• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Əliyev şərtlərini ABŞ, Avropa və Rusiyaya qəbul etdirdi: İyunun 1-də Kremlə Qafqazın “çıxış qapısı” göstəriləcək [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

27-05-2023, 10:00

Əliyev şərtlərini ABŞ, Avropa və Rusiyaya qəbul etdirdi: İyunun 1-də Kremlə Qafqazın “çıxış qapısı” göstəriləcək



Moskva görüşündən Rusiyanın Cənubi Qafqazdakı sülh prosesində artıq elə bir ciddi rolu qalmadı, ABŞ və Qərb Kremlin regional vasitəçi statusunu əlindən alıb, ləğv etdi... Əgər, iddia olunduğu kimi, yaxın vaxtlarda – iyunun 1-də Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanarsa, həmin sənəd həm də Rusiyanın Cənubi Qafqazdan çıxarılmasına hüquqi baza yaradan anlaşmaya da çevrilə bilər...

Cənubi Qafqaz Rusiyanın əlindən “sürüşüb”, çıxır. Moskvada keçirilən üçtərəfli görüşün yekun nəticələrini belə xarakterizə etmək daha doğru yanaşma olardı. Bu görüşdən qısa müddət öncə Azərbaycan və Ermənistan rəsmi dairələri əvvəlcə Vaşinqtonda, ardıncasa, Brüsseldə müzakirələr aparmışdılar. Və bu iki görüşdə olduqca ciddi nəticələr əldə olunmuşdu, sülh prosesi önəmli məsafə qət etmişdi.

Təbii ki, Cənubi Qafqazda sülh prosesinin belə sürətlə inkişaf etməsi Kremldə ciddi narahatlıq və çaşqınlıq yaratmışdı. Kreml bir tərəfdən sülh prosesinin bu sürətli inkişafı ilə ayaqlaşa bilmirdi, digər tərəfdənsə, alternativ vasitəçilik konsepsiyasina sahib deyildi. Yəni, Rusiyanın regional sülh prosesində təsir göstərmək imkanları tükənmişdi. Halbuki, Vaşinqton və Brüssel görüşlərindən sonra Rusiyanın danışıqlar masasında qala bilməsi üçün Kremlin hansısa təkliflər irəli sürməsi, heç olmasa, bir sənədin imzalanmasına nail olması böyük önəm daşıyırdı.

Ancaq bu, baş vermədi. Prezident Vladimir Putinin vasitəçiliyi ilə keçirilən üçtərəfli görüş cəmisi 20 dəqiqə çəkdi və hər hansı sənəd imzalanmadı. Halbuki, bu görüşə qədər Rusiyanın iştirakı ilə Azərbaycan və Ermənistan arasında iki sənədin razılaşdırıldığı iddia olunurdu. Böyük ehtimalla üçtərəfli görüşdən öncə keçirilmiş Avrasiya İqtisadi İttifaqının toplantısında baş verənlər Rusiyanın vasitəçilik missiyasının taleyini birdəfəlik həll etdi.

Məsələ ondadır ki, Azərbaycan Prezidenti İlham Əliyev çox diplomatik şəkildə Ermənistan baş naziri Nikol Paşinyanın ənənəvi tezislərini darmadağın etdi. Erməni baş nazir isə vəziyyətdən çıxmaq üçün Ukrayna savaşında zəifləyib, aciz duruma düşmüş Rusiyanı suçladı. Kremlin üçtərəfli anlaşmaların icrasını təmin edə bilmədiyini qabartmaqla, Cənubi Qafqazda yaranmış durumun siyasi məsuliyyətini Rusiyanın üzərinə yüklədi.

Onu da qeyd edək ki, baş nazir Nikol Paşinyan Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını növbəti dəfə təkrarlamaqla, Kremlin regional maraqlarına və planlarına sarsıdıcı zərbə vurdu. Çünki erməni baş nazir bu açıqlamanı əvvəllər də dilə gətirmiş olsa da, indi ilk dəfə olaraq, məhz Azərbaycan və Rusiya prezidentlərinin qarşısında rəsmən səsləndirmiş oldu. Və böyük ehtimalla bu, Brüssel görüşündə Azərbaycan liderinin erməni baş nazir qarşısında qoyduğu tələblərdən biri olub.

Xatırladaq ki, baş nazir Nikol Paşinyan Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını əvvəlcə Avropa məkanında, ardınca erməni toplumu qarşısında, bu dəfə isə Kremlin tarixi divarları qarasında elan etdi. Nəticədə Azərbaycanın diqtəsi altında inkişaf edən sülh prosesinin hədəf dairəsi böyük ölçüdə qapanmış oldu. Yəni, rəsmi Bakı “Qarabağ Azərbaycandır” həqiqətini əvvəlcə Ermənistana, ardıncasa, erməni baş nazirin təqdimatında ABŞ-a, Avropaya və Rusiyaya qəbul etdirmiş oldu.

Təbii ki, erməni baş nazirin bu yekun açıqlamsından sonra Kremlin müqavimət göstərməsi üçün heç bir müdaxilə mexanizmi və ya faktoru qalmadı. Ona görə də, Kreml sahibi Vladimir Putin “Əgər, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, Rusiya bunun əleyhinə deyil. Deməli, sülh sazişinin imzalanması qarşısında olan əsas əngəl artıq aşılıb” deməyə məcbur oldu. Və nəticədə üçtərəfli Moskva görüşündə Kremlin sülh prosesinin pozulmasına hesabladığı hansısa yeni sənədin imzalanmana da ehtiyac qalmadı.

Göründüyü kimi, Rusiya Cənubi Qafqazdakı sülh prosesində Ermənistanla yanaşı, əsas məğlub tərəf durumuna düşüb. Düzdür, Kreml sülh prosesini poza biləcəyindən hələ də ümidini tam üzməyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalana biləcəyi vaxtla bağlı müəmmalı açıqlama verib. O, bildirib ki, bu, mümkündür, ancaq “zaman arxasınca qaçmağa” da ehtiyac yoxdur.

Deyəsən, bu dəfə Kreml təmsilçisi vəziyyəti düzgün qiymətləndirməkdə çətinlik çəkir, səhvə yol verir. Çünki indi hamıdan daha çox Rusiyanın “zaman arxasınca qaçmağa” ehtiyacı var. Hər halda, Kremlin nə zamana, nə də Cənubi Qafqazdakı sülh prosesinin inkişaf sürətinə yetişə bilmədiyi inkaredilməz reallıqdır. Və indiki situasiyada Kreml üçün ən doğru variant regional sülh prosesini pozmağa çalşıdığını, ancaq bacarmadığını etiraf etməsi ola bilər.

Məsələ ondadır ki, son məlumatlara görə, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi bir neçə gün sonra – iyunun 1-də Avropa ölkələrinin Kişinyovda keçiriləcək siyasi sammitində imzalana bilər. Həmin gün Azərbaycan, Ermənistan, Almaniya və Fransa liderlərinin görüşünün olacağı iddia edilir. Azərbaycanın Fransadakı səfiri də bunu təsdiqləyib və sülh sazişinin məhz həmin görüşdə imzalanma ehtimalının mövcudluğunu vurğulayıb.

Göründüyü kimi, Rusiyanın regional sülh prosesində artıq elə bir ciddi rolu yoxdur. ABŞ və Qərb bu prosesdə əsas vasitəçi rolunu Rusiyanın əlindən alıb. Əgər, ABŞ və Qərb iddia olunduğu kimi, yaxın vaxtlarda Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olarsa, bu, o deməkdir ki, Rusiyanın Cənubi Qafqazdan çıxarılması prosesinin başladılmasına da o qədər də çox qalmayıb. Bu baxımdan, regional sülh sazişi, həm də Rusiyanın Cənubi Qafqazı tərk etməsinə hüquqi baza yaradan anlaşmaya da çevrilə bilər.(Yeni Müsavat)

Oxunub: 10254
Paylaş:
Digər xəbərlər

Siyasət

23-05-2023, 10:00

İrəvan Bakının sülh şərtlərini qəbul edib: Paşinyan əsas sirləri açdı, erməni toplumunda şok effekti yaratdı [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

23-05-2023, 16:00

Ermənistan Cənubi Qafqaza NATO qoşunlarını gətirir? - Əgər KTMT-dən çıxarsa... [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

22-05-2023, 09:00

Qərb də, Rusiya da Paşinyanın "qələm"ini qırıb: Yeni erməni lider də məlumdur [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

27-05-2023, 09:41

"Bu, Kremlin Cənubi Qafqaz siyasətinin iflası deməkdir" - İLGİNC DETALLAR [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

24-05-2023, 16:00

Moskva və Kişinyov görüşlərindən nə gözlənilir? - ŞƏRH [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Qarabağ Universitetində YENİLİK
Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
Su polisi vətəndaşın şikayətini araşdırır
“Adını daşıyan nəvənlə yanındayam, çox darıxırıq” - Milli Qəhrəmanın oğlu
IV Şuşa Qlobal Media Forumu başa çatıb
Milli Məclisin iclası başa çatdı - Deputatlar tətilə çıxdı
Hadisə
Bugün, 14:08
Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
Bugün, 14:02
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
11-07-2026, 11:30
Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu
11-07-2026, 09:23
Evin girişi başlarına uçdu, köməksiz vəziyyətdə qaldılar - VİDEO
10-07-2026, 11:30
Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti - Açıqlandı
10-07-2026, 11:26
“Bundan maşın çıxmaz, bilmirəm zərərimi necə ödəyəcəklər” - Video
Son xəbərlər
  • Bugün, 16:00
    Tramp: Hücumlar Tehran Ağ Evin şərtlərini qəbul edənədək davam edəcək
  • Bugün, 15:30
    Yaxın Şərqin yenidən alovlanmasının PƏRDƏARXASI DETALLARI
  • Bugün, 14:12
    İran itkilərinin sayını açıqladı
  • Bugün, 14:08
    Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
  • Bugün, 14:02
    Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
  • Bugün, 13:59
    Ukrayna Qara dənizdə rusların 20 gəmisini vurdu
  • Bugün, 12:52
    Qarabağ Universitetində YENİLİK
  • Bugün, 12:46
    Əli Əsədov Qətərin Bakıdakı səfirliyinə getdi, başsağlığı verdi
  • Bugün, 11:26
    Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
  • Bugün, 11:21
    İlham Əliyev Ərdoğana başsağlığı verdi
  • Bugün, 10:40
    Su polisi vətəndaşın şikayətini araşdırır
  • Bugün, 10:03
    Yamal Mbappeni kölgədə qoydu
  • Bugün, 09:59
    ABŞ 23 il sonra bu ölkədən hərbçilərini tam çıxarır
  • Bugün, 09:55
    Maraqla gözlənilən oyun - İspaniyanın rəqibi bəlli olur
  • Bugün, 09:31
    ABŞ-dən İsrailə təzyiq: Tramp qoşunların geri çəkilməsini istəyib
  • Bugün, 09:28
    Türkiyə XİN o hücumu pislədi
  • Bugün, 09:24
    Azərbaycan XİN Türkiyəyə təbrik ünvanladı
  • Bugün, 09:00
    DÇ-2026: Fransanı məğlub edən İspaniya ilk finalçı oldu
  • Dün, 16:00
    Ermənistanda pasportlarının Türkiyədə çapı iddiaları - QALMAQAL
  • Dün, 15:30
    Müharibənin sonunu gətirəcək "QIZIL AÇAR" - Putinin "Müqəddəs Simvolu" ÇÖKÜR
  • Dün, 15:09
    Prezidentin maşınında selfi çəkdi - Foto
  • Dün, 15:05
    Prezidentlər bir-birinə bunları hədiyyə etdi - Video
  • Dün, 14:22
    “Adını daşıyan nəvənlə yanındayam, çox darıxırıq” - Milli Qəhrəmanın oğlu
  • Dün, 13:29
    IV Şuşa Qlobal Media Forumu başa çatıb
  • Dün, 13:26
    Hikmət Hacıyev Şuşada D-8-in nümayəndə heyəti ilə görüşdü
  • Dün, 13:22
    Prezidentlər Şuşada güllələnmiş büstlərə baxıblar - FOTO
  • Dün, 13:14
    Milli Məclisin iclası başa çatdı - Deputatlar tətilə çıxdı
  • Dün, 12:34
    Elektron siqaretlərlə bağlı daha bir QADAĞA
  • Dün, 12:31
    Azərbaycanda tələbələrlə bağlı YENİ QANUN
  • Dün, 12:28
    Dövlət mülkiyyətində olan əmlaklarla bağlı YENİLİK
  • Dün, 12:25
    Valyutanın xaricdən qaytarılmamasına görə cərimə dəyişir
  • Dün, 12:22
    Balıqçılıq məhsullarının yeni satış qaydalar
  • Dün, 10:50
    Şuşada Azərbaycan və Slovakiya prezidentlərinin təkbətək görüşü olub
  • Dün, 10:44
    Slovakiya Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi oldu
  • Dün, 09:59
    Hikmət Hacıyev: Münaqişələr həm də informasiya məkanında aparılır
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə