• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Gəncə və Bərdəyə raket zərbələrinin arxasında kim dayanıb? - İrəvandan gələn əmr zənciri ifşa edildi [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

20-06-2025, 12:36



Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi, hakimlər Anar Rzayev və Camal Ramazanovun iştirakı ilə Araik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin cinayət işi üzrə araşdırmalar davam edir. Bu proses Azərbaycanın müstəqillik tarixində ən böyük ədalət tələbidir. İstintaqda 531 mindən çox Azərbaycan vətəndaşı zərərçəkmiş kimi tanınıb. İbtidai istintaq çərçivəsində 1389 ayrı-ayrı cinayət işi bir icraata birləşdirilib, 2548 epizod üzrə ittihamlar sübuta yetirilib. Bu faktlar Ermənistan ordusunun Qarabağda sistematik şəkildə insanlıq əleyhinə cinayətlər törətdiyini ortaya qoyub.

Bakı Məhkəmə Kompleksində keçirilən prosesdə Ermənistan silahlı qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər müttəhimlər kürsüsünə çıxarılıblar. Ötən gün məhkəmədə Azərbaycanın işğal altında olmuş ərazilərində hərbi cinayətlərdə və beynəlxalq hüququn pozulmasında ittiham olunan Ermənistan silahlı qüvvələrinin general-mayoru, qondarma rejimin "ordu komandanının birinci müavini" olmuş David Manukyanın dindirilməsi davam etdirilib.

Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran David Manukyan, işğal dövründə minalama işləri ilə bağlı maraqlı detallar açıqlayıb. Onun sözlərinə görə, ərazilərin minalanması əməliyyatları yuxarı komandanlığın yazılı əmrləri əsasında aparılıb. O etiraf edib ki, mina xəritələri və formulyarları bir neçə nüsxədə hazırlanır, aidiyyəti strukturlara göndərilir və bu proses ciddi nəzarət altında həyata keçirilirdi. Bu, Ermənistan tərəfinin illərlə "xəritələr itib" bəhanəsini təkzib edən mühüm ifadələrdən biridir.

Prokurorun digər suallarını cavablandırarkən David Manukyan bildirib ki, Xankəndidəki "Cəsurlar dəstəsi" Ermənistan Müdafiə Nazirliyi tərəfindən formalaşdırılıb və bu struktur birbaşa rəsmi İrəvanın tabeçiliyində olub. O, həmçinin döyüşlərdə iştirak edən xarici vətəndaşların kimliyini yoxlamaq səlahiyyətinin olmadığını, onlara nəzarət etmədiyini iddia edib. Əsir və girovların qul kimi işlədilməsi, işgəncəyə məruz qalması ilə bağlı suallara cavab verərkən isə deyib ki, özü heç bir zorakılığın şahidi olmayıb.

Bu ifadə məhkəmə zalında çaşqınlıq doğurub, çünki həmin dövrdə mülki əhaliyə və əsirlərə qarşı törədilən ağır cinayətlərin sübutları mövcuddur.

Məhkəmə prosesində Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın 2019-cu ildə ABŞ-da səsləndirdiyi bəyanatlar da tədqiq edilib. David Tonoyan həmin videomaterialda açıq şəkildə bildirir: "Sülh müqabilində ərazi vermək olmaz. Biz yeni müharibə ilə yeni ərazilər əldə edəcəyik". Bu, Ermənistanın sülh istəmədiyini, əksinə hücum siyasəti yürütdüyünü təsdiqləyən açıq etiraf idi. Bundan başqa, məhkəmədə qondarma rejimin "qərargah rəisinin müavini" Kamo Vardanyanın imzaladığı 25 sentyabr 2020-ci il tarixli gizli əmr elan edilib. Sənəddə Azərbaycanın Gəncə, Mingəçevir, Bərdə və digər şəhərlərinin artilleriya zərbələri ilə vurulması tapşırılırdı. Burada konkret raket növləri, atəş mövqeləri və döyüş sursatlarının həcmi də göstərilib. Kamo Manukyan bu əmr barədə ilk dəfə istintaq zamanı xəbər tutduğunu iddia etsə də, onun tutduğu vəzifə bu bəyanatı şübhə altına alır. Təqsirləndirilən şəxs 2020-ci ilin sentyabrında Ermənistan tərəfindən hərbi təxribatların törədilməsindən xəbərsiz olduğunu desə də, mövcud sənədlər əksini sübut edir. Kamo Manukyan həmçinin etiraf edib ki, qondarma rejimin silah-sursat, texnika və canlı qüvvə təminatı bilavasitə Ermənistan tərəfindən həyata keçirilib. Hətta ehtiyatlar tükəndikdə, bütün təminatlar İrəvandan göndərilib. Azərbaycan şəhərlərinin "İsgəndər M" və "Toçka U" raketləri ilə vurulması barədə əmrin kim tərəfindən verilməsindən xəbərsiz olduğunu iddia edən Kamo Manukyan bildirib ki, qondarma rejimin ordusunun silah arsenalında bu tip raketlər olmayıb. Lakin bu bəyanat Ermənistanın birbaşa müharibəyə cəlb olunması faktını dəyişmir. Beləliklə, məhkəmənin araşdırmaları Ermənistan rəhbərliyinin planlı şəkildə müharibə cinayətləri törətdiyini və Azərbaycanın mülki əhalisinə qarşı hücum əmrləri verdiyini ortaya qoyur.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.

Onlara qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham irəli sürülüb.

Oxunub: 1083
Paylaş:
Digər xəbərlər

Hadisə

3-03-2025, 12:13

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

11-04-2025, 13:10

Araiklə başının dəstəsi prokurorun suallarını cavablandıracaqlar – TARİXİ MƏHKƏMƏ DAVAM EDİR [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

16-05-2025, 12:38

Araiklə dəstəsi ermənilərin özlərinin çəkdiyi videolarla ifşa olunur -Bakıda tarixi məhkəmə davam edir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

24-04-2025, 10:56

Arayik Xocalıda törədilən soyqırım cinayətini etiraf etdi – "Nürnberq prosesi" davam edir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

18-02-2025, 12:11

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Qarabağ Universitetində YENİLİK
Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
Su polisi vətəndaşın şikayətini araşdırır
“Adını daşıyan nəvənlə yanındayam, çox darıxırıq” - Milli Qəhrəmanın oğlu
IV Şuşa Qlobal Media Forumu başa çatıb
Milli Məclisin iclası başa çatdı - Deputatlar tətilə çıxdı
Hadisə
Bugün, 14:08
Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
Bugün, 14:02
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
11-07-2026, 11:30
Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu
11-07-2026, 09:23
Evin girişi başlarına uçdu, köməksiz vəziyyətdə qaldılar - VİDEO
10-07-2026, 11:30
Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti - Açıqlandı
10-07-2026, 11:26
“Bundan maşın çıxmaz, bilmirəm zərərimi necə ödəyəcəklər” - Video
Son xəbərlər
  • Bugün, 16:00
    Tramp: Hücumlar Tehran Ağ Evin şərtlərini qəbul edənədək davam edəcək
  • Bugün, 15:30
    Yaxın Şərqin yenidən alovlanmasının PƏRDƏARXASI DETALLARI
  • Bugün, 14:12
    İran itkilərinin sayını açıqladı
  • Bugün, 14:08
    Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
  • Bugün, 14:02
    Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
  • Bugün, 13:59
    Ukrayna Qara dənizdə rusların 20 gəmisini vurdu
  • Bugün, 12:52
    Qarabağ Universitetində YENİLİK
  • Bugün, 12:46
    Əli Əsədov Qətərin Bakıdakı səfirliyinə getdi, başsağlığı verdi
  • Bugün, 11:26
    Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
  • Bugün, 11:21
    İlham Əliyev Ərdoğana başsağlığı verdi
  • Bugün, 10:40
    Su polisi vətəndaşın şikayətini araşdırır
  • Bugün, 10:03
    Yamal Mbappeni kölgədə qoydu
  • Bugün, 09:59
    ABŞ 23 il sonra bu ölkədən hərbçilərini tam çıxarır
  • Bugün, 09:55
    Maraqla gözlənilən oyun - İspaniyanın rəqibi bəlli olur
  • Bugün, 09:31
    ABŞ-dən İsrailə təzyiq: Tramp qoşunların geri çəkilməsini istəyib
  • Bugün, 09:28
    Türkiyə XİN o hücumu pislədi
  • Bugün, 09:24
    Azərbaycan XİN Türkiyəyə təbrik ünvanladı
  • Bugün, 09:00
    DÇ-2026: Fransanı məğlub edən İspaniya ilk finalçı oldu
  • Dün, 16:00
    Ermənistanda pasportlarının Türkiyədə çapı iddiaları - QALMAQAL
  • Dün, 15:30
    Müharibənin sonunu gətirəcək "QIZIL AÇAR" - Putinin "Müqəddəs Simvolu" ÇÖKÜR
  • Dün, 15:09
    Prezidentin maşınında selfi çəkdi - Foto
  • Dün, 15:05
    Prezidentlər bir-birinə bunları hədiyyə etdi - Video
  • Dün, 14:22
    “Adını daşıyan nəvənlə yanındayam, çox darıxırıq” - Milli Qəhrəmanın oğlu
  • Dün, 13:29
    IV Şuşa Qlobal Media Forumu başa çatıb
  • Dün, 13:26
    Hikmət Hacıyev Şuşada D-8-in nümayəndə heyəti ilə görüşdü
  • Dün, 13:22
    Prezidentlər Şuşada güllələnmiş büstlərə baxıblar - FOTO
  • Dün, 13:14
    Milli Məclisin iclası başa çatdı - Deputatlar tətilə çıxdı
  • Dün, 12:34
    Elektron siqaretlərlə bağlı daha bir QADAĞA
  • Dün, 12:31
    Azərbaycanda tələbələrlə bağlı YENİ QANUN
  • Dün, 12:28
    Dövlət mülkiyyətində olan əmlaklarla bağlı YENİLİK
  • Dün, 12:25
    Valyutanın xaricdən qaytarılmamasına görə cərimə dəyişir
  • Dün, 12:22
    Balıqçılıq məhsullarının yeni satış qaydalar
  • Dün, 10:50
    Şuşada Azərbaycan və Slovakiya prezidentlərinin təkbətək görüşü olub
  • Dün, 10:44
    Slovakiya Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi oldu
  • Dün, 09:59
    Hikmət Hacıyev: Münaqişələr həm də informasiya məkanında aparılır
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə