prezident beynəlxalq hüququn işləməməsi və bu sahədə mövcud problemlərlə bağlı öz fikirlərini yenidən ortaya qoydu.

Bu, günümüzün reallığıdır ki, həqiqətən bu gün beynəlxalq hüquq işləmir və beynəlxlaq hüquqa da bel bağlamaq olmaz. Biz bunu öz ölkəmizin təcrübəsində də gördük: 30 il müddətində BMT-nin qətnamələri yerinə yetirilmədi və 30 il ərzində Azərbaycanın torpqaları işğal altında qaldı. İşğalçıların bizim ərazilərimizdən çıxarılması üçün də heç bir addımın atılmadığı göz önündədir.

Hər zaman cənab Prezidentin qeyd etdiyi kimi, bəzən BMT-nin elə qərarları olur ki, həmin qərarlar ən qısa zaman müddətində yerinə yetirilir və icra edilir. Azərbaycana gəldikdə isə Azərbaycanla bağlı məsələlərdə biz bu nümunəni görmürük və bu gün biz açıq-aydın ikili standartların, qərəzli yanaşmaların bizə qarşı davam etdiyinin şahidi oluruq.

İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Dövlət Başçısının beynəlxalq hüquqla bağlı sözləri də bunu deməyə əsas verir. Bu baxımdan bütün bunlar nəzərə alınaraq əlbəttə, beynəlxalq hüquqa bel bağlamaq olmaz. Azərbaycan özü güclü, prinsipial, qətiyyətli olmalıdır. Bu gün biz bunu Prezident İlham Əliyevin siyasətində və yanaşmasında açıq-aydın görürük".

Bu ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, eləcə də iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi ilə bağlı məsələlərə xüsusi yer ayrılıb.

Ölkə başçısının çıxışında müharibə bitdikdən sonrakı iki il yarım ərzində görülən işlərin miqyasına diqqət yönləndirildi. Azərbaycan bütün gücünü və resurslarını işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması istiqamətinə səfərbər edib.

“Vətən müharibəsində əldə olunan şanlı qələbədən sonra növbəti mərhələdə işğaldan azad olunan ərazilərdə dağıdılan infrastrukturun, şəhər və kəndlərin bərpası, köçkünlərin doğma yerlərinə qaytarılması üçün dövlət tərəfindən qısa müddətdə bütün imkanlardan istifadə edilir. Dövlət tərəfindən “Böyük Qayıdış” planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər olunub.

“Böyük Qayıdış” Proqramı uğurlu şəkildə icrasında xüsusi məqam odur ki, bu gün işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasını heç bir xarici maliyyə dəstəyi olmadan Azərbaycan dövləti öz dövlət büdcəsi hesabına həyata keçirir. Qeyd edək ki, 2022-ci ilin noyabrında Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Sərəncam imzalanıb. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb”.

Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasına ayrılan vəsaitin çoxluğu “Böyük Qayıdış” proqramının daha sürətlə icrasına imkan yaradır.

Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsi nəzərdə tutulur.

Oxunub: 10289
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

17-05-2023, 14:57

Fuad Hacıyev: “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

10-07-2023, 12:03

Hikmət Hacıyev: "Heydər Əliyev Naxçıvanı Qarabağın aqibətini yaşamaqdan xilas etdi" [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

23-06-2023, 11:34

Cənab Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri mövcud əlaqələrimizi daha da möhkəmləndirəcək, yeni sahələr üzrə əməkdaşlığa geniş imkanlar açacaq [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

16-06-2023, 11:24

Aqiyə Naxçıvanlı: “Azərbaycan və Pakistan bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır” [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Balıq məhsulları tam nəzarətə götürülür - Bazar BELƏ DƏYİŞƏCƏK
DİN-dən xəbərdarlıq: Bu məlumatları heç kimlə paylaşmayın
Azərbaycanın daha bir ölkə ilə viza rejimi ləğv olunur
Niyə mənzillər oğlanlara deyil, qızlara etibar edilir? - VİDEO
Zəngəzur dəhlizi TƏHLÜKƏDƏ – Moskva gör NƏ tələb edir…
Dövlət mülkiyyətində olan əmlakla bağlı yeni qanun
Hadisə
11-07-2026, 11:30
Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu
11-07-2026, 09:23
Evin girişi başlarına uçdu, köməksiz vəziyyətdə qaldılar - VİDEO
10-07-2026, 11:30
Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti - Açıqlandı
10-07-2026, 11:26
“Bundan maşın çıxmaz, bilmirəm zərərimi necə ödəyəcəklər” - Video
9-07-2026, 09:25
Bu kəndlə əlaqə kəsildi
8-07-2026, 14:11
Nazirliyin qoyunlarını oğurladı
Son xəbərlər
  • Bugün, 10:50
    Şuşada Azərbaycan və Slovakiya prezidentlərinin təkbətək görüşü olub
  • Bugün, 10:44
    Slovakiya Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi oldu
  • Bugün, 09:59
    Hikmət Hacıyev: Münaqişələr həm də informasiya məkanında aparılır
  • Bugün, 09:55
    ABŞ İranı yenidən bombaladı
  • Bugün, 09:22
    BƏƏ Hörmüz boğazından yan keçmək üçün yeni liman və terminal tikəcək
  • Bugün, 09:19
    Finalın bir addımlığında: Bu gün möhtəşəm qarşılaşma var
  • Bugün, 09:00
    Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
  • Dün, 23:56
    Dünya Kriminal qəzetinin kollektivi Eldar Salahova dərin hüznlə başsağlığı verir
  • Dün, 16:00
    Bakı BUNU bacardı: İsrail onları MƏYUS etdi – Revanşistlər ŞOKDA
  • Dün, 15:30
    Balıq məhsulları tam nəzarətə götürülür - Bazar BELƏ DƏYİŞƏCƏK
  • Dün, 13:12
    DİN-dən xəbərdarlıq: Bu məlumatları heç kimlə paylaşmayın
  • Dün, 13:05
    Prezident: "Yaponiya ilə müdafiə sənayesində birgə müəssisələr yarada bilərik"
  • Dün, 13:02
    İlham Əliyev: Qarabağın bərpasında Azərbaycana birinci yardım edən məhz Şavkat Mirziyoyev olub
  • Dün, 12:36
    İlham Əliyev: Azərbaycanın potensial daxili riskləri yoxdur
  • Dün, 11:16
    Azərbaycanın daha bir ölkə ilə viza rejimi ləğv olunur
  • Dün, 11:11
    Dövlət başçısı: Fransanın dənizaşırı əraziləri kolonial müstəmləkəçilik siyasətindən əziyyət çəkir
  • Dün, 11:07
    Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı
  • Dün, 11:02
    Prezident: Azərbaycan və Rusiya münasibətləri normallaşdırıb və müsbət dinamikaya malikdir
  • Dün, 10:56
    İlham Əliyev: Donald Tramp sülhsevər və sülhü gətirə biləcək insandır - YENİLƏNİB
  • Dün, 10:44
    Prezident: "Avropaya qaz təchizatının həcminin artırılması ilə bağlı danışıqlar gedir"
  • Dün, 10:40
    Dövlət başçısı: Təhlükəsizlik təhdidləri bizim region üçün kitablarda oxuduğumuz mövzu deyil
  • Dün, 10:36
    İlham Əliyev: "Azərbaycan artıq orta gücə çevrilir"
  • Dün, 10:08
    İlham Əliyev: Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir
  • Dün, 10:04
    İlham Əliyev: "907-ci düzəliş" ermənipərəst senatorlar tərəfindən irəli sürülmüşdü
  • Dün, 10:00
    Prezident: Borrel vəzifədən getdikdən sonra Azərbaycanın Avropa Komissiyası ilə münasibətləri yaxşılaşmağa başladı
  • Dün, 09:56
    İlham Əliyev Şuşa Qlobal Media Forumunun keçirilməsinin məqsədindən danışdı
  • Dün, 09:46
    Dövlət başçısı: Coğrafi mövqeyimizin üstünlüklərindən səmərəli istifadə etməyə nail olmuşuq
  • Dün, 09:42
    İlham Əliyev: Azərbaycan və Türkiyə kimi dünyada bir-birinə yaxın iki ölkə yoxdur
  • Dün, 09:38
    Prezident: Qonşularla əlaqə olmadan tranzit ölkə olmaq mümkün deyil
  • Dün, 09:27
    Şuşada Prezidentin iştirakı ilə Forum başladı - YENİLƏNİB - CANLI
  • Dün, 09:00
    Niyə mənzillər oğlanlara deyil, qızlara etibar edilir? - VİDEO
  • 11-07-2026, 22:02
    Prezident: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir
  • 11-07-2026, 21:44
    İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır
  • 11-07-2026, 20:30
    32 il əvvəl Ulu Öndərlə çəkilən şəkil Prezidentə göstərildi - Foto
  • 11-07-2026, 18:12
    İlham Əliyev “Xankəndi” hotelinin açılışında - Fotolar
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə