• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Putinin "nüvə düyməsi" də artıq əlindən alındu: ABŞ və Qərb indi Rusiyanın son "toxunulmazlıq səddi"ni dağıdır [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

22-07-2025, 09:00

Putinin "nüvə düyməsi" də artıq əlindən alındu: ABŞ və Qərb indi Rusiyanın son "toxunulmazlıq səddi"ni dağıdır


Rusiyanın onilliklər boyu ABŞ və Qərbə qarşı əsas təhdid aləti olan nüvə faktoru artıq real təsirini itirir... Kremlin nüvə təhdidləri Qərbdə daha xof yaratmır, qaydasız və mürəkkəb yeni strateji oyun Rusiyanı əsas şantaj alətindən məhrum edir...
"Yeni Müsavat" xəbər verir ki, ABŞ və Qərbin Rusiya təhlükəsinə qarşı mübarizəsi artıq daha qəliz mərhələyə keçmək üzrədir. Belə ki, son məlumatlara görə, Avropanın təhlükəsizlik arxitekturasında yeni bir dövr başlayıb. ABŞ onilliklər sonra ilk dəfə olaraq, Böyük Britaniyada B61-12 taktiki nüvə bombaları yerləşdirib. Üstəlik, bu, demək olar ki, Ukraynanın Rusiya ərazisində strateji bombardmançı təyyarələrə qarşı keçirdiyi “Pautina” əməliyyatından qısa müddət sonraya təsadüf edir. Qətiyyən təsadüfi olmayan bu hadisələr ABŞ və Qərbin Rusiya ilə potensial nüvə savaşına hazırlığının təsdiqidir.

Qərb mətbuatının etibarlı mənbələrə istinadən yaydığı məlumata görə, iyul ayının ortalarında ABŞ Hərbi Hava Qüvvələrinin Kirtlend (New Mexico) bazasından bir neçə ədəd B61-12 tipli nüvə başlığı Böyük Britaniyaya daşınıb. Nüvə başlıqları xüsusi inşa edilmiş, yüksək təhlükəsizlik sistemləri ilə qorunan bunker kompleksinə yerləşdirilib. Və bu, qlobal məkanda daha təhlükəli hərbi ssenarilərə intensiv hazırlığın bulanması kimi dəyərləndirilir.

Çünki bu, yalnız texniki hərbi yerdəyişmə deyil — siyasi və strateji məna daşıyan bir məqsədyönlü addımdır. Belə ki, "soyuq müharibə" dövründən sonra ABŞ ilk dəfə olaraq, Böyük Britaniyada taktiki nüvə silahlarını daimi əsasda yerləşdirmiş olur. Bu, həm NATO-nun şərq cinahında güclənən Rusiya təhlükəsinə cavabdır, həm də Qərbin çəkindirmə strategiyasının yenidən nüvə alətləri üzərində qurulduğunu göstərir. Üstəlik, B61-12-lərin seçilməsi də təsadüfi deyil. Çünki dəyişkən gücə malik bu bombalar daha dəqiq, çevik və siyasi qərarvericilər üçün “istifadə oluna bilər” statusunda hesab olunan nüvə silahlarıdır.

Digər tərəfdən, Ukrayna tərəfi də Rusiya ərazisində strateji miqyasda hədəflərin müəyyən olunmasında yeni mərhələyə qədəm qoyub. Belə ki, “Pautina” adlandırılan xüsusi əməliyyat çərçivəsində Ukrayna kəşfiyyatı və pilotsuz aparatları Rusiya ərazisində — Engels və Shaykovka aviabazalarında yerləşən Tu-95MS və Tu-22M3 tipli strateji bombardmançı təyyarələrə zərbələr endirərək, onların əhəmiyyətli bir hissəsini məhv etdi.

Onu da qeyd etmək lazımdır ki, bu strateji təyyarələr Rusiya nüvə doktrinasının hava komponentinin əsas daşıyıcıları sayılır. Onların məhv edilməsi təkcə texniki zərbə deyil, həm də siyasi və psixoloji siqnaldır. Yəni, Kremldə artıq anlamalıdırlar ki, Rusiyanın nüvə infrastrukturu daha qətiyyən toxunulmaz deyil. ABŞ və Qərbin rəsmi səviyyədə bu əməliyyatda birbaşa rolu olmasa da, yüksək dəqiqlikli kəşfiyyat məlumatlarının və GPS əsaslı naviqasiya sistemlərinin yalnız Qərbin dəstəyi ilə mümkün olduğu da inkaredilməz reallıqdır.

Ukraynanın Rusiya strateji təyyarə bazalarına hücumları və ABŞ-ın nüvə silahlarını Avropa məkanında yerləşdirməsi arasında ortaq bir asimmetrik deterrens yanaşma nöqtəsi də var. ABŞ və Qərb artıq klassik “qarşılıqlı zəmanətli məhv” (MAD) doktrinasından uzaqlaşaraq, daha çevik və kombinə olunmuş deterrens modelinə keçir.

Məsələ ondadır ki, NATO ərazisində yerləşdirilmiş modern nüvə arsenalının savaşa hazır vəziyyətə gətirildiyi qabardılır. Ukrayna üzərindən Rusiya ərazisində strateji hədəfləri zərərsizləşdirən qeyri-nüvə əməliyyatlar keçirilir. Rusiyaya qarşı iyasi-diplomatik və iqtisadi təzyiqlərlə yanaşı, Kremlə paralel psixoloji siqnallar da göndərilir. Yəni, bu yeni yanaşma ilə həm Rusiya elitasına, həm də onun hərbi planlaşdırma mərkəzlərinə belə bir mesaj verilir ki, Kremlin təhdidləri yalnız siyasi-diplomatik cavabla deyil, həm də ciddi hərbi risklər üzərindən qarşılanır.

Onu da nəzərə almaq lazımdır ki, Kreml uzun illərdən bəri Rusiyanın nüvə arsenalını hərbi deyil, daha çox siyasi təhdid aləti kimi istifadə edir. 2022-ci ildən bu yana nüvə təhdidləri, Belarusda yerləşdirilən taktiki başlıqlar və Kalininqrad bölgəsində hərbi fəallığın artması bu ritorikanın davamıdır. Amma indi Kreml artıq fərqli bir mənzərə ilə qarşı-qarşıya qalmağa başlayıb.

Belə ki, Rusiya üçün ən təhlükəli ssenarilərdən biri reallığa çevrilib. Yəni, ABŞ tərəfindən Böyük Britaniyada yenidən nüvə başlıqları yerləşdirilib. Ukrayna tərəfindən Rusiyanın strateji aviasiyasının əhəmiyyətli bir hissəsi vurularaq, məhv edilib. NATO-nun Polşa və Rumıniyada nüvə infrastrukturu imkanları genişləndirilib. Və bütün bunlar Kremlin vaxtilə “toxunulmaz” hesab etdiyi sahələrin indi artıq Rusiya üçün daha riskli olduğunu göstərir.

Qərb ekspertlərinin fikrincə, bu proseslər yeni qlobal təhlükə balansının formalaşmasına səbəb olacaq. Belə ki, yeni silahlanma yarışı – Rusiya və ABŞ/Avropa arasında taktiki nüvə sistemlərinin modernləşdirilməsi sürətlənəcək. Siyasi-diplomatik əlaqələrin kəskinləşməsi – nüvə silahlarının yerləşdirilməsi artıq beynəlxalq məkanda daha çox gündəmə gətiriləcək. Süni “qırmızı xətlər”in yenilənməsi qaçılmaz olacaq. Xüsusilə də, hansı strateji obyektlərin toxunulmaz qalacağına dair yazılmamış qaydalar yenidən müəyyən ediləcək.

Belə anlaşılır ki, nüvə qarşıdurması ehtimalı hələ uzaq olsa da, artıq kifayət qədər ciddiyə alınır. Qərbin addımları — istər ABŞ-ın nüvə silahlarının redeployasiyası, istərsə də Ukraynanın Rusiyanın strateji aviasiyaya yönəlik dağıdıcı əməliyyatları Kremlin "tərksilah" olunması xarakterin daşıyır. Belə ki, Kremlə açıq şəkildə ABŞ və Qərbin Rusiya ilə nüvə müharibəsi ssenarisinin artıq real ehtimal kimi ciddi şəkildə masa üzərində olduğunun mesajı verilir.

Məsələ ondadır ki, onilliklər boyu Rusiyanın ABŞ və Qərbə qarşı əsas təhdid aləti olan nüvə faktoru Kremlin əlindən artıq alınır. ABŞ və Qərb Kremlə anlatmağa çalışır ki, Rusiyanın nüvə potensialı artıq Kremlə siyasi şantaj vasitəsi kimi xidmət edə bilməyəcək. Kremldə artıq nəzərə almalıdırlar ki, bu dəfə qaydaları yazılmamış oyun daha mürəkkəbdir. Rusiyanın nüvə təhdidləri Qərbdə xof yaratmır. Və NATO üzvləri son vaxtlar keçirdikləri təlimlərlə Qərbin Rusiya ilə nüvə savaşına belə hazır olduqlarının dolayısı mesajını verirlər.

Oxunub: 1072
Paylaş:
Digər xəbərlər

Dünya

20-12-2023, 09:00

“Rusiya nüvə arsenalını təkmilləşdirir” - Putin [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

26-09-2024, 09:53

Putin: Rusiya bu halda nüvə silahından istifadə edə bilər [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

12-07-2025, 09:00

Nüvə müharibəsi təhlükəsi: Böyük Britaniya və Fransa niyə hərəkətə keçdilər? [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

23-08-2023, 09:36

Rusiya nüvə silahlarını Belarusa verir - Duda [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

1-11-2023, 09:38

“Nüvə müharibəsi ehtimalı artır” - Şoyqu [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
Nazirlikdən 20 min şəxsin pensiyası ilə bağlı VACİB QƏRAR
Mənzil alanların ən çox rastlaşdığı saxtakarlıq - Ali Məhkəmə aydınlıq gətirdi
Azərbaycanda nə qədər xarici ölkə vətəndaşı yaşayır?
AQTA rəsmisindən arıqlama məhsulları ilə bağlı HƏYƏCAN TƏBİLİ
Hadisə
Bugün, 11:49
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Bugün, 10:22
Xırdalandakı güclü yanğın olub
Dün, 12:10
Paytaxt ərazisində oğurluq edən şəxslər saxlanıldı
16-07-2026, 13:05
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
16-07-2026, 10:09
Bakıda hoteldə yanğın - Qonaqlar təxliyə edildi - VİDEO
16-07-2026, 09:56
Dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salındı
Son xəbərlər
  • Bugün, 11:49
    Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
  • Bugün, 10:33
    "Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
  • Bugün, 10:26
    İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
  • Bugün, 10:22
    Xırdalandakı güclü yanğın olub
  • Bugün, 10:14
    Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
  • Bugün, 10:09
    “Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
  • Bugün, 10:00
    İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
  • Bugün, 09:47
    Moskvaya dron hücumu - 26 yaralı
  • Bugün, 09:00
    Yeni İran savaşı başlayır: bu texnikalar İsrailə göndərilir
  • Dün, 17:36
    Prezident gömrük rüsumu ilə bağlı qərarı təsdiqlədi
  • Dün, 16:00
    Rusiya bazarı Ermənistan üçün bağlanır - 600 milyon dollar da batır
  • Dün, 15:30
    Bəşəriyyət məhv olsa... -Dünyanın "qara qutusu" burada tikilir
  • Dün, 14:22
    Türkiyə və Rusiya arasında meyvə müharibəsi!
  • Dün, 13:11
    Dünya çempionatının final matçı təxirə salına bilər
  • Dün, 12:37
    Azərbaycan Prezidenti İrlandiyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
  • Dün, 12:32
    Dövlət başçısı Kamboca səfirinin etimadnaməsini qəbul etdi
  • Dün, 12:28
    Azərbaycan Prezidenti Oman səfirinin etimadnaməsini qəbul etdi
  • Dün, 12:21
    Baş nazir əhali ilə bağlı vacib qərar imzaladı
  • Dün, 12:18
    İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul etdi
  • Dün, 12:10
    Paytaxt ərazisində oğurluq edən şəxslər saxlanıldı
  • Dün, 11:14
    Nazirlikdən 20 min şəxsin pensiyası ilə bağlı VACİB QƏRAR
  • Dün, 11:11
    Mənzil alanların ən çox rastlaşdığı saxtakarlıq - Ali Məhkəmə aydınlıq gətirdi
  • Dün, 11:07
    Azərbaycanda nə qədər xarici ölkə vətəndaşı yaşayır?
  • Dün, 11:00
    AQTA rəsmisindən arıqlama məhsulları ilə bağlı HƏYƏCAN TƏBİLİ
  • Dün, 10:57
    Slovakiya Prezidenti: "İlham Əliyevin təklifi ilə dərhal razılaşdım"
  • Dün, 10:45
    Məşhur aparıcı saxlanıldı
  • Dün, 09:57
    Mehriban Əliyeva məşhur jurnalistin müalicəsinə dəstək oldu
  • Dün, 09:52
    ŞOK SORĞU: Dünya artıq Çinə ABŞ-dan daha çox rəğbət bəsləyir
  • Dün, 09:44
    Quzu əti niyə fərqli qiymətlərə satılır?
  • Dün, 09:35
    Bank sektoru rekord qırdı: Kredit faizləri enəcək?
  • Dün, 09:22
    Tramp DÇ-2026-nın finalına qatılacaq
  • Dün, 09:19
    İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı
  • Dün, 09:00
    Ermənistandan etiraf: Azərbaycana satmağa...
  • 16-07-2026, 16:00
    KOLBASA həvəskarları oxusun! – QİDA mütəxəssisindən SOS
  • 16-07-2026, 15:30
    Məşhur şəhərdə su tükənir: Yeni qadağalar qüvvəyə mindi
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə