• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Moskva-İrəvan münasibətlərində yeni konfiqurasiya - “Qarabağdan sonra” [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

4-12-2023, 14:22

Moskva-İrəvan münasibətlərində yeni konfiqurasiya - “Qarabağdan sonra”


Rusiya ilə Ermənistan arasında münasibətlər əvvəlki kimi olmayacaq. Amma Rusiyanın Zaqafqaziyadan çıxması ilə bağlı nəticə çıxarmağa tələsməyə də ehtiyac yoxdur. Çünki bu region Rusiya Federasiyasının cənub bölgələrinin təhlükəsizliyi üçün xüsusi əhəmiyyət kəsb edir. Lakin o da həqiqətdir ki, Rusiyanın postsovet Avrasiyasının ən təlatümlü hissələrindən birində mövcudluğunun konfiqurasiyası dəyişir”. Bu fikirləri məşhur rusiyalı politoloq və beynəlxalq məsələlər üzrə mütəxəssis Sergey Markedonov sosial şəbəkədəki hesabında yazıb.

Analitik hesab edir ki, İrəvanla Moskva arasında dialoqda bir növ aşağılama hissi var: “Belə ki, Ermənistanın Baş naziri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Minsk sammitində iştirak etmədi. Onunla yanaşı, ən yaxın silahdaşları - xarici işlər naziri Ararat Mirzoyan, həmçinin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Müdafiə Nazirliyinin rəhbəri Suren Papikyan KTMT-nin müvafiq struktur bölmələrinin iclaslarında iştirak etmədilər. Ermənistanın media məkanında isə KTMT-yə yumşaq desək, üstünlük verilmir. Söhbət həm ənənəvi mediadan, həm də sosial şəbəkələrdən gedir. Eyni zamanda, belə bir hiss var ki, İrəvan münasibətlərdə dərinləşən uçuruma hazır deyil. Ən azı indiki dövr üçün”.

“Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Nikol Paşinyanın Rusiyanın “şimal paytaxtı” Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammitində iştirakı gözlənilir. Bundan əvvəl Vladimir Putinin köməkçisi Yuri Uşakov da oxşar məlumat vermişdi. Hesab edirəm ki, məhz Peterburqda İrəvanın “Qarabağdan sonra” yanaşmalarında konfiqurasiya dəyişikliyi planlaşdırılır. Əgər Ermənistan rəhbərliyi KTMT-yə soyuqqanlı, bəzən də bilərəkdən nümayişkaranə şəkildə soyuq münasibət bəsləyirsə, deməli, Avrasiya İqtisadi İttifaqı ilə bağlı yanaşması fərqlidir”, - Markedonov vurğulayıb.

“Paşinyan Peterburqa gedib-getməyəcəyini bilmirəm, hələ qərar verilməyib, amma mənim şəxsi fikrimcə, Ermənistan bu sammitdə iştirak etməlidir, çünki biz Aİİ-yə sədrliyi öz öhdəmizə götürürük”, - deyə Ermənistan Parlamentinin sədri Alen Simonyan noyabrın 28-də bildirmişdi. Çətin ki, belə yüksək rütbəli dövlət xadimi bu vəziyyətdə sıradan bir bəyanat versin. Əgər İrəvan Moskvanın təhlükəsizlik zəmanətlərinə açıq-aşkar şübhə ilə yanaşırlarsa, o zaman Rusiya Federasiyası və Aİİ-dəki digər tərəfdaşlarla iqtisadi inteqrasiyanı nəinki saxlamaq, hətta bəlkə də dərinləşdirmək perspektivlərinə də açıq-aşkar skeptisizm var”, - analitik əlavə edib.

Politoloq qeyd edib ki, müttəfiqlər arasında münasibətlərdə hansı yeni konfiqurasiyalar yaransa da, köhnə problemlərin qarşısını almaq mümkün deyil: “Münasibətlərin şəxsi müstəvisinin əhəmiyyətini nəzərə alsaq, Rusiya Prezidenti ilə Ermənistanın Baş naziri arasında söhbət vəziyyəti sakitləşdirə və onu daha konstruktiv istiqamətə apara bilər. Amma yenə deyirəm, əvvəlki münasibətlərin bərpası mümkün görünmür”.

Müəllif: Turan Abdulla - Mənbə: AYNA.az

Oxunub: 10233
Paylaş:
Digər xəbərlər

Siyasət

1-12-2023, 14:47

NƏ BAŞ VERİR: Bir “şillə” Paşinyanı silkələdi? - Minskə “yox”, Peterburqa “hə” [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

15-08-2023, 13:15

Mirzoyan təcili ABŞ-yə gedir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

25-07-2023, 10:19

Azərbaycan Rusiyanı Qarabağdan çıxarmağa hazırlaşır: Bakının 2 rıçağı [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

23-05-2023, 16:00

Ermənistan Cənubi Qafqaza NATO qoşunlarını gətirir? - Əgər KTMT-dən çıxarsa... [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

25-10-2023, 14:27

“Moskva Bakı və İrəvanla təmasları davam etdirir” [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Nazirlikdən 20 min şəxsin pensiyası ilə bağlı VACİB QƏRAR
Mənzil alanların ən çox rastlaşdığı saxtakarlıq - Ali Məhkəmə aydınlıq gətirdi
Azərbaycanda nə qədər xarici ölkə vətəndaşı yaşayır?
AQTA rəsmisindən arıqlama məhsulları ilə bağlı HƏYƏCAN TƏBİLİ
Quzu əti niyə fərqli qiymətlərə satılır?
KOLBASA həvəskarları oxusun! – QİDA mütəxəssisindən SOS
Hadisə
Bugün, 12:10
Paytaxt ərazisində oğurluq edən şəxslər saxlanıldı
Dün, 13:05
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Dün, 10:09
Bakıda hoteldə yanğın - Qonaqlar təxliyə edildi - VİDEO
Dün, 09:56
Dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salındı
15-07-2026, 14:08
Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
15-07-2026, 14:02
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
Son xəbərlər
  • Bugün, 12:37
    Azərbaycan Prezidenti İrlandiyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
  • Bugün, 12:32
    Dövlət başçısı Kamboca səfirinin etimadnaməsini qəbul etdi
  • Bugün, 12:28
    Azərbaycan Prezidenti Oman səfirinin etimadnaməsini qəbul etdi
  • Bugün, 12:21
    Baş nazir əhali ilə bağlı vacib qərar imzaladı
  • Bugün, 12:18
    İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul etdi
  • Bugün, 12:10
    Paytaxt ərazisində oğurluq edən şəxslər saxlanıldı
  • Bugün, 11:14
    Nazirlikdən 20 min şəxsin pensiyası ilə bağlı VACİB QƏRAR
  • Bugün, 11:11
    Mənzil alanların ən çox rastlaşdığı saxtakarlıq - Ali Məhkəmə aydınlıq gətirdi
  • Bugün, 11:07
    Azərbaycanda nə qədər xarici ölkə vətəndaşı yaşayır?
  • Bugün, 11:00
    AQTA rəsmisindən arıqlama məhsulları ilə bağlı HƏYƏCAN TƏBİLİ
  • Bugün, 10:57
    Slovakiya Prezidenti: "İlham Əliyevin təklifi ilə dərhal razılaşdım"
  • Bugün, 10:45
    Məşhur aparıcı saxlanıldı
  • Bugün, 09:57
    Mehriban Əliyeva məşhur jurnalistin müalicəsinə dəstək oldu
  • Bugün, 09:52
    ŞOK SORĞU: Dünya artıq Çinə ABŞ-dan daha çox rəğbət bəsləyir
  • Bugün, 09:44
    Quzu əti niyə fərqli qiymətlərə satılır?
  • Bugün, 09:35
    Bank sektoru rekord qırdı: Kredit faizləri enəcək?
  • Bugün, 09:22
    Tramp DÇ-2026-nın finalına qatılacaq
  • Bugün, 09:19
    İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı
  • Bugün, 09:00
    Ermənistandan etiraf: Azərbaycana satmağa...
  • Dün, 16:00
    KOLBASA həvəskarları oxusun! – QİDA mütəxəssisindən SOS
  • Dün, 15:30
    Məşhur şəhərdə su tükənir: Yeni qadağalar qüvvəyə mindi
  • Dün, 14:22
    Qaqauziya Türkiyədən dəstək istədi
  • Dün, 13:47
    Kiyevdə tarixi RAZILAŞMA: Türkiyə Ukrayna üçün o kritik missiyanı öz üzərinə götürdü
  • Dün, 13:31
    Deputatdan AÇIQLAMA - "Azərbaycanda pullu insanlara qarşı çox böyük qısqanclıq, paxıllıq var"
  • Dün, 13:05
    "Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
  • Dün, 13:02
    İrəvan Zəngəzur dəhlizi ilə bağlı sazişi təsdiqlədi
  • Dün, 12:57
    Donald Tramp İlham Əliyevin Şuşa Forumundakı çıxışı ilə bağlı paylaşım etdi - FOTO
  • Dün, 12:51
    Fələstinin Baş naziri Bakıda Zəfər parkını ziyarət etdi
  • Dün, 12:24
    Azərbaycanda 37 fələstinli tələbə təhsil alır
  • Dün, 12:20
    İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi
  • Dün, 12:14
    İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul edib - FOTO
  • Dün, 10:18
    Neft bazarında SON DURUM – Qiymətlər belə dəyişdi
  • Dün, 10:09
    Bakıda hoteldə yanğın - Qonaqlar təxliyə edildi - VİDEO
  • Dün, 10:00
    Şükürbəyli kəndinə 52 nəfərdən ibarət köç karvanı yola salındı
  • Dün, 09:56
    Dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salındı
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə