• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Mübariz müəllim: “Azərbaycan naminə yaşanan ömür” [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

10-05-2023, 10:21

Mübariz müəllim: “Azərbaycan naminə yaşanan ömür”


İş adamı Mübariz müəllim qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Mübariz müəllimin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Mübariz müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, İş adamı Mübariz müəllimə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, İş adamı Mübariz müəllimdir.

İş adamı Mübariz müəllim - “Müstəqil Azərbaycanın dövlət quruculuğu, iqtisadi dirçəlişi, bütün sahələrdə tərəqqisi, müstəqil dövlət olaraq dünya birliyində yeri və rolunu möhkəmləndirməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider azərbaycançılıq ideologiyasının müəllifidir. Hakimiyyətinin hər iki dövründə azərbaycançılıq ideologiyasının təkmilləşdirilməsini qarşıya mühüm vəzifə kimi qoymuşdur. Onun formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, dünya azərbaycanlılarının birliyi Ümummilli Liderin fəaliyyətinin hələ Naxçıvan mərhələsində prioritet məsələ kimi öndə saxlanılmışdı. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə qərar qəbul edilib. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Həmrəylik Gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur. Həmrəylik Günü dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi, onların Azərbaycan həqiqətlərinin təbliğinə töhfələri 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə öz sözünü dedi.”

Mübariz müəllim: “Azərbaycan naminə yaşanan ömür”


Mübariz müəllim Ulu Öndərin milli həmrəyliyin təmin olunması istiqamətində tarixi təşəbbüsünə də xüsusi diqqət yönəldib: “Azərbaycan dilinin dövlət statusu qazanması Ulu Öndərin qətiyyətinin nəticəsidir. Ümummilli Lider dövlət dilimizin böyük himayədarıdır. Dahi şəxsiyyət bildurmişdir ki, Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi ən böyük nailiyyələrimizdən biridir. Bu, təkcə dil deyil, həm də azərbaycançılıq məsələsidir. Ümummilli Liderin prinsipiallığı və qətiyyəti sayəsində 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında 73-cü maddə daxil edilmişdi. Bu, uzaqgörən tarixi addım Ümummilli Liderin ana dilinə dövlətçilik münasibətinin parlaq ifadəsi idi. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Geniş müzakirələrdən sonra 1995-ci ildə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir.”

Ümummilli Liderin hakimiyyətinin hər iki dövrü dövlətinə, xalqına xidmət nümunəsidir: “Canından artıq sevdiyi Azərbaycanın daim öndə olması, ən yüksək zirvələri fəth etməsi dahi şəxsiyyətin əsas arzusu idi. Onun “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” çağırışı məhz bütün dünya azərbaycanlılarını bir amal-azərbaycançılıq ideologiyası ətrafında sıx birləşdirdi, ölkəmizin daha da qüdrətlənməsinə öz töhfələrini vermələrinə stimul oldu.”

Müasir müstəqil Azərbaycanın Ulu Öndərin şah əsəri kimi tanınması və nüfuz qazanması dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin aydın ifadəsidir: “Azərbaycan Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə faciələrdən, müstəqilliyini itirmək təhlükəsindən xilas oldu. Dahi şəxsiyyət Azərbaycanın müstəqilliyini daimi və sarsılmaz etdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir. Biz bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr, bax, bu yolun təməlində dayanıb.”

Mübariz müəllim: “Azərbaycan naminə yaşanan ömür”


Mübariz müəllim Heydər Əliyev siyasətinin uğurlarını bir yazıda əhatə etməyin mümkünsüzlüyünü bildirib: “Ümummilli Lider 2003-cü ildə xalqa tarixi müraciəti ilə bu yolun davamlılığını, Azərbaycanın daha yüksək zirvələri fəth etməsinin əsasını qoydu. Cənab İlham Əliyevə Özü qədər inandığını bildirən Ulu Öndər Heydər Əliyev axıra çatdıra bilmədiyi işlərin Onun axıra çatdıracağına əminliyini ifadə etdi. Axıra çatdırılması nəzərdə tutulan məsələlər sırasında ilk növbədə Qarabağ münaqişəsinin həlli dayanırdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində çoxəsrlik tariximizin Zəfər səhifəsi yazıldı. Ölkə Prezidenti İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirdi. İki ildən artıqdır ki, ölkəmizin həyatında yeni bir dövr başlayıb. Azad Qarabağda və azad Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Bütün bunlar Heydər Əliyev siyasətinin təntənəsidir. Azərbaycana hansı sahədən baxsaq Ümummilli Liderin misilsiz xidmətlərini görürük. Dahi şəxsiyyət məhz möhkəm təmələ söykənərək dövlətimizin və xalqımızın gələcəyinin daha da yaxşı olacağına əminliyi əsasında bildirmişdir: “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!”

Oxunub: 10314
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

14-10-2023, 11:00

ALLAH tərəfindən ucalanları bəndə alçada bilməz! Kişilərin keçdiyi karvan yolu! İT hürər karvan keçər [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

17-05-2023, 12:52

Şahin müəllim: Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

16-05-2023, 12:22

Şəhid Xudayarın ailəsində ağır itki - FOTO [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Balıq məhsulları tam nəzarətə götürülür - Bazar BELƏ DƏYİŞƏCƏK
DİN-dən xəbərdarlıq: Bu məlumatları heç kimlə paylaşmayın
Azərbaycanın daha bir ölkə ilə viza rejimi ləğv olunur
Niyə mənzillər oğlanlara deyil, qızlara etibar edilir? - VİDEO
Zəngəzur dəhlizi TƏHLÜKƏDƏ – Moskva gör NƏ tələb edir…
Dövlət mülkiyyətində olan əmlakla bağlı yeni qanun
Hadisə
11-07-2026, 11:30
Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu
11-07-2026, 09:23
Evin girişi başlarına uçdu, köməksiz vəziyyətdə qaldılar - VİDEO
10-07-2026, 11:30
Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti - Açıqlandı
10-07-2026, 11:26
“Bundan maşın çıxmaz, bilmirəm zərərimi necə ödəyəcəklər” - Video
9-07-2026, 09:25
Bu kəndlə əlaqə kəsildi
8-07-2026, 14:11
Nazirliyin qoyunlarını oğurladı
Son xəbərlər
  • Bugün, 09:59
    Hikmət Hacıyev: Münaqişələr həm də informasiya məkanında aparılır
  • Bugün, 09:55
    ABŞ İranı yenidən bombaladı
  • Bugün, 09:22
    BƏƏ Hörmüz boğazından yan keçmək üçün yeni liman və terminal tikəcək
  • Bugün, 09:19
    Finalın bir addımlığında: Bu gün möhtəşəm qarşılaşma var
  • Bugün, 09:00
    Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
  • Dün, 23:56
    Dünya Kriminal qəzetinin kollektivi Eldar Salahova dərin hüznlə başsağlığı verir
  • Dün, 16:00
    Bakı BUNU bacardı: İsrail onları MƏYUS etdi – Revanşistlər ŞOKDA
  • Dün, 15:30
    Balıq məhsulları tam nəzarətə götürülür - Bazar BELƏ DƏYİŞƏCƏK
  • Dün, 13:12
    DİN-dən xəbərdarlıq: Bu məlumatları heç kimlə paylaşmayın
  • Dün, 13:05
    Prezident: "Yaponiya ilə müdafiə sənayesində birgə müəssisələr yarada bilərik"
  • Dün, 13:02
    İlham Əliyev: Qarabağın bərpasında Azərbaycana birinci yardım edən məhz Şavkat Mirziyoyev olub
  • Dün, 12:36
    İlham Əliyev: Azərbaycanın potensial daxili riskləri yoxdur
  • Dün, 11:16
    Azərbaycanın daha bir ölkə ilə viza rejimi ləğv olunur
  • Dün, 11:11
    Dövlət başçısı: Fransanın dənizaşırı əraziləri kolonial müstəmləkəçilik siyasətindən əziyyət çəkir
  • Dün, 11:07
    Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı
  • Dün, 11:02
    Prezident: Azərbaycan və Rusiya münasibətləri normallaşdırıb və müsbət dinamikaya malikdir
  • Dün, 10:56
    İlham Əliyev: Donald Tramp sülhsevər və sülhü gətirə biləcək insandır - YENİLƏNİB
  • Dün, 10:44
    Prezident: "Avropaya qaz təchizatının həcminin artırılması ilə bağlı danışıqlar gedir"
  • Dün, 10:40
    Dövlət başçısı: Təhlükəsizlik təhdidləri bizim region üçün kitablarda oxuduğumuz mövzu deyil
  • Dün, 10:36
    İlham Əliyev: "Azərbaycan artıq orta gücə çevrilir"
  • Dün, 10:08
    İlham Əliyev: Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir
  • Dün, 10:04
    İlham Əliyev: "907-ci düzəliş" ermənipərəst senatorlar tərəfindən irəli sürülmüşdü
  • Dün, 10:00
    Prezident: Borrel vəzifədən getdikdən sonra Azərbaycanın Avropa Komissiyası ilə münasibətləri yaxşılaşmağa başladı
  • Dün, 09:56
    İlham Əliyev Şuşa Qlobal Media Forumunun keçirilməsinin məqsədindən danışdı
  • Dün, 09:46
    Dövlət başçısı: Coğrafi mövqeyimizin üstünlüklərindən səmərəli istifadə etməyə nail olmuşuq
  • Dün, 09:42
    İlham Əliyev: Azərbaycan və Türkiyə kimi dünyada bir-birinə yaxın iki ölkə yoxdur
  • Dün, 09:38
    Prezident: Qonşularla əlaqə olmadan tranzit ölkə olmaq mümkün deyil
  • Dün, 09:27
    Şuşada Prezidentin iştirakı ilə Forum başladı - YENİLƏNİB - CANLI
  • Dün, 09:00
    Niyə mənzillər oğlanlara deyil, qızlara etibar edilir? - VİDEO
  • 11-07-2026, 22:02
    Prezident: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir
  • 11-07-2026, 21:44
    İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır
  • 11-07-2026, 20:30
    32 il əvvəl Ulu Öndərlə çəkilən şəkil Prezidentə göstərildi - Foto
  • 11-07-2026, 18:12
    İlham Əliyev “Xankəndi” hotelinin açılışında - Fotolar
  • 11-07-2026, 12:04
    Prezident “Həkəriçay” su anbarının təməlini qoydu - Fotolar
  • 11-07-2026, 11:45
    Azərbaycan müdafiə naziri Türkiyədə işgüzar səfərdədir
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə