• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

SEPAH terrorçu təşkilat kimi tanındı - nə vaxtsa Azərbaycan da... [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

19-09-2025, 16:00



Elçin Mirzəbəyli: “SEPAH ən əvvəl İranın legitim dövlət orqanlarına təhlükədir”
Ekvador hökuməti SEPAH, HƏMAS və "Hizbullah"ı rəsmi olaraq terror təşkilatları kimi tanıyıb. Bu barədə müvafiq qərar ölkə prezidenti Daniel Noboa tərəfindən imzalanmış 128 nömrəli sərəncamla qüvvəyə minib.

Sərəncamda bildirilir ki, bu təşkilatlar Ekvadorun suverenliyi, ictimai təhlükəsizliyi və ərazi bütövlüyü üçün ciddi təhdid yaradır. Qərarın verilməsində Ekvador Milli Kəşfiyyat Mərkəzinin bu qrupların Latın Amerikasında geniş şəkildə mövcudluğu və yerli cinayət şəbəkələri ilə mümkün əlaqələri barədə verdiyi xəbərdarlıq əsas rol oynayıb (Axar.az).

Məlumdur ki, konkret olaraq SEPAH İranın Azərbaycana münasibətdə son dərəcə radikal mövqedə dayanan hərbi-siyasi qurumudur. SEPAH-a bağlı media dəfələrlə ölkəmizə qarşı, ərazi bütövlüyü və suverenliyimizə qarşı şər-böhtan xarakterli materiallar, o cümlədən videosüjetlər tirajlayıb. Çox vaxt hökumətin mötədil siyasəti ilə uzlaşmayan bu destruktiv yanaşma, qarayaxma kampaniyası indi də davam edir.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin üzvü, Azərbaycan-Ekvador parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, SEPAH, HƏMAS və “Hizbullah”ı terror təşkilatları kimi tanımaları ilə bağlı Ekvador Prezidenti Daniel Noboanın imzaladığı 128 nömrəli sərəncam ilk baxışda Ekvadorun daxili təhlükəsizlik maraqlarına əsaslanırmış kimi görünsə də, əslində burada xarici və qlobal faktorlar həlledici rol oynayıb: “Təbii ki, belə bir qərarın verilməsində daxili amillər də var. Amma bu terror təşkilatı kimi tanınan qruplaşmaların birbaşa fəaliyyəti ilə bağlı deyil.

Məsələn, son illərdə Ekvadorda narkotik kartelləri və transsərhəd cinayət şəbəkələrinin fəallaşması hökuməti daha sərt təhlükəsizlik siyasəti yürütməyə məcbur edib. Bu fonda “xarici” terror qruplarının da rəsmi siyahıya salınması dövlətin öz təhlükəsizlik konsepsiyasını həm də qlobal trendlərə uyğunlaşdırmaq cəhdidir. Bununla yanaşı, ABŞ və Latın Amerikasındakı əsas tərəfdaşlar uzun müddətdir ki, SEPAH, HƏMAS və “Hizbullah”ın bu regionda gizli maliyyə kanalları, diaspor şəbəkələri və narkotik ticarəti ilə əlaqələri barədə region ölkələrinə dəfələrlə xəbərdarlıqlar edirlər. Xüsusilə “Hizbullah”ın Cənubi Amerikada narkotik və çirkli pulların yuyulması əməliyyatlarında iştirak etdiyi dəfələrlə sübut olunub. Deməli, Ekvadorun qərarı həm daxili təhlükəsizlik, həm də ABŞ ilə siyasi-ictimai yaxınlaşma siyasətinin nəticəsi kimi ortaya çıxıb".

Deputatın fikrincə, nəzərə almaq lazımdır ki, SEPAH-ı HƏMAS və “Hizbullah”dan fərqləndirən spesifik xüsusiyyətlər var: “SEPAH formal olaraq İranın dövlət strukturlarına daxildir. Ancaq onun spesifikliyi ondadır ki, SEPAH birbaşa İranın dini liderinə tabedir. Yəni dövlətin seçilmiş prezidentindən və hökumətindən daha çox seçilməmiş, xalq iradəsini təmsil etməyən teokratik rəhbərə bağlıdır. Bu isə beynəlxalq münasibətlərdə qəbul edilmiş legitim idarəçilik modelinə ziddir. SEPAH İranda həm iqtisadiyyatın mühüm hissəsini nəzarətə götürüb, həm də kəşfiyyat, xarici əməliyyatlar və ideoloji təbliğat sahəsində dövlətin ”ikinci hökuməti" rolunu oynayır. Faktiki olaraq, SEPAH beynəlxalq hüquqa görə dövlət qurumu deyil, “dövlət içində dövlət” strukturudur.

Məlum olduğu kimi, ABŞ SEPAH-ı terror təşkilatı kimi tanıyıb, Avropa İttifaqı isə onun “Qüds” xüsusi bölməsini sanksiyalara məruz qoyub. Bu, göstərir ki, beynəlxalq ictimaiyyət SEPAH-ı legitim dövlət orqanı kimi deyil, ideoloji-terrorizm mərkəzi kimi qəbul edir. Ekvadorun qərarı göstərir ki, artıq SEPAH və ona bağlı radikal qruplar təkcə Yaxın Şərqdə deyil, qlobal miqyasda təhlükə mənbəyi kimi qəbul olunur. Bu, Azərbaycanın da perspektivdə qarşısında duran seçimlərdən biridir. Çünki SEPAH-ın fəaliyyəti dövlətlərin daxili işlərinə qarışmaq, radikal dini ideologiya yaymaq və milli suverenliyi hədəfə almaq üzərində qurulub".

E.Mirzəbəyli xatırlatdı ki, Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk illərdən başlayaraq SEPAH ölkəmizə qarşı gizli və açıq təxribatlar həyata keçirib və bu fəaliyyətlər həm siyasiləşmiş məzhəbçi ideologiya üzərindən, həm də ən müxtəlif müstəvilərdə təxribatçı üsullarla icra olunub: “Məlum olduğu kimi, son illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatları nəticəsində onlarla SEPAH agenti ifşa edilib. Bu şəxslər Azərbaycanın müxtəlif regionlarında İranın xüsusi xidmət orqanlarına məlumat toplamaq, strateji obyektləri izləmək və təxribat hazırlıqları aparmaqda ittiham olunublar. 2022-2023-cü illərdə Azərbaycanda "Hüseyniyyun" adlı qondarma silahlı qruplaşma ilə bağlı istintaq işləri aparılıb. Bu qurumun birbaşa SEPAH tərəfindən idarə olunduğu sübut olunub. SEPAH Azərbaycan daxilində radikalizmi gücləndirmək məqsədilə din pərdəsi altında gizlənən ayrı-ayrı qruplara maliyyə və ideoloji dəstək verib. Bu qrupların bir hissəsi Vətən müharibəsi, antiterror əməliyyatları zamanı belə parçalanma yaratmağa cəhd göstəriblər.

Onların əsas şüarları dövlətçilik prinsiplərinə qarşı yönəlib. SEPAH-a bağlı televiziya kanalları və internet resursları Azərbaycanda ictimai fikri manipulyasiya etməyə çalışıb. Bu resurslar açıq şəkildə Azərbaycanın İsrail və Qərb dövlətləri ilə əməkdaşlığını hədəf alıb, ölkə daxilində antidövlət narrativləri yaymağa xidmət edib. SEPAH işğal dövründə, 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə Ermənistanla açıq-aşkar siyasi yaxınlıq nümayiş etdirib. İran ərazisindən Ermənistana silah daşınması ilə bağlı faktlar dəfələrlə gündəmə gəlib. Bu, Azərbaycanın ərazi bütövlüyünə qarşı aparılan siyasətdə SEPAH-ın dolayısı ilə iştirakını göstərir".

Deputatın sözlərinə görə, bütün bunlar sübuta yetirir ki, SEPAH-ın Azərbaycana qarşı fəaliyyəti artıq sistemli, ardıcıl və təhlükəli xarakter daşıyır: “Casus şəbəkələrinin ifşası, radikal dini qrupların maliyyələşdirilməsi, terror planları və Ermənistanla strateji yaxınlıq SEPAH-ın mahiyyət etibarilə terrorçu təşkilat olduğunu sübut edir. Düşünürəm ki, beynəlxalq miqyasda qəbul edilmiş legitimlik əsası olmayan SEPAH kimi təşkilatların mövcudluğu ilk növbədə İranın legitim dövlət orqanları üçün ən böyük təhlükədir. Hazırkı geosiyasi proseslər sübuta yetirir ki, beynəlxalq birliyin qarşısında SEPAH kimi təşkilatların və onların proksi qollarının sıradan çıxarılması əsas vəzifələrdən biri kimi dayanır. Və bu vəzifənin sonuna qədər icra olunacağına şübhə etmirəm. Azərbaycanın SEPAH-ı terror təşkilatı kimi elan etməsinə gəldikdə isə istintaq və məhkəmə istintaqı materiallarında SEPAH-ın adının terrora dəstək verən bir təsisat kimi faktoloji olaraq hallandırılması, artıq bu təsisata hüquqi müstəvidə olan münasibəti göstərir. Önəmli olan da budur”.

Oxunub: 1082
Paylaş:
Digər xəbərlər

Dünya

4-07-2025, 09:42

Belçika SEPAH-ı terror təşkilatları siyahısına saldı [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

14-08-2024, 09:53

Tehranda növbəti sui-qəsd - SEPAH komandiri öldürüldü [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

30-06-2023, 11:29

İsraildən İranın daxilində əməliyyat: SEPAH lideri saxlanıldı – Dosyedə Türkiyə var? [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

20-12-2024, 12:32

SEPAH: Putinin dedikləri yalandır [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

28-07-2025, 09:11

SEPAH Zəngəzurdan əl çəkmir: NATO, sionist və pantürkistlər... [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
Nazirlikdən 20 min şəxsin pensiyası ilə bağlı VACİB QƏRAR
Mənzil alanların ən çox rastlaşdığı saxtakarlıq - Ali Məhkəmə aydınlıq gətirdi
Azərbaycanda nə qədər xarici ölkə vətəndaşı yaşayır?
AQTA rəsmisindən arıqlama məhsulları ilə bağlı HƏYƏCAN TƏBİLİ
Hadisə
Bugün, 11:49
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Bugün, 10:22
Xırdalandakı güclü yanğın olub
Dün, 12:10
Paytaxt ərazisində oğurluq edən şəxslər saxlanıldı
16-07-2026, 13:05
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
16-07-2026, 10:09
Bakıda hoteldə yanğın - Qonaqlar təxliyə edildi - VİDEO
16-07-2026, 09:56
Dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salındı
Son xəbərlər
  • Bugün, 12:11
    DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
  • Bugün, 11:49
    Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
  • Bugün, 10:33
    "Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
  • Bugün, 10:26
    İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
  • Bugün, 10:22
    Xırdalandakı güclü yanğın olub
  • Bugün, 10:14
    Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
  • Bugün, 10:09
    “Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
  • Bugün, 10:00
    İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
  • Bugün, 09:47
    Moskvaya dron hücumu - 26 yaralı
  • Bugün, 09:00
    Yeni İran savaşı başlayır: bu texnikalar İsrailə göndərilir
  • Dün, 17:36
    Prezident gömrük rüsumu ilə bağlı qərarı təsdiqlədi
  • Dün, 16:00
    Rusiya bazarı Ermənistan üçün bağlanır - 600 milyon dollar da batır
  • Dün, 15:30
    Bəşəriyyət məhv olsa... -Dünyanın "qara qutusu" burada tikilir
  • Dün, 14:22
    Türkiyə və Rusiya arasında meyvə müharibəsi!
  • Dün, 13:11
    Dünya çempionatının final matçı təxirə salına bilər
  • Dün, 12:37
    Azərbaycan Prezidenti İrlandiyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
  • Dün, 12:32
    Dövlət başçısı Kamboca səfirinin etimadnaməsini qəbul etdi
  • Dün, 12:28
    Azərbaycan Prezidenti Oman səfirinin etimadnaməsini qəbul etdi
  • Dün, 12:21
    Baş nazir əhali ilə bağlı vacib qərar imzaladı
  • Dün, 12:18
    İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul etdi
  • Dün, 12:10
    Paytaxt ərazisində oğurluq edən şəxslər saxlanıldı
  • Dün, 11:14
    Nazirlikdən 20 min şəxsin pensiyası ilə bağlı VACİB QƏRAR
  • Dün, 11:11
    Mənzil alanların ən çox rastlaşdığı saxtakarlıq - Ali Məhkəmə aydınlıq gətirdi
  • Dün, 11:07
    Azərbaycanda nə qədər xarici ölkə vətəndaşı yaşayır?
  • Dün, 11:00
    AQTA rəsmisindən arıqlama məhsulları ilə bağlı HƏYƏCAN TƏBİLİ
  • Dün, 10:57
    Slovakiya Prezidenti: "İlham Əliyevin təklifi ilə dərhal razılaşdım"
  • Dün, 10:45
    Məşhur aparıcı saxlanıldı
  • Dün, 09:57
    Mehriban Əliyeva məşhur jurnalistin müalicəsinə dəstək oldu
  • Dün, 09:52
    ŞOK SORĞU: Dünya artıq Çinə ABŞ-dan daha çox rəğbət bəsləyir
  • Dün, 09:44
    Quzu əti niyə fərqli qiymətlərə satılır?
  • Dün, 09:35
    Bank sektoru rekord qırdı: Kredit faizləri enəcək?
  • Dün, 09:22
    Tramp DÇ-2026-nın finalına qatılacaq
  • Dün, 09:19
    İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı
  • Dün, 09:00
    Ermənistandan etiraf: Azərbaycana satmağa...
  • 16-07-2026, 16:00
    KOLBASA həvəskarları oxusun! – QİDA mütəxəssisindən SOS
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə