• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Müharibənin Azərbaycan iqtisadiyyatına hansı təsirləri ola bilər? [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

İqtisadiyyat

2-03-2026, 11:35

Müharibənin Azərbaycan iqtisadiyyatına hansı təsirləri ola bilər?


İranda baş verən savaş region dövlətləri üçün yalnız hərbi deyil, həmçinin iqtisadi baxımdan da təsirsiz ötüşməyə bilər.

Bəs, müharibənin Azərbaycan iqtisadiyyatına hansı təsirləri ola bilər?

Mövzu ilə bağlı danışan millət vəkili Vüqar Bayramov bildirib ki, Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki ilə nisbətən cüzi dəyişərək 644 milyon dollara olub.

Onun sözlərinə görə, 2024-cü ildə bu göstərici 647 milyon dollar olub:

"Rəqəmlər ölkələr arasındakı ticarət əlaqələrinin kiçik göstəricilər ilə ifadə olunmadığını göstərsə də, dövriyyənin strukturu fərqli təəssürat yaradır. Belə ki, ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi İrandan idxaldır. 2025-ci ildə 644 milyon dollarlıq dövriyyənin 624 milyonu İrandan idxal hesabına formalaşıb. Yəni, ümumi ticarət dövriyyəsinin cəmi 3 faizi Azərbaycanın İrana ixracıdır. Azərbaycanın İrana ixracatı cəmi 20 milyon dollar olub. Bu isə o deməkdir ki, ötən il İranla ticarətdə 604 milyon dollarlıq mənfi saldomuz yaranıb.

Deməli, İran ilə ticarət əlaqələrimizdə illər üzrə mənfi saldomuz var. Yəni, İran Azərbaycan ilə ticarət əlaqələrindən daha çox qazanır. Bu isə o deməkdir ki, İran ilə ticarət əlaqələrində texniki çətinliklər davam etsə bunun Azərbaycan ixracatına hər hansı xüsusi təsiri olmayacaq. İllər üzrə statistik təhlillər göstərir ki, iki ölkə arasındakı ticarətdə İran idxalı dominat olub. Azərbaycanın ümumi ixracatında İranın payı hətta tam rəqəmlər ilə belə ifadə olunmur. İxrac ölkəyə valyuta, idxal isə ölkədən valyuta aparır. Təsirlərə gəldikdə isə, bu özünü İrandan idxalın azalmasında göstərə bilər. Azərbaycana İrandan tikinti materialları, kənd təsərrüfatı məhsulları, eləcə də quru meyvələr, yüngül sənaye məhsulları, xüsusən də məişətdə istifadə edilən sənaye məhsulları idxal edilir".

Bu aspektdən, daha da konkretləşdirsək, İrandakı son hadisələr Azərbaycanın istehlak bazarına necə təsir göstərə bilər?

Deputat qeyd edib ki, əgər İranın ixrac imkanları daha uzun müddət məhdudlaşarsa o zaman cənub qonşumuzda istehsal edilən bir sıra məhsulların gətirilməsində çətinlik yarana bilər:

"Belə ki, 2025-ci ildə Azərbaycan İrandan portağal, təzə və ya qurudulmuş (14.3 milyon dollar), kartof (13.6 milyon dollar), qida üçün yararlı duz, yodlaşdırılmış məhsullar (11.8 milyon dollar), badımcan (9.4 milyon dollar), peçenye (8.8 milyon dollar), kərə yağı (8.7 milyon dollar), bibər, o cümlədən capsicum növünün və ya pimenta növünün barı (8.3 milyon dollar), xurma, təzə vəya qurudulmuş (6.4 milyon dollar), soğan (6.1 milyon dollar), yerkökü (5.7 milyon dollar), kələm (4.5 milyon dollar), pendir (4.1 milyon dollar), kivi (3.1 milyon dollar) və digər ərzaq məhsulları idxal edib.

Bununla yanaşı, idxalda əsas ağırlıq tikinti və sənaye məhsullarının payına düşüb. Sözügedən müddətdə İrandan azot (84.8 milyon dollar), arqon (48.7 milyon dollar), mərmərin dənəvərləri, qırıntıları və tozu (20.1 milyon dollar), abidə və tikinti daşlarının dənəvərləri, qırıntı və tozu (18.9 milyon dollar), təbii barium sulfatı (12.5 milyon dollar), ağ portlandsement (9.7 milyon dollar), hipoxloritlər, xloritlər və hipobromitlər (6.9 milyon dollar), dinatrium karbonat (5.8 milyon dollar) və digər qeyri-ərzaq məhsulları idxal olunub.

Göründüyü kimi, İradan ərzaq məhsulları ilə müqayisədə daha böyük məbləğlərdə sənaye və tikinti məhsulları idxal edilir. Təbii ki, idxal edilən məhsulların qiyməti müqayisəli şəkildə nisbətən aşağı olan mallardır. Bu baxımdan, xüsusən də ərzaq məhsulları üzrə idxalların daha qısa zamanda diversifikasiyasına ehtiyac var.

Bütün bunlar ilə yanaşı, İrandan idxal azalacağı halda onun Azərbaycanın istehlak bazarındakı tarazlığa da xüsusi təsiri olmayacaq. Azərbaycanın xarıcı ticarət dövriyyəsinin cəmi 1.3 faizi İranın payına düşür. 2025-ci ildə illik idxalımızın 2.6 faizi İranın hesabına formalaşıb.

Bütün bunlar ilə yanaşı, İrandan idxal edilən malların, xüsusən də ərzağın qiymətinin yüksəlməməsi üçün alternativ bazarlardan həmin məhsulların daha qısa zamanda gətirlərək əvəzlənməsinə ehtiyac var. Təbii ki, bu eyni zamanda müharibənin hansı müddəti əhatə etməsindən asılı olacaq. Bununla belə, regionda baş verən hadisələr fonunda ərzaq məhsullarının idxal bazarlarının şaxələndirilməsi və idxaldan asılılığın minimumlaşdırılması prioritetliyini daha da artırmaqdadır".

Oxunub: 1038
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

6-01-2026, 09:05

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

27-08-2025, 10:16

Prezident İlham Əliyev “Əl-Ərəbiyə” kanalına müsahibə verib: ölkə başçısından mühüm mesajlar(CANLI) [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

18-12-2024, 14:44

İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi - Yenilənib [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

İqtisadiyyat

16-01-2026, 16:00

İranla ticarətdə çətinliklər: qiymət artımı gözlənilirmi?- İqtisadçılardan VACİB açıqlamalar [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm

3-05-2024, 16:59

Şərəfli və keşməkeşli ömür yolu [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Nazirlikdən 20 min şəxsin pensiyası ilə bağlı VACİB QƏRAR
Mənzil alanların ən çox rastlaşdığı saxtakarlıq - Ali Məhkəmə aydınlıq gətirdi
Azərbaycanda nə qədər xarici ölkə vətəndaşı yaşayır?
AQTA rəsmisindən arıqlama məhsulları ilə bağlı HƏYƏCAN TƏBİLİ
Quzu əti niyə fərqli qiymətlərə satılır?
KOLBASA həvəskarları oxusun! – QİDA mütəxəssisindən SOS
Hadisə
Bugün, 12:10
Paytaxt ərazisində oğurluq edən şəxslər saxlanıldı
Dün, 13:05
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Dün, 10:09
Bakıda hoteldə yanğın - Qonaqlar təxliyə edildi - VİDEO
Dün, 09:56
Dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salındı
15-07-2026, 14:08
Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
15-07-2026, 14:02
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
Son xəbərlər
  • Bugün, 17:36
    Prezident gömrük rüsumu ilə bağlı qərarı təsdiqlədi
  • Bugün, 16:00
    Rusiya bazarı Ermənistan üçün bağlanır - 600 milyon dollar da batır
  • Bugün, 15:30
    Bəşəriyyət məhv olsa... -Dünyanın "qara qutusu" burada tikilir
  • Bugün, 14:22
    Türkiyə və Rusiya arasında meyvə müharibəsi!
  • Bugün, 13:11
    Dünya çempionatının final matçı təxirə salına bilər
  • Bugün, 12:37
    Azərbaycan Prezidenti İrlandiyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
  • Bugün, 12:32
    Dövlət başçısı Kamboca səfirinin etimadnaməsini qəbul etdi
  • Bugün, 12:28
    Azərbaycan Prezidenti Oman səfirinin etimadnaməsini qəbul etdi
  • Bugün, 12:21
    Baş nazir əhali ilə bağlı vacib qərar imzaladı
  • Bugün, 12:18
    İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul etdi
  • Bugün, 12:10
    Paytaxt ərazisində oğurluq edən şəxslər saxlanıldı
  • Bugün, 11:14
    Nazirlikdən 20 min şəxsin pensiyası ilə bağlı VACİB QƏRAR
  • Bugün, 11:11
    Mənzil alanların ən çox rastlaşdığı saxtakarlıq - Ali Məhkəmə aydınlıq gətirdi
  • Bugün, 11:07
    Azərbaycanda nə qədər xarici ölkə vətəndaşı yaşayır?
  • Bugün, 11:00
    AQTA rəsmisindən arıqlama məhsulları ilə bağlı HƏYƏCAN TƏBİLİ
  • Bugün, 10:57
    Slovakiya Prezidenti: "İlham Əliyevin təklifi ilə dərhal razılaşdım"
  • Bugün, 10:45
    Məşhur aparıcı saxlanıldı
  • Bugün, 09:57
    Mehriban Əliyeva məşhur jurnalistin müalicəsinə dəstək oldu
  • Bugün, 09:52
    ŞOK SORĞU: Dünya artıq Çinə ABŞ-dan daha çox rəğbət bəsləyir
  • Bugün, 09:44
    Quzu əti niyə fərqli qiymətlərə satılır?
  • Bugün, 09:35
    Bank sektoru rekord qırdı: Kredit faizləri enəcək?
  • Bugün, 09:22
    Tramp DÇ-2026-nın finalına qatılacaq
  • Bugün, 09:19
    İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı
  • Bugün, 09:00
    Ermənistandan etiraf: Azərbaycana satmağa...
  • Dün, 16:00
    KOLBASA həvəskarları oxusun! – QİDA mütəxəssisindən SOS
  • Dün, 15:30
    Məşhur şəhərdə su tükənir: Yeni qadağalar qüvvəyə mindi
  • Dün, 14:22
    Qaqauziya Türkiyədən dəstək istədi
  • Dün, 13:47
    Kiyevdə tarixi RAZILAŞMA: Türkiyə Ukrayna üçün o kritik missiyanı öz üzərinə götürdü
  • Dün, 13:31
    Deputatdan AÇIQLAMA - "Azərbaycanda pullu insanlara qarşı çox böyük qısqanclıq, paxıllıq var"
  • Dün, 13:05
    "Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
  • Dün, 13:02
    İrəvan Zəngəzur dəhlizi ilə bağlı sazişi təsdiqlədi
  • Dün, 12:57
    Donald Tramp İlham Əliyevin Şuşa Forumundakı çıxışı ilə bağlı paylaşım etdi - FOTO
  • Dün, 12:51
    Fələstinin Baş naziri Bakıda Zəfər parkını ziyarət etdi
  • Dün, 12:24
    Azərbaycanda 37 fələstinli tələbə təhsil alır
  • Dün, 12:20
    İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə