• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Paşinyan sülh sazişindən rəsmən imtina etdi: İrəvanın məkrli “pakt” təklifi yeni savaş planıdır [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

31-01-2024, 10:00

Paşinyan sülh sazişindən rəsmən imtina etdi: İrəvanın məkrli “pakt” təklifi yeni savaş planıdır


Rəsmi İrəvanın “sülh çağırışları” Azərbaycanın arxayınlaşdırılaraq, diqqətinin yayındırılması məqsədi güdür, zaman qazanmağa çalışan Paşinyan hakimiyyəti Ermənistan ordusunu yeni müharibəyə hazırlayır... Ermənistan növbəti də sülh prosesindən maksimum səviyyədə uzaqlaşmış durumdadır, rəsmi İrəvanın son davranışları Azərbaycana qarşı yenə də ərazi iddialarının irəli sürülməsi imkanlarını gələcəyə daşımaq niyyətini biruzə verir...
Cənubi Qafqazda sülh prosesi “düyünə” düşüb. Son vaxtlara qədər Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin ən yaxın vaxtlarda imzalana biləcəyi iddia edilirdi. Xüsusilə də, rəsmi İrəvan bu barədə daha tez-tez ehtimallar irəli sürürdü. Paşinyan hakimiyyətinin təmsilçiləri hətta sülh sazişinin imzalana biləcəyi vaxt barədə iddialarla da çıxış edirək, mövzunu “ilin sonu”, “yaxın 15 gün” kimi zaman intervalına bağlamağa çalışırdılr. Və onların açıqlamalarında yer alan bəzi məqamlar Ermənistanın hakim dairələrinin yekun sülh sazişi üzərindən siyasi manipulyasiyalar etdiyini sezdirirdi.

Məsələ ondadır ki, rəsmi İrəvan üç şərt çərçivəsində yekun sülh sazişinin imzalanmasına hazır olduğunu vurğulayırdı. Halbuki, rəsmi Bakı yekun sülh sazişinin imzalanması üçün beynəlxalq hüquq normaları çərçivəsində beş vazkeçilməz prinsiplə çıxış etməkdədir. Cənubi Qafqazda dayanıqlı sülhün və əmin-amanlığın bərqərar olması üçün onların hamısının yekun sülh sazişində yer alması vacibdir. Və bu baxımdan, rəsmi İrəvanın sülhdən danışarkən, əslində, bu prosesin bloklanmasına cəhd göstərdiyi inkaredilməz reallıqdır.

1528745391_4e61f958d4a76fb410b67ebb35ebd14c.jpg (420 KB)Ona görə də, Paşinyan hakimiyyəti yekun sülh sazişindən danışdıqca, Ermənistan imzalanma prosesindən bir o qədər uzaqlaşmış kimi görünür. Baş nazir Nikol Paşinyanın son açıqlamaları isə ümumiyyətlə, sülh prosesinin arxa plana keçirilməsinə hazırlığa başlanıldığından xəbər verir. Çünki erməni baş nazir artıq yekun sülh sazişindən deyil, “hücum etməmək barədə pakt”ın imzalanma ehtimalından danışmağa başlayıb. Və bu, o deməkdir ki, rəsmi İrəvan Azərbaycanla sülh sazişinin imzalanmasında maraqlı deyil.

Baş nazir Nikol Paşinyan onu da vurğulayıb ki, “hücum etməmək barədə pakt”ın imzalanması barədə Azərbaycana təkliflə müraciət olunub. Erməni baş nazir “sülh gündəliyinə sadiq olduğunu” vurğulasa da, prosesin uzana biləcəyini də istisna etməyib: “Əgər, sülh prosesi gözlənildiyindən daha çox uzanarsa, “hücum etməmək barədə pakt”ın imzalanmasına ehtiyac yarana bilər. Eyni zamanda, Azərbaycana qarşılıqlı olaraq, silahlara nəzarət edilməsi barədə də təklif göndərmişik”.

Göründüyü kimi, rəsmi İrəvan yenə “suyu bulandırmaq” niyyətinə düşüb. Böyük ehtimalla Paşinyan hakimiyyəti Qərbdəki ermənipərəst himayədarlarından Azərbaycanla sülh sazişinin imzalanmasından imtina olunması barədə təlimat alıb və Ermənistana təhlükəsizlik təminatı vəd edilib. Əks halda, Cənubi Qafqaz regionunun sülh prosesindən uzaqlaşdırılmasına hədəflənmiş təkliflər uydurmağa cəsarət göstərməzdi. Və bu, rəsmi İrəvanın regional sülh prosesini siyasi manipulyasiyalar ilə “qaranlıq tunelə” çəkməyə çalışdığını biruzə verir.

3fdc23ab-eca4-47df-a1d5-d758188a54b5.jpg (256 KB)Məsələ ondadır ki, Cənubi Qafqazda uzunmüddətli, dayanıqlı sabitliyə yalnız yekun sülh sazişinin imzalanması təminat verə bilər. Çünki belə bir hüquqi sənədin imzalanması Azərbaycan və Ermənistan arasında bütün mübahisəli məsələlərin razılaşdırılması anlamı daşıyacaq. Hər iki tərəf bir-birinin ərazi bütövlüyünü tanımış olacaq, ərazi iddialarından imtina edəcək, sərhədlərin toxunuzlmazlığını qəbul edəcək. Nəticədə Azərbaycan və Ermənistan arasında yeni savaş üçün heç bir səbəb qalmayacaq.

Ancaq belə anlaşılır ki, rəsmi İrəvan bunu istəmir. Böyük ehtimalla Paşinyan hakimiyyəti Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını gələcəyə doğru daşımaqda maraqlıdır. Buna nail olmaq üçün isə indi rəsmi İrəvan müxtəlif siyasi manipulyasiyalat ilə vaxtı uzatmağa, zaman qazanmağa çalışır. “Hücum etməmək barədə pakt”ın uydurulması da, əslində, Paşinyan hakimiyyətinin zaman qazanmaq niyyətinə xidmət edir. Yəni, rəsmi İrəvan sülh danışıqlarını illərlə uzatmağa çalışmaqla yanaşı, həm də bu müddət ərazində Azərbaycanın hərbi müdaxiləsindən özünün sığortalamağa cəhd göstərir. Və “pakt” imzalamaqla, hərbi müdaxilə olmayacağını təminat altına almaq niyyəti güdür.

Ermənistanın hazırda zamana ehtiyacı var. Rəsmi İrəvan Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirə bilmək üçün vaxt qazanmağa cəhd göstərir. Çünki Ermənistanın darmadağın edilmiş ordusunu yenidən bərpa edərək, silahlandırmaq planları qurub. Bu prosesin illərlə davam edə biləcəyini Paşinyan hakimiyyəti anlayır. Ona görə də, “pakt” uydurması ilə Ermənistanın yenidən silahlanmasına nail olana qədər təhlükəsizliyinə təminat ala biləcəyini düşünür. Və bu, rəsmi İrəvanın silahlanma istiqamətində atdığı son addımlardan da qabarıq şəkildə nəzərə çarpır.

3c6010dfe7ce369616e4cb2caf60a546.jpg (422 KB)

Belə ki, Ermənistan Fransa və Hindistandan hərbi texnika idxal etməyə başlayıb. Eyni zamanda, bir müddət öncə Rusiyanın da Ermənistana hərbi texnika göndərməsinə nail olunub. Üstəlik, Kremllə yeni hərbi-ticari müqavilələrin icrası barədə də müzakirələr aparılır. Baş nazir Nikol Paşinyan da artıq rəsmən etiraf edib ki, Ermənistan silah-sursat və hərbi texnika alınması üçün istehsalçı ölkələrlə bir neçə milyard dollar dəyərində müqavilələr imzalayıb. Eyni zamanda, daxili hərbi istehsal üçün də bir neçə yüz milyon dollarlıq maliyyə vəsaiti ayrılıb. Erməni baş nazir vurğulayıb ki, Ermənstan ordusunun gücləndirilməsinə hər hansı başqa alternativ variant yoxdur.

Belə anlaşılır ki, rəsmi İrəvanın sülh çağırışları Azərbaycanın arxayınlaşdırılaraq, diqqətinin yayındırılması məqsədi güdür. Əslindəsə, Paşinyan hakimiyyəti bütün bu sülh manipulyasiyalarına paralel olaraq, Ermənistan ordusunu yeni müharibəyə hazırlayır. Əgər, belə davam edərsə, Ermənistan növbəti də sülh prosesindən maksimum səviyyədə uzaqlaşmış olacaq. Və hazırda rəsmi İrəvanın davranışları Ermənistanın sülh prosesindən imtina etmək, gələcəkdə Azərbaycana qarşı yenə də ərazi iddiaları irəli sürmək üçün məkrli planlar qurmaq niyyətində olduğunu biruzə verir.

Oxunub: 10231
Paylaş:
Digər xəbərlər

Siyasət

30-01-2024, 09:18

Paşinyan sülh sazişindən rəsmən imtina etdi: İrəvanın məkrli “pakt” təklifi yeni savaş planıdır [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

14-12-2023, 12:55

Paşinyan: "Yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanması realdır" [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

25-12-2023, 10:00

Paşinyana ünvanlı "erməni mesajı" xof yaratdı: Sülh sazişi imzalansa belə, Ermənistan dövlətçiliyini itirəcək [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

26-09-2023, 10:00

Paşinyan indi sülh sazişinə niyə can atır: Bakı İrəvanı elə ən zəif yerindən “vurdu” ki… [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

19-08-2023, 09:00

Paşinyan Ermənistanın iflasından faydalanır: İrəvan erməni toplumuna Bakını işarə edəcək [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Qarabağ Universitetində YENİLİK
Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
Su polisi vətəndaşın şikayətini araşdırır
“Adını daşıyan nəvənlə yanındayam, çox darıxırıq” - Milli Qəhrəmanın oğlu
IV Şuşa Qlobal Media Forumu başa çatıb
Milli Məclisin iclası başa çatdı - Deputatlar tətilə çıxdı
Hadisə
Bugün, 14:08
Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
Bugün, 14:02
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
11-07-2026, 11:30
Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu
11-07-2026, 09:23
Evin girişi başlarına uçdu, köməksiz vəziyyətdə qaldılar - VİDEO
10-07-2026, 11:30
Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti - Açıqlandı
10-07-2026, 11:26
“Bundan maşın çıxmaz, bilmirəm zərərimi necə ödəyəcəklər” - Video
Son xəbərlər
  • Bugün, 16:00
    Tramp: Hücumlar Tehran Ağ Evin şərtlərini qəbul edənədək davam edəcək
  • Bugün, 15:30
    Yaxın Şərqin yenidən alovlanmasının PƏRDƏARXASI DETALLARI
  • Bugün, 14:12
    İran itkilərinin sayını açıqladı
  • Bugün, 14:08
    Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
  • Bugün, 14:02
    Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
  • Bugün, 13:59
    Ukrayna Qara dənizdə rusların 20 gəmisini vurdu
  • Bugün, 12:52
    Qarabağ Universitetində YENİLİK
  • Bugün, 12:46
    Əli Əsədov Qətərin Bakıdakı səfirliyinə getdi, başsağlığı verdi
  • Bugün, 11:26
    Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
  • Bugün, 11:21
    İlham Əliyev Ərdoğana başsağlığı verdi
  • Bugün, 10:40
    Su polisi vətəndaşın şikayətini araşdırır
  • Bugün, 10:03
    Yamal Mbappeni kölgədə qoydu
  • Bugün, 09:59
    ABŞ 23 il sonra bu ölkədən hərbçilərini tam çıxarır
  • Bugün, 09:55
    Maraqla gözlənilən oyun - İspaniyanın rəqibi bəlli olur
  • Bugün, 09:31
    ABŞ-dən İsrailə təzyiq: Tramp qoşunların geri çəkilməsini istəyib
  • Bugün, 09:28
    Türkiyə XİN o hücumu pislədi
  • Bugün, 09:24
    Azərbaycan XİN Türkiyəyə təbrik ünvanladı
  • Bugün, 09:00
    DÇ-2026: Fransanı məğlub edən İspaniya ilk finalçı oldu
  • Dün, 16:00
    Ermənistanda pasportlarının Türkiyədə çapı iddiaları - QALMAQAL
  • Dün, 15:30
    Müharibənin sonunu gətirəcək "QIZIL AÇAR" - Putinin "Müqəddəs Simvolu" ÇÖKÜR
  • Dün, 15:09
    Prezidentin maşınında selfi çəkdi - Foto
  • Dün, 15:05
    Prezidentlər bir-birinə bunları hədiyyə etdi - Video
  • Dün, 14:22
    “Adını daşıyan nəvənlə yanındayam, çox darıxırıq” - Milli Qəhrəmanın oğlu
  • Dün, 13:29
    IV Şuşa Qlobal Media Forumu başa çatıb
  • Dün, 13:26
    Hikmət Hacıyev Şuşada D-8-in nümayəndə heyəti ilə görüşdü
  • Dün, 13:22
    Prezidentlər Şuşada güllələnmiş büstlərə baxıblar - FOTO
  • Dün, 13:14
    Milli Məclisin iclası başa çatdı - Deputatlar tətilə çıxdı
  • Dün, 12:34
    Elektron siqaretlərlə bağlı daha bir QADAĞA
  • Dün, 12:31
    Azərbaycanda tələbələrlə bağlı YENİ QANUN
  • Dün, 12:28
    Dövlət mülkiyyətində olan əmlaklarla bağlı YENİLİK
  • Dün, 12:25
    Valyutanın xaricdən qaytarılmamasına görə cərimə dəyişir
  • Dün, 12:22
    Balıqçılıq məhsullarının yeni satış qaydalar
  • Dün, 10:50
    Şuşada Azərbaycan və Slovakiya prezidentlərinin təkbətək görüşü olub
  • Dün, 10:44
    Slovakiya Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi oldu
  • Dün, 09:59
    Hikmət Hacıyev: Münaqişələr həm də informasiya məkanında aparılır
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə