• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İrana hücum niyə gözlənilməz oldu və generallar necə tələyə düşdü? – YENİ DETALLAR [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

17-06-2025, 09:00

İrana hücum niyə gözlənilməz oldu və generallar necə tələyə düşdü? – YENİ DETALLAR


Artıq 4-cü gündür ki, İsraillə İran arasında müharibə davam etməkdədir və bu müddət ərzində hər iki tərəfdən çoxsaylı insan tələfatı və geniş dağıntılarla nəticələnib. İsrail hakimiyyəti iddia edir ki, onların əməliyyatları yalnız Fordodakı yeraltı uranın zənginləşdirilməsi zavodunun dağıdılması ilə başa çatacaq, lakin İran qisas almağa davam edərsə, bu daha ciddi dağıntılara və fəsadlara yol açacaq.

İsrailin hədəf siyahısında təkcə hərbi generalitet deyil, həm də nüvə silahının hazırlanmasında iştirak etdiyinə inanan 25 iranlı nüvə alimi daxildir.

“Reuters”in məlumatına görə, onlardan 14-ü cümə günündən bu yana həyata keçirilən hücumlarda həlak olub.

Qurbanlar arasında İranın ali dini lideri Əli Xamneyinin müşaviri Əli Şamxani (son açıqlamaya görə vəziyyəti ağırdır, sağdır) də daxil olmaqla, ABŞ prezidenti Donald Tramp administrasiyası ilə İranın nüvə proqramı ilə bağlı danışıqlar aparan nümayəndə heyətinin üzvləri də var.

Bütün baş verənlər onu göstərir ki, İsrail İrana qarşı bu əməliyyata uzun zaman ərzində çox ciddi şəkildə hazırlaşıb. Hücumdan çox əvvəl İsrailin kəşfiyyat xidməti Mossad İrana yüksək dəqiqlikli avtomatik silahlar yerləşdirə bilib. İran ərazisində gizli şəkildə kamikadze PUA bazası qurub. Məhz əməliyyatın ilkin mərhələsində onları işə salıb İranın hava hücumundan müdafiə sistemlərini və raket batareyalarını sıradan çıxarmaqla İsrailin hava hücumuna imkanlar açdı. Bu əməliyyatların hazırlanmasına və avadanlıqların ölkə ərazisində yığılmasına kömək edən İran Mossad agentlərinə həvalə edilib.

Generallar üçün tələ - İsrail İranı necə xəbərsiz yaxaladı

İranın ali rəhbərliyi İsrailin hücumunu istisna etməyib, lakin heç kim əməliyyatın iyunun 15-nə planlaşdırılan ABŞ-İran danışıqlarının yeni raundu ərəfəsində belə bir əməliyyatın olacağını gözləməyib. Bir növ onlarda arxayınlıq yaranıb. İsrail də məhz bu məqamdan istifadə edərək əməliyyatı reallaşdırıb.

İranın yüksək səviyyəli siyasi və hərbi rəsmiləri “The New York Times”ə (NYT) bildiriblər ki, danışıqlar ərəfəsində İsrailin hücum etməyəcəyindən arxayın olan İran hərbi rəhbərləri iyunun 13-nə keçən gecə sığınacaqlarda deyil, paytaxtdakı evlərində yatmağa qərar veriblər.

Ancaq bu, yeganə ölümcül səhv hesablama deyildi. İranın İsrail əməliyyatından xəbər tutmasından sonra ilk saatlarda İran Hərbi Hava Qüvvələrinin komandirləri cavab tədbirləri planlaşdırmaq üçün yeraltı əməliyyat otağına toplaşıblar. Lakin İsrail kəşfiyyatı görüş yerini müəyyən edərək Hərbi Hava Qüvvələri oraya zərbələr endirib, orada olanların hamısı elə əməliyyat otağında öldürülüb.

İsrailin hücumuna ilk cavab İranın iyunun 13-də İsrailə doğru yüzə yaxın kamikadze PUA atması oldu. İranlıların daha güclü cavabı İsrailin hərbi kampaniyasının başlamasından cəmi 18 saat sonra olub. Ardıcıl iki zərbə ilə Tehran düşmənə 100 ballistik raket atdı, bəziləri İsrailin hava hücumundan müdafiə sistemi tərəfindən tutulmadı və hərbi və mülki hədəfləri vurdu.

İran İsrailə şiddətli hücumu zamanı ilk dəfə 1200 km məsafəyə uçan təkmilləşdirilmiş “Şəhi Haj Qassem” raketini sınaqdan keçirib.


SEPAH iddia edir ki, İsrail hərbi bazaları ilə yanaşı, qırıcı təyyarə yanacağı istehsal edən obyektləri və enerji təchizatı mərkəzlərini vurmağa cəhd edib.

İyunun 15-nə keçən gecə İranın güclü zərbəsi Tel-Əviv yaxınlığındakı Bat Yam şəhərinə düşüb. İran raketi yaşayış binasına düşüb, ikisi azyaşlı olmaqla altı nəfər həlak olub. İsrail tərəfinin açıqlamasında görə, İranın hücumu nəticəsində ölənlərin sayı 15 nəfəri keçib.

Tehran seçim qarşısında-davam yoxsa…

Tehranın uzunmüddətli zərbə mübadiləsini davam etdirməyə gücü olub-olmaması sual altında qalır.

NYT hərbi rəsmilərə və ekspertlərə istinadən iddia edir ki, qarşılıqlı hücum nəticəsində iyunun 15-dək İranın mövcud olduğu uzaqmənzili raketlərinin sayı 2000-ə enib. Nəşr yazır ki, əgər qarşılıqlı atışmaların sürəti davam edərsə, Tehranın mövcud raket ehtiyatı bir həftəyə bitə bilər.

Bu səbəbdən də Tehran müharibəni dayandırmağa və razılaşmaya getmək istiqamətində mesajlar verməkdədir. İran xarici işlər naziri Abbas Əraqçinin iyunun 15-də ABŞ-la Tehranın nüvə silahına malik olmayacağına zəmanət verən saziş bağlamağa hazır olduğunu bəyan edib və deyib: “Lakin ölkəni dinc nüvə enerjisini inkişaf etdirmək üçün qanuni hüquqlarını məhdudlaşdıran şərtləri qəbul etməyəcək”. Bu onun güzəştə getmək istəyi kimi şərh edilə bilər.

Prezident Məsud Pezeşkianın da iyunun 15-də xalqı birliyə çağırışı və müharibənin onların başlatmadığını, nüvə silahına sahib olmaq niyyətində olmadıqları barədə verdiyi açıqlamanı da danışıqlara hazır olmaq kimi dəyərləndirilməlidir. Tehran yaxşı anlayır ki, müharibənin davam etməsi ona yaxşı heç nə vəd etmir.

İrandan fərqli olaraq İsrail tərəfi hərbi əməliyyatları davam etdirmək istəyir. Bu səbəbdən də baş nazir Benyamin Netanyahu əməliyyata haqq qazandıraraq İranın nüvə proqramının inkişafının İsrail üçün təhlükəli həddə çatdığı barədə ölkə əhalisinə xəbərdarlıq edib. O bəyan edib ki, onları çətin sınaqlar gözləyir və döyüşlər uzana bilər, lakin yəhudi dövləti sona qədər mübarizə aparmağa hazırdır. “Mən ikiqat təhlükə deyirəm, çünki bu, həm nüvə silahları, həm də ballistik raketlərdir”, - Netanyahu qeyd edib.

Onu da bildirib ki, İran bu yaxınlarda öz istehsalını artırıb və ayda 300 raket istehsal etməyi planlaşdırır: “Bu isə altı il ərzində 20 min raket deməkdir. Onların döyüş başlıqlarının hər biri “partlayıcılarla dolu avtobusa” bənzəyir. İran bunu İsraili məhv etmək üçün hazırlayır”.

Bütün bu arqumentlərə əsaslanan İsrail baş naziri İranla sonadək savaşmağı və “Tehranadək gedəcəyik” bəyanatını verib.

İran rəhbərliyi öz növbəsində İsrailin hərbi əməliyyata başlamaqla bütün beynəlxalq normaları pozduğunu vurğulayıb.

Onu da qeyd etmək lazımdır ki, İsrailin hücumu qarşılığında İrana meydanda təkdir. Beynəlxalq aləmdə təkbaşına qalan Tehranın istər İsrailə qarşı müharibəsini davam etdirmək, istərsə də nüvə proqramı ilə bağlı danışıqlarda qətiyyətli mövqe sərgiləmək gücünə malik deyil. Gücü isə hər ötən gün tükənməkdədir.

İrana dəstək yalnız bəyanatlar səviyyəsində olub və bundan o tərəfə keçməyib. Belə bir vəziyyətdə Tehran həyat və nüvə enerjisi arasında seçim etmək dilemması qarşısında qalıb. Geri çəkilmək də, mübarizəni sonadək davam etdirmək cəhdi də Tehran üçün uğur vəd etmir.
Hər iki variantda İranın mövcud teokratik rejimini çox ağır bədəl gözləyir. Ona görə də, müəyyən manevrlər etmək və vasitəçilərin əli ilə yumşaq keçidlə Ağ Evlə razılşamaya getməyə hazırlaşır.

Nə qədər qəribə görünsə də, Putin belə bir missiyanı üzərinə götürməyə hazır olduğunu bəyan edib. Putin bu məqsədlə həm ABŞ prezidenti Donald Tramp, həm İran prezidenti Məsud Pezeşkian, həm də İsrailin baş naziri Netanyahu ilə danışıb və tərəflərə msələnin həllində vasitəçilik misisyasını da təklif edib.

Tramp da Putinin belə bir vasitəçilik missiyasına müsbət yanaşması da ortadadır.

Qətər və Türkiyə də tərəflər arasında real vasitəçi rolunda çıxış edə bilər.

İsrail Ankaranın vasitəçilik missiyasına qarşı çıxsa da, Ağ Ev Ankaranın da vasitəçilik missiyasına müsbət yanaşa bilər.

“The Jerusalem Post”un verdiyi məlumata görə, İran artıq Oman və Qətərdən İsrailin zərbələrini dayandırmaq və nüvə sazişi üzrə dialoqu bərpa etmək üçün ABŞ-la danışıqlarda vasitəçilik etməyi xahiş edib.

İranın xarici işlər naziri Abbas Əraqçinin "Biz İranın nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədi daşıyan istənilən razılaşmaya hazırıq" bəyanatı da Tehranın güzəştə getmək istəyi kimi şərh edilə bilər.

Onu da qeyd etmək laızmdır ki, İsrail-İran münaqişəsinin baş verməsi və böhranın davam etməsi ilk növbədə Rusiya, bəzi ərəb ölkələrinin, ABŞ-ın, Çin, Hindistan, İrandakı bəzi qüvvələrin də marağındadır. Bundan bütün maraqlı tərəflər öz məqsədləri üçün faydalanmağa çalışır.

Bütün hallarda İsrail-İran böhran dünyada yeni geosiyasi durum yaradıb və bu qlobal təhlükəsizliyə ciddi təhdid yaradır.

Oxunub: 10112
Paylaş:
Digər xəbərlər

Dünya

13-06-2025, 10:03

İrana hücumda 6 nüvə alimi ölüb [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

8-04-2025, 11:39

Tramp: Tehranla birbaşa danışıqlar başlayıb, amma... [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

13-06-2025, 10:44

İsrail İrana hücumun detallarını açıqladı [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

19-05-2025, 14:01

Tehran dünyaya bəyan etdi: Nüvə silahı yaradılacaq [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

4-06-2025, 10:40

Xamenei ABŞ-nin təklifini rədd etdi [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
Nazirlikdən 20 min şəxsin pensiyası ilə bağlı VACİB QƏRAR
Mənzil alanların ən çox rastlaşdığı saxtakarlıq - Ali Məhkəmə aydınlıq gətirdi
Azərbaycanda nə qədər xarici ölkə vətəndaşı yaşayır?
AQTA rəsmisindən arıqlama məhsulları ilə bağlı HƏYƏCAN TƏBİLİ
Hadisə
Bugün, 10:22
Xırdalandakı güclü yanğın olub
Dün, 12:10
Paytaxt ərazisində oğurluq edən şəxslər saxlanıldı
16-07-2026, 13:05
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
16-07-2026, 10:09
Bakıda hoteldə yanğın - Qonaqlar təxliyə edildi - VİDEO
16-07-2026, 09:56
Dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salındı
15-07-2026, 14:08
Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
Son xəbərlər
  • Bugün, 10:33
    "Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
  • Bugün, 10:26
    İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
  • Bugün, 10:22
    Xırdalandakı güclü yanğın olub
  • Bugün, 10:14
    Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
  • Bugün, 10:09
    “Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
  • Bugün, 10:00
    İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
  • Bugün, 09:47
    Moskvaya dron hücumu - 26 yaralı
  • Bugün, 09:00
    Yeni İran savaşı başlayır: bu texnikalar İsrailə göndərilir
  • Dün, 17:36
    Prezident gömrük rüsumu ilə bağlı qərarı təsdiqlədi
  • Dün, 16:00
    Rusiya bazarı Ermənistan üçün bağlanır - 600 milyon dollar da batır
  • Dün, 15:30
    Bəşəriyyət məhv olsa... -Dünyanın "qara qutusu" burada tikilir
  • Dün, 14:22
    Türkiyə və Rusiya arasında meyvə müharibəsi!
  • Dün, 13:11
    Dünya çempionatının final matçı təxirə salına bilər
  • Dün, 12:37
    Azərbaycan Prezidenti İrlandiyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
  • Dün, 12:32
    Dövlət başçısı Kamboca səfirinin etimadnaməsini qəbul etdi
  • Dün, 12:28
    Azərbaycan Prezidenti Oman səfirinin etimadnaməsini qəbul etdi
  • Dün, 12:21
    Baş nazir əhali ilə bağlı vacib qərar imzaladı
  • Dün, 12:18
    İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul etdi
  • Dün, 12:10
    Paytaxt ərazisində oğurluq edən şəxslər saxlanıldı
  • Dün, 11:14
    Nazirlikdən 20 min şəxsin pensiyası ilə bağlı VACİB QƏRAR
  • Dün, 11:11
    Mənzil alanların ən çox rastlaşdığı saxtakarlıq - Ali Məhkəmə aydınlıq gətirdi
  • Dün, 11:07
    Azərbaycanda nə qədər xarici ölkə vətəndaşı yaşayır?
  • Dün, 11:00
    AQTA rəsmisindən arıqlama məhsulları ilə bağlı HƏYƏCAN TƏBİLİ
  • Dün, 10:57
    Slovakiya Prezidenti: "İlham Əliyevin təklifi ilə dərhal razılaşdım"
  • Dün, 10:45
    Məşhur aparıcı saxlanıldı
  • Dün, 09:57
    Mehriban Əliyeva məşhur jurnalistin müalicəsinə dəstək oldu
  • Dün, 09:52
    ŞOK SORĞU: Dünya artıq Çinə ABŞ-dan daha çox rəğbət bəsləyir
  • Dün, 09:44
    Quzu əti niyə fərqli qiymətlərə satılır?
  • Dün, 09:35
    Bank sektoru rekord qırdı: Kredit faizləri enəcək?
  • Dün, 09:22
    Tramp DÇ-2026-nın finalına qatılacaq
  • Dün, 09:19
    İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı
  • Dün, 09:00
    Ermənistandan etiraf: Azərbaycana satmağa...
  • 16-07-2026, 16:00
    KOLBASA həvəskarları oxusun! – QİDA mütəxəssisindən SOS
  • 16-07-2026, 15:30
    Məşhur şəhərdə su tükənir: Yeni qadağalar qüvvəyə mindi
  • 16-07-2026, 14:22
    Qaqauziya Türkiyədən dəstək istədi
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə