• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Makron Paşinyanı niyə və necə aldatdı: Fransa Ermənistan üçün "geopolitik bataqlıq" yaradır [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

15-11-2023, 09:39

Makron Paşinyanı niyə və necə aldatdı: Fransa Ermənistan üçün "geopolitik bataqlıq" yaradır


Fransanın göndərdiyi dövrünü bitirmiş hərbi "metal yığını"nın Ermənistan üçün geopolitik anlamda nələrisə müsbətə dəyişə biləcəyinə hazırda heç ermənilər özləri də inanmırlar... Halbuki, rəsmi Parisin hərbi dəstək avantürasının yalnız Bakıda deyil, Kremldə də ciddi qıcıq yaratdığı isə şübhə doğurmur və belə davam edərsə, Fransa Ermənistanı "xilas etmək" əvəzinə, daha böyük fəlakətlərə sürükləyə bilər...
Cənubi Qafqaza kənar müdaxilə cəhdləri artıq təhlükəli həddə çatıb. Hətta mövcud situasiyanı bütövlükdə regional sabitliyə ciddi təhdid də hesab etmək mümkündür. Belə davam edərsə, Cənubi Qafqazda çoxvektorlu qarşıdurma vəziyyətinin yaranma ehtimalı tamamilə real görüntülər ala bilər. Və bu baxımdan, gələcək regional gərginliyin ilkin əlamətləri də artıq açıq-aşkar müşahidə edilməyə başlayıb.

Onu da qeyd etmək lazımdır ki, hazırda Cənubi Qafqazda vəziyyətin yenidən qarışmasında məhz Qərb siyasi iradə mərkəzləri daha maraqlı görünürlər. Xüsusilə də, Fransa bu regionu növbəti dəfə "qaynar qazan" formatına keçirtmək üçün əlindən gələn hər şeyi edir. Rəsmi Parisin son vaxtlar atdığı addımlar və Ermənistana verdiyi dəstəyi açıq müstəviyə keçirməklə yanaşı, regional toqquşmalara yönəlik ssenariləri aktivləşdirməsi belə düşünməyə tamamilə əsas verir.

Məsələ ondadır ki, rəsmi Paris tədricən Ermənistanı Fransanın regional forpostuna çevirməyə çalışır. Halbuki, Ermənistan son vaxtlara qədər Fransa ilə əks düşərgələrdə yer alan Rusiyanın Cənubi Qafqazdakı qeyri-rəsmi quberniyası kimi davranırdı. Və indi rəsmi İrəvan həm xarici himayədarlarını, həm də xarici siyasət vektorunu Qərbin, daha dəqiq desək, Fransanın xeyrinə dəyişməyə çalışır.

Makron Paşinyanı niyə və necə aldatdı: Fransa Ermənistan üçün "geopolitik bataqlıq" yaradır


Rəsmi İrəvan hazırda Fransanın tam nəzarəti altındadır. Paşinyan hakimiyyəti Ermənistanın "bacısı"ndan gələn bütün sifarişləri və təlimatları dərhal yerinə yetirir. Bunun əvəzində isə Fransanın Ermənistanı beynəlxalq məkanda həm müdafiə edəcəyinə, gücləndirəcəyinə böyük ümidlər bəsləyir. Və bu ümidlərin təməlində isə rəsmi Paris tərəfindən Ermənistanı silahlandırmaq planının işə salınması dayanır.

Onu da qeyd etmək lazımdır ki, Fransa Ermənistana vəd etdiyi hərbi dəstəyin bir hissəsini artıq göndərib. Gürcüstan üzərindən Ermənistana "Bastion" markalı zirehli döyüş maşınları daşınması hazırda əməlli-başlı qalmaqal yaradıb. Rəsmi Parisin bu davranışına Qərbdə, Rusiyada, Gürcüstanda, hətta Ermənistanda belə, birmənalı deyil. Və bu baxımdan, Fransanın hərbi dəstəyinin Ermənistana hansı səviyyədə faydalı olacağı barədə danışmaq hələlik çox tezdir.

Maraqlıdır ki, bəzi gürcü politoloqlar rəsmi Tiflisin Fransa hərbi texnikasının Gürcüstan üzərindən Ermənistana daşınmasına razılıq verməsini sərt şəkildə tənqid edirlər. Onların fikrincə, Azərbaycanla tərəfdaşlıq münasibətləri nəzərə alındıqda, bu, yolverilməz addım kimi görünür. Və rəsmi Tiflisin bu davranışının istənilən halda, Azərbaycan-Gürcüstan münasibətlərinə zərbə vura biləcəyini düşünürlər.

Məsələn, gürcü politoloq Simon Kapadze Fransanın Gürcüstan üzərindən Ermənistana silah göndərməsini "sadəcə, biabırçılıq" ifadəsi ilə izah edib: "Mən bunu Gürcüstandan gözləməzdim. Bu addımın arxasında nəyin dayandığını bilmirəm. Bu addım niyə məhz indi atıldı? Gürcüstanın iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün çalışdığı bir zamanda bunun baş verməsi ağlasığmazdır”.

Makron Paşinyanı niyə və necə aldatdı: Fransa Ermənistan üçün "geopolitik bataqlıq" yaradır


Politoloqun qənaətinə görə, belə yolverilməz addımlar ilə Gürcüstanın Azərbaycanla olan yaxın əlaqələrini ciddi risk altına atmaq sadəcə, ağılsızlıqdır. Onun fikrincə, bu addımdan sonra rəsmi Tiflisə haqq qazandırmağa cəhd göstərmək də tamamilə yersizdir: “Gürcüstanın lehinə hansısa izah vermək, rəsmi Tiflisin tərəfini saxlamaq mənasız olardı. Ona görə də, mən bir Gürcüstan vətəndaşı olaraq, sadəcə, Azərbaycandan üzr istəyə bilərəm”.

Göründüyü kimi, Fransa yalnız Ermənistanı gücləndirmir, həm Azərbaycanın ən yaxın tərəfdaşlarından olan Gürcüstan ilə də münasibətlərini korlamaq niyyəti güdür. Ermənistanda isə Fransadan gətirilmiş "Bastion" zirehli döyüş maşınlarının bu ölkəni xarici təhlükədən qoruya biləcəyinə tam əmin deyillər. Üstəlik, bu döyüş maşınları barədə ortaya çıxmış bəzi məlumatlar ümumiyyətlə, Ermənistan cəmiyyətində ciddi narahatlıq doğurub. Və indi erməni toplumunda rəsmi İrəvanın bu barədə verəcəyi izahata böyük ehtiyac duyulur.

Məsələ ondadır ki, Fransanın Ermənistana göndərdiyi "Bastion" zirehli döyüş maşınlarının əslində, Ukrayna ordusu üçün tədarük edildiyi məlum olub. Ancaq bu döyüş maşınları savaş meydanında sınaqdan keçirildikdən sonra ciddi qüsurlar ortaya çıxıb. Xüsusilə də, savaş meydanında çevik manevr imkanları olmayan bu hərbi texnikanın zirehinin tank əleyhinə raketlərə davamsız olduğu müəyyən edilib. Və nəticədə rəsmi Kiyev bu döyüş maşınlarının Ukrayna ordusuna istifadə olunmasından imtina edib.

Belə anlaşılır ki, əslində, Fransa Ermənistana müasir savaş standartlarına qətiyyən cavab verməyən hərbi texnika göndərib. Rəsmi Paris bu zirehli döyüş maşınlarını əsasən, Fransanın Afrikadakı müstəmləkələrində yerli əhaliyə qarşı istifadə edib. Son vaxtlar fransız hərbi kontingenti Afrika ölkələrindən çıxmağa başladığından Fransada öz dövrünü bitirmiş belə texnika anbarlarda yığılıb, qalıb. Ona görə də, rəsmi Parisin bu "metal yığını"ndan xilas olmaq üçün uyğun variant axtarması barədə də məlumatlar mövcuddur. Yəni, "Bastion" zirehli döyüş maşınlarını Ukraynaya "sırımaq" mümkün olmayıb, Ermənistana "yükləyiblər".

Makron Paşinyanı niyə və necə aldatdı: Fransa Ermənistan üçün "geopolitik bataqlıq" yaradır


Bu baxımdan, hesab etmək olar ki, Ermənistan müasir savaş standartlarından geri qalan bu hərbi texnikaya görə Fransaya külli miqdarda maliyyə vəsaiti ödəməli olacaq. Üstəlik, Fransa rəsmi İrəvan üzərində təsir imkanlarını daha da genişləndirəcək, Ermənistanı özündən asılı vəziyyətə salacaq. Digər tərəfdən, Rusiyanın Ermənistana qarşı sərt reaksiyasını da maksimum səviyyədə gücləndirmiş olacaq. Və bu baxımdan, Ermənistana göndərilmiş hərbi texnika hazırda rəsmi İrəvandan daha çox Fransanın maraqlarına cavab verir.

Hər halda, ilkin təsəvvürlər ondan ibarətdir ki, Fransanın göndərdiyi "Bastion" zirehli döyüş maşınları savaş meydanında Ermənistana elə bir ciddi yardım göstərə bilməyəcək. Yəni, daha təmkinli və diqqətli yanaşdıqda, Cənubi Qafqaza Ermənistan üzərindən yerləşmək niyyəti güdən Fransanın rəsmi İrəvanı müasir tələblərə cavab verməyən, daha çox "metal yığını" xarakteri daşıyan hərbi texnika ilə aldadır. Bu baxımdan, Ermənistan üçün geopolitik anlamda nələrinsə dəyişə biləcəyinə hazırda ermənilər özləri də inanmırlar. Və belə davam edərsə, Fransa Ermənistanı xilas etmək əvəzinə, daha böyük fəlakətlərə sürükləyə bilər.

Düzdür, rəsmi Bakı Fransanı Ermənistanın silahlandırılmamasına görə sərt şəkildə ittiham edib. Ancaq Azərbaycanın Fransa tərəfindən Ermənistana köhnəlmiş hərbi texnika tədarükündən ciddi narahat olduğunu düşünmək sadəlövhlük olardı. Çünki bu, Azərbaycan üçün hərbi deyil, daha çox siyasi məsələ xarakteri daşıyır. Və Azərbaycan-Fransa münasibətlərin ciddi şəkildə korlanmağa başladığı artıq qətiyyən şübhə doğurmur.

Oxunub: 10236
Paylaş:
Digər xəbərlər

Siyasət

16-09-2023, 09:00

Ərdoğanın Qafqaz mesajları: Türkiyə yeni regional savaşa müdaxilə edəcək [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

7-11-2023, 09:00

İrəvanın Qərbə ümidləri boşa çıxır: Rusiya hərbi müdaxilə edəcək, ABŞ kənara çəkiləcək [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

1-09-2023, 10:00

Nəhəng müstəmləkəçi imperiya çökür: Bakı Fransanı can atdığı Qafqaza dəfn etmək üzrədir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

26-10-2023, 09:38

Paris İrəvanı müflis edir: Rusiya isə Ermənistanın “tam çöküş planı”na malikdir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

30-10-2023, 09:07

Paris Brüssel platformasını niyə qapatmağa çalışır: Fransanın gizli planının əsas sirri üzə çıxdı [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Qarabağ Universitetində YENİLİK
Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
Su polisi vətəndaşın şikayətini araşdırır
“Adını daşıyan nəvənlə yanındayam, çox darıxırıq” - Milli Qəhrəmanın oğlu
IV Şuşa Qlobal Media Forumu başa çatıb
Milli Məclisin iclası başa çatdı - Deputatlar tətilə çıxdı
Hadisə
Bugün, 14:08
Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
Bugün, 14:02
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
11-07-2026, 11:30
Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu
11-07-2026, 09:23
Evin girişi başlarına uçdu, köməksiz vəziyyətdə qaldılar - VİDEO
10-07-2026, 11:30
Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti - Açıqlandı
10-07-2026, 11:26
“Bundan maşın çıxmaz, bilmirəm zərərimi necə ödəyəcəklər” - Video
Son xəbərlər
  • Bugün, 16:00
    Tramp: Hücumlar Tehran Ağ Evin şərtlərini qəbul edənədək davam edəcək
  • Bugün, 15:30
    Yaxın Şərqin yenidən alovlanmasının PƏRDƏARXASI DETALLARI
  • Bugün, 14:12
    İran itkilərinin sayını açıqladı
  • Bugün, 14:08
    Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
  • Bugün, 14:02
    Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
  • Bugün, 13:59
    Ukrayna Qara dənizdə rusların 20 gəmisini vurdu
  • Bugün, 12:52
    Qarabağ Universitetində YENİLİK
  • Bugün, 12:46
    Əli Əsədov Qətərin Bakıdakı səfirliyinə getdi, başsağlığı verdi
  • Bugün, 11:26
    Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
  • Bugün, 11:21
    İlham Əliyev Ərdoğana başsağlığı verdi
  • Bugün, 10:40
    Su polisi vətəndaşın şikayətini araşdırır
  • Bugün, 10:03
    Yamal Mbappeni kölgədə qoydu
  • Bugün, 09:59
    ABŞ 23 il sonra bu ölkədən hərbçilərini tam çıxarır
  • Bugün, 09:55
    Maraqla gözlənilən oyun - İspaniyanın rəqibi bəlli olur
  • Bugün, 09:31
    ABŞ-dən İsrailə təzyiq: Tramp qoşunların geri çəkilməsini istəyib
  • Bugün, 09:28
    Türkiyə XİN o hücumu pislədi
  • Bugün, 09:24
    Azərbaycan XİN Türkiyəyə təbrik ünvanladı
  • Bugün, 09:00
    DÇ-2026: Fransanı məğlub edən İspaniya ilk finalçı oldu
  • Dün, 16:00
    Ermənistanda pasportlarının Türkiyədə çapı iddiaları - QALMAQAL
  • Dün, 15:30
    Müharibənin sonunu gətirəcək "QIZIL AÇAR" - Putinin "Müqəddəs Simvolu" ÇÖKÜR
  • Dün, 15:09
    Prezidentin maşınında selfi çəkdi - Foto
  • Dün, 15:05
    Prezidentlər bir-birinə bunları hədiyyə etdi - Video
  • Dün, 14:22
    “Adını daşıyan nəvənlə yanındayam, çox darıxırıq” - Milli Qəhrəmanın oğlu
  • Dün, 13:29
    IV Şuşa Qlobal Media Forumu başa çatıb
  • Dün, 13:26
    Hikmət Hacıyev Şuşada D-8-in nümayəndə heyəti ilə görüşdü
  • Dün, 13:22
    Prezidentlər Şuşada güllələnmiş büstlərə baxıblar - FOTO
  • Dün, 13:14
    Milli Məclisin iclası başa çatdı - Deputatlar tətilə çıxdı
  • Dün, 12:34
    Elektron siqaretlərlə bağlı daha bir QADAĞA
  • Dün, 12:31
    Azərbaycanda tələbələrlə bağlı YENİ QANUN
  • Dün, 12:28
    Dövlət mülkiyyətində olan əmlaklarla bağlı YENİLİK
  • Dün, 12:25
    Valyutanın xaricdən qaytarılmamasına görə cərimə dəyişir
  • Dün, 12:22
    Balıqçılıq məhsullarının yeni satış qaydalar
  • Dün, 10:50
    Şuşada Azərbaycan və Slovakiya prezidentlərinin təkbətək görüşü olub
  • Dün, 10:44
    Slovakiya Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi oldu
  • Dün, 09:59
    Hikmət Hacıyev: Münaqişələr həm də informasiya məkanında aparılır
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə