• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Türkiyədə toyuq əti bahalaşdı, ixracı yasaqlandı - Azərbaycanda vəziyyət necədir? [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

İqtisadiyyat

10-02-2026, 09:30



Ramazan ayı ərəfəsində Türkiyə hökuməti oruc tutanların normal qidalanması üçün yenidən toyuq əti və toyuq məhsullarının ixracına qadağa qoyub.

Musavat.com yerli mətbuata istinadən xəbər verir ki, Ramazan ayı ərəfəsində istehsalçı və satıcılar tərəfindən toyuq məhsullarının qiymətlərinin təxminən 15 faiz artırılmasından sonra Ticarət Nazirliyi toyuq məhsullarının ixracının bu gündən etibarən dayandırılacağını açıqlayıb.

Qeyd olunub ki, bu qərar daxili bazarda təklifin artırılması və qiymət artımlarının qarşısının alınması məqsədilə qəbul edilib. Nazirlik xəbərdarlıq edib ki, bazardakı proseslər yaxından izləniləcək və zərurət yaranarsa əlavə tədbirlər də gündəmə gələ bilər.

Qeyd edək ki, son illərdə Türkiyədə Ramazan ərəfəsində toyuq əti ixracına qadağanın qoyulması halları tez-tez təkrarlanır. 2024-cü ildə də Türkiyə Ticarət Nazirliyi toyuq əti ixracını aylıq maksimum 10 min tona qədər məhdudlaşdırmışdı. O zaman da Ticarət Nazirliyi toyuq əti qiymətlərinin bahalaşdığını əsas gətirmişdi. Kənar müşahidəçilər bahalaşmanın əsas səbəbi kimi mal və qoyun ətinin kəskin qiymət artımı fonunda əhalinin getdikcə daha çox hissəsinin nisbətən ucuz toyuq ətinə

Müsəlman ölkəsi olan Azərbaycanda da oruc tutanların sayı ildən-ilə çoxalır. Eyni zamanda ölkəmizdə də mal və quzu ətinin sürətli bahalaşması fonunda toyuq əti istehlakı artır. Bu şəraitdə Ramazan ayı müddətində Azərbaycanda toyuq əti təchizatı baxımından problem yarana bilərmi?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənlinin Musavat.com-a dediyinə görə, ölkədə toyuq əti istehsalında artım var:

“Statistikaya da baxsanız, görərsiniz ki, quşçuluq müəssisələrinin istehsalında artım dinamikası davam edir. Biz nəinki istehsalı artırırıq, həmçinin qiymət sabitliyini də saxlayırıq. Mal və quzu ətinin qiymətindəki bahalaşma toyuq ətindən yan keçib deyə bilərik. Buna nail olmağımızda cənab Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında dövlətin istehsalçılara tətbiq etdiyi dəstək mexanizmləri mühüm paya malikdir. Eyni zamanda quşçuluq təsərrüfatları artan tələbatı təmin etmək üçün istehsalı artırmağa davamlı yatırımlar edirlər. Bütün bunların sayəsində hazırda Azərbaycanda əhalinin toyuq əti və yumurta ilə təminatında hər hansı problem yoxdur. Kifayət qədər ət ehtiyatımız var, müqəddəs Ramazan ayı boyunca insanlarımızın süfrəsindən toyuq ətinin əskik olmayacağına tam zəmanət veririk”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, pərakəndə ticarət nöqtələrində ət satışının dəyəri 2025-ci ildə əvvəlki illə müqayisədə 44,7 faiz artaraq 188 milyon manatı ötüb. Dövlət Staistika Komitəsinin açıqladığı məlumata görə, 2024-cü ildə Azərbaycanda bütün növ ət və ət məhsulları üzrə özünütəminetmə səviyyəsi 83,4 faiz təşkil edib. Bu isə o deməkdir ki, göstərici 2023-cü illə müqayisədə 1.9 faiz bəndi azalıb.

Ayrı-ayrı ət növləri üzrə təminat dinamikasına nəzər yetirdikdə aydın olur ki, 2024-cü ildə ölkənin mal əti və ət məhsulları üzrə özünütəminat səviyyəsi 88,5 faiz təşkil edib. Bu isə əvvəlki ilin nəticəsindən (88,4 faiz) cüzi - 0,1 faiz bəndi çoxdur. Qoyun və keçi əti üzrə özünütəminetmə səviyyəsində də artım var - 2023-cü ildəki 94,9 faizdən 96,5-ə qədər. Artım balıq və balıq məhsullarında da müşahidə olunub – 2023-cü ildəki 75,4 faizdən ötən il 77,3 faizə.

Quş əti üzrə təminatda isə kəskin azalma qeydə alınıb. Belə ki, 2024-cü ildə göstərici 76,6 faiz təşkil edib ki, bu da 2023-cü ildəki 81,7 faizlə müqayisədə 5,1 faiz bəndi aşağıdır.

2024-cü ildə Azərbaycanda quş əti və ət məhsullarının istifadəsi 2023-cü ildəki 175 696 tondan 194 942 tona qədər artıb. İl ərzində bu məhsulların istehsalında da artım qeydə alınıb. Belə ki, istehsal 2023-cü ildəki 137 min 501 tondan 143 min 231 tona yüksəlib. Bu zaman əhalinin şəxsi istehlakı 166 139 tondan 184 183 tona qədər artıb.

Rəsmi statistikaya əsasən 2025-ci ildə Azərbaycanda quşçuluq müəssisələrində diri çəkidə 85,1 min ton quş əti və 1193,3 milyon ədəd yumurta istehsal olunub. Bu isə o deməkdir ki, quşçuluq müəssisələrində toyuq əti istehsalı əvvəlki illə müqayisədə 3,4 faiz, yumurta istehsalı isə 3,8 faiz artıb.

İstehsalın artmasına rəğmən xaricdən toyuq əti idxalı da dayanmır. Belə ki, 2024-cü ildə Azərbaycana 65 milyon 986,14 min dollar dəyərində 38 533,72 ton bütöv, hissələrə ayrılmış, təzə və ya dondurulmuş formada ev toyuqlarının əti idxal olunub. 2025-ci ilin yanvar-noyabrında bu idxal 40 milyon 667,98 min dollar dəyərlə 24 990,93 tona bərabər olub.

Quş əti üzrə istehsal göstəricilərində artım olduğu halda niyə idxal dayanmır və özünütəminat səviyyəsi azalıb? M.Həsənli bildirir ki, ölkədə toyuq ətinə tələbat sürətlə artır: “Əvvəla, əhali sayı artır, ikincisi, ölkəyə gələn turistlərin sayı artır. Üçüncüsü isə mal və qoyun ətinin sürətlə bahalaşması fonunda quş əti qiymətləri sabit qalır, kəskin şəkildə ucuzdur. Nəhayət, kolbasa-sosiska və digər qida sənayelərində toyuq ətinə tələbat artır. Nəticədə toyuq əti istehsalının artım sürəti istehlak artımının sürətindən geri qalır. Əvvəllər də qeyd etdiyim kimi, Azərbaycanın quşçuluq təsərrüfatları qısa müddətdə ət istehsalını kəskin artırmaq potensialına malikdirlər. Necə ki, biz 2-3 ildə damazlıq və süfrə yumurtası ilə özünütəminat səviyyəsini 100 faizdən yuxarıya çatdırıb, ixraca başlamışıq, eyni qaydada toyuq ətində də istehsalı artıra bilərik. Nəinki bilərik, bunu istəyirik də. Lakin bunun üçün ilk növbədə bizim istehsal müəssisələrimiz üçün torpaq ayrılması, mövcud müəssisələrin yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsi sahəsindəki bürokratik əngəllər aradan qaldırılmalı, müasir standartlara uyğun istehsal binalarının tikintisi prosesi asanlaşdırılmalıdır. Biz bununla bağlı müvafiq dövlət qurumlarına bir neçə dəfə müraciət etmişik. Bu məsələlər həll olunarsa, müəssisələrimiz tezliklə daxili tələbatı tam təmin edə, həmçinin ixraca başlaya bilərlər”.

Oxunub: 1045
Paylaş:
Digər xəbərlər

Hadisə

5-03-2025, 10:23

Mal əti adıyla at ətindən dönər hazırlanırmış - Fotolar [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

18-01-2025, 10:17

Toyuq əti ilə bağlı narazılıq: "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

6-01-2026, 13:18

“Kənd toyuğu”nu sintetik maddə ilə rəngləyibmişlər - Fotolar [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Maraqlı

3-05-2025, 13:00

Bu xəbərdən sonra toyuq əti yeməyəcəksiniz [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

2-02-2026, 09:12

Ramazan ayı ərəfəsində şadlıq saraylarında vəziyyət necədir? [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Nazirlikdən 20 min şəxsin pensiyası ilə bağlı VACİB QƏRAR
Mənzil alanların ən çox rastlaşdığı saxtakarlıq - Ali Məhkəmə aydınlıq gətirdi
Azərbaycanda nə qədər xarici ölkə vətəndaşı yaşayır?
AQTA rəsmisindən arıqlama məhsulları ilə bağlı HƏYƏCAN TƏBİLİ
Quzu əti niyə fərqli qiymətlərə satılır?
KOLBASA həvəskarları oxusun! – QİDA mütəxəssisindən SOS
Hadisə
Dün, 13:05
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Dün, 10:09
Bakıda hoteldə yanğın - Qonaqlar təxliyə edildi - VİDEO
Dün, 09:56
Dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salındı
15-07-2026, 14:08
Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
15-07-2026, 14:02
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
11-07-2026, 11:30
Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu
Son xəbərlər
  • Bugün, 11:14
    Nazirlikdən 20 min şəxsin pensiyası ilə bağlı VACİB QƏRAR
  • Bugün, 11:11
    Mənzil alanların ən çox rastlaşdığı saxtakarlıq - Ali Məhkəmə aydınlıq gətirdi
  • Bugün, 11:07
    Azərbaycanda nə qədər xarici ölkə vətəndaşı yaşayır?
  • Bugün, 11:00
    AQTA rəsmisindən arıqlama məhsulları ilə bağlı HƏYƏCAN TƏBİLİ
  • Bugün, 10:57
    Slovakiya Prezidenti: "İlham Əliyevin təklifi ilə dərhal razılaşdım"
  • Bugün, 10:45
    Məşhur aparıcı saxlanıldı
  • Bugün, 09:57
    Mehriban Əliyeva məşhur jurnalistin müalicəsinə dəstək oldu
  • Bugün, 09:52
    ŞOK SORĞU: Dünya artıq Çinə ABŞ-dan daha çox rəğbət bəsləyir
  • Bugün, 09:44
    Quzu əti niyə fərqli qiymətlərə satılır?
  • Bugün, 09:35
    Bank sektoru rekord qırdı: Kredit faizləri enəcək?
  • Bugün, 09:22
    Tramp DÇ-2026-nın finalına qatılacaq
  • Bugün, 09:19
    İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı
  • Bugün, 09:00
    Ermənistandan etiraf: Azərbaycana satmağa...
  • Dün, 16:00
    KOLBASA həvəskarları oxusun! – QİDA mütəxəssisindən SOS
  • Dün, 15:30
    Məşhur şəhərdə su tükənir: Yeni qadağalar qüvvəyə mindi
  • Dün, 14:22
    Qaqauziya Türkiyədən dəstək istədi
  • Dün, 13:47
    Kiyevdə tarixi RAZILAŞMA: Türkiyə Ukrayna üçün o kritik missiyanı öz üzərinə götürdü
  • Dün, 13:31
    Deputatdan AÇIQLAMA - "Azərbaycanda pullu insanlara qarşı çox böyük qısqanclıq, paxıllıq var"
  • Dün, 13:05
    "Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
  • Dün, 13:02
    İrəvan Zəngəzur dəhlizi ilə bağlı sazişi təsdiqlədi
  • Dün, 12:57
    Donald Tramp İlham Əliyevin Şuşa Forumundakı çıxışı ilə bağlı paylaşım etdi - FOTO
  • Dün, 12:51
    Fələstinin Baş naziri Bakıda Zəfər parkını ziyarət etdi
  • Dün, 12:24
    Azərbaycanda 37 fələstinli tələbə təhsil alır
  • Dün, 12:20
    İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi
  • Dün, 12:14
    İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul edib - FOTO
  • Dün, 10:18
    Neft bazarında SON DURUM – Qiymətlər belə dəyişdi
  • Dün, 10:09
    Bakıda hoteldə yanğın - Qonaqlar təxliyə edildi - VİDEO
  • Dün, 10:00
    Şükürbəyli kəndinə 52 nəfərdən ibarət köç karvanı yola salındı
  • Dün, 09:56
    Dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salındı
  • Dün, 09:53
    Avropa Liqası: "Qarabağ"ı İslandiyada çətin oyun gözləyir
  • Dün, 09:45
    NBC News: İranla müharibə ABŞ-yə 100 milyard dollara başa gələ bilər
  • Dün, 09:42
    Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşdü
  • Dün, 09:00
    DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək növbəti finalçı olub
  • 15-07-2026, 16:00
    Tramp: Hücumlar Tehran Ağ Evin şərtlərini qəbul edənədək davam edəcək
  • 15-07-2026, 15:30
    Yaxın Şərqin yenidən alovlanmasının PƏRDƏARXASI DETALLARI
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə