• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Sənədsiz evlərin qeydiyyat məsələsi nə vaxt həllini tapacaq? [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

15-07-2024, 10:30

Sənədsiz evlərin qeydiyyat məsələsi nə vaxt həllini tapacaq?


Bu ilin yanvar-aprel aylarında Azərbaycanda daşınmaz əmlak üzərində 121 061 mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Əmlak Məsələləri Dövlət Xidməti xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,5 faiz azdır. Dörd aylıq göstəricinin 18 440-ı (15,2 faizi) ilkin, 102 621-i isə (84,8 faizi) təkrar qeydiyyatın payına düşüb. Bunlar isə bir il əvvələ nisbətən müvafiq olaraq 34,1 və 32,2 faiz azdır. Yanvar-aprel aylarında fərdi yaşayış və bağ evi üzərində 17 896, mənzil üzərində 26 445, torpaq sahəsi - 72 951, qeyri-yaşayış binası - 1 047, qeyri-yaşayış sahəsi - 2 470, əmlak kompleksi - 240, çoxmərtəbəli yaşayış binası üzərində isə 12 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Rəqəmlərdən də göründüyü kimi, əmlakların qeydiyyatı prosesində azalma müşahidə edilir. Bəs bunun səbəbi nədir?

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:



Qiymətlər qalxıb, bazarda durğunluqdur

Əmlak eksperti Ramil Qasımzadənin sözlərinə görə, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatının azalması əsasən bazarda alqı-satqı əməliyyatlarının azalması ilə əlaqədardır: "Rəqəmlərdən də görünür ki, bu ilin birinci rübü ərzində həm ilkin, həm də təkrar mənzil bazarında mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasında azalmalar müşahidə edilib. Bunun əsas səbəblərindən biri mənzil bazarındakı qiymətlərdir. Keçən il mənzillərin qiymətində xeyli yüksəliş müşahidə edildi. Demək olar ki, 30 faizə qədər artım olduğunu söyləyə bilərik. Amma bu ildən başlayaraq qiymətlər o dərəcədə qalxdı ki, bu, alqı-satqı prosesinə də təsir göstərdi. Hazırda daşınmaz əmlak bazarında alıcı qıtlığı yaşanır. Bu da notarial qaydada alqı-satqı əməliyyatlarının azalmasına təsir edib".

Yaxın zamanda qeydiyyat məsələsi həllini tapacaq

R.Qasımzadə bildirdi ki, yaxın zamanda əmlakların qeydiyyat məsələsi öz həllini tapacaq: "Mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı sənədsiz evlərin qeydiyyatının bu il ərzində başa çatdırılması planlaşdırılır. Ölkədə, xüsusilə də Bakı şəhərində mənzillərin qeydiyyata alınması ilə bağlı son tamamlanma işləri gedir. Bunun üçün xüsusi portal üzərindən fəaliyyət həyata keçirilir. Həmin portala qeydiyyatı olmayan evlərlə bağlı müraciətlər də qəbul ediləcək".



Sənədləşmə prosesi tədricən aparılır

"Azərbaycan Rieltorlar Assosiasiyası"nın direktoru, daşınmaz əmlak üzrə ekspert Elnur Azadov isə düşünür ki, rəqəmlər əvvəlki illərdə də bu səviyyədə idi. Əksinə, əvvəlki illərdən fərqli olaraq bu il təkrar qeydiyyat daha çox gündəmdədir: "Əmlak bazarı aktivdir. Deməzdim ki, keçən illə hansısa fərq var. Amma onu da nəzərə almalıyıq ki, bu il qiymət artımı əvvəlki illərlə müqayisədə daha durğundur. Mülkiyyət hüququnun qeydiyyatı məsələsi dayanmayan prosesdir. Nəzərə almalıyıq ki, ölkəmizdə 600-700 min arası mülkiyyəti tanınmayan, sənədsiz əmlaklar mövcuddur. Onların sənədləşmə prosesi hökumət tərəfindən tədricən aparılır. Bir çox hallarda sənədləşmənin təkrar qeydiyyatıdır. Məsələn, torpağı bir çox vətəndaş alır, amma bölərək sənədləşdirir. Bu, həyətyanı sahələrə də aiddir. Bir çox ərazilər olub ki, bələdiyyə torpaqlarından verilib, yaxud onların üzərində evlər tikilib. Müəyyən qəsəbələr salınıb ki, onların da sənədləşmə prosesi gedib. Bu o demək deyil ki, alqı-satqı çox olub. Bu o deməkdir ki, daha çox sənəd verilib".

Vətəndaş məcbur qalıb əmlakın dəyərinin 40 faizini ödəyir

Rieltor Mülkədar Rüstəmov isə azalmanı iki səbəblə əlaqələndirir: "Birincisi, son zamanlar qiymətlərin süni şəkildə artırılmasıdır. Xüsusilə ötən ilin sentyabr və oktyabr aylarından mənzil sahibləri satışa çıxardıqları əmlaklara dəyərindən 15-20 faiz artıq qiymət təyin edərək mənzil bazarını şişirdilmiş həddə çatdırdılar. Onlar elə düşünürdülər ki, ipotekaya tələbat çoxdur, mənzilləri satılacaq. İpoteka fondu isə müştəri mənzil tapdığı zaman dərhal pul ayırmır. Qiymətləndirmə şirkəti göndərir, evin real dəyərini monitorinq edir. Bundan sonra mənzilin bazar dəyərinə uyğun qiymət çıxarılır. Satıcılar mənzilin qiymətini baha qoyduqda istədiklərinə nail ola bilmirlər. Belə olduqda da yük müştərinin üzərinə düşür. 20-30 faiz ilkin ödəniş edilməlidir, amma vətəndaş məcbur 40 faiz ödəyir. Amma bank da limit qoyur. Evin qiyməti bazar dəyərindən yüksək olduqda bank ev almaq istəyən şəxsi məcbur edir ki, ilkin ödənişi artırsın. Çünki mənzil sahibinin pulu ödənilməlidir. Cəmi 40-45 gün vaxt verilir. Alıcı çatdırıb pulu ödəyə bilmədikdə vaxt bitir. Belə olduqda müştəri fikrindən daşınır. Böyük rəqəmlərlə bazara daxil olan mənzil sahiblərinin bəziləri artıq fikrindən daşınıb və daha uyğun qiymətlər qoyur. Çünki alıcılıq qüvvəsi aşağıdır".



Payızda qeydiyyat artacaq

M.Rüstəmov qeyd etdi ki, gələcəkdə torpaq sahələri üzrə qeydiyyat daha da artacaq: "Sənədsiz evlər məsələsinin köklü şəkildə həll ediləcəyi gözlənilir. Əmlak Məsələləri Dövlət Xidmətində siyahıyaalma işləri həyata keçirilir. Çox güman ki sentyabr-oktyabr ayları ərəfəsində bu məsələ yekunlaşacaq. Bakının müxtəlif rayonlarında mövcud tikili həyət evləri kənd təsərrüfatı torpaqları üzərində tikilib. Bu torpaqlar yaşayış məntəqəsi torpağı statusu ilə əvəzlənəcək. Torpaq sahələri, sənədsiz evlər özəlləşəndən sonra statistikada kütləvi artım baş verəcək. Bu zaman vətəndaşların evini satması da asanlaşacaq, bank əməliyyatları apara biləcək, girov qoyacaq, sənədli evlər ipoteka predmetinə çevriləcək. Bu da bazarda rəqabətin çoxalmasına səbəb olacaq. Qarşıdakı aylarda bazar aktivləşəcək".

Oxunub: 10201
Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

6-03-2024, 10:17

Fərdi evlərin bahalaşması ilə bağlı AÇIQLAMA – “Qiymətlər 40 faizə qədər...” [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

16-11-2023, 14:45

Sənədsiz evlərlə bağlı mühüm xəbər [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

24-10-2023, 13:36

Bakıda sənədsiz evlərin sahiblərinin nəzərinə: bu evlərin taleyi necə olacaq? [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

İqtisadiyyat

28-02-2024, 09:29

Yaxın illərdə bu yerlərdə torpaq tapılmayacaq: Bakının ən ideal əraziləri [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

31-01-2024, 09:32

Azərbaycanda sənədsiz evlərlə bağlı yenilik [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Nazirlikdən 20 min şəxsin pensiyası ilə bağlı VACİB QƏRAR
Mənzil alanların ən çox rastlaşdığı saxtakarlıq - Ali Məhkəmə aydınlıq gətirdi
Azərbaycanda nə qədər xarici ölkə vətəndaşı yaşayır?
AQTA rəsmisindən arıqlama məhsulları ilə bağlı HƏYƏCAN TƏBİLİ
Quzu əti niyə fərqli qiymətlərə satılır?
KOLBASA həvəskarları oxusun! – QİDA mütəxəssisindən SOS
Hadisə
Bugün, 12:10
Paytaxt ərazisində oğurluq edən şəxslər saxlanıldı
Dün, 13:05
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Dün, 10:09
Bakıda hoteldə yanğın - Qonaqlar təxliyə edildi - VİDEO
Dün, 09:56
Dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salındı
15-07-2026, 14:08
Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
15-07-2026, 14:02
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
Son xəbərlər
  • Bugün, 14:22
    Türkiyə və Rusiya arasında meyvə müharibəsi!
  • Bugün, 13:11
    Dünya çempionatının final matçı təxirə salına bilər
  • Bugün, 12:37
    Azərbaycan Prezidenti İrlandiyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
  • Bugün, 12:32
    Dövlət başçısı Kamboca səfirinin etimadnaməsini qəbul etdi
  • Bugün, 12:28
    Azərbaycan Prezidenti Oman səfirinin etimadnaməsini qəbul etdi
  • Bugün, 12:21
    Baş nazir əhali ilə bağlı vacib qərar imzaladı
  • Bugün, 12:18
    İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul etdi
  • Bugün, 12:10
    Paytaxt ərazisində oğurluq edən şəxslər saxlanıldı
  • Bugün, 11:14
    Nazirlikdən 20 min şəxsin pensiyası ilə bağlı VACİB QƏRAR
  • Bugün, 11:11
    Mənzil alanların ən çox rastlaşdığı saxtakarlıq - Ali Məhkəmə aydınlıq gətirdi
  • Bugün, 11:07
    Azərbaycanda nə qədər xarici ölkə vətəndaşı yaşayır?
  • Bugün, 11:00
    AQTA rəsmisindən arıqlama məhsulları ilə bağlı HƏYƏCAN TƏBİLİ
  • Bugün, 10:57
    Slovakiya Prezidenti: "İlham Əliyevin təklifi ilə dərhal razılaşdım"
  • Bugün, 10:45
    Məşhur aparıcı saxlanıldı
  • Bugün, 09:57
    Mehriban Əliyeva məşhur jurnalistin müalicəsinə dəstək oldu
  • Bugün, 09:52
    ŞOK SORĞU: Dünya artıq Çinə ABŞ-dan daha çox rəğbət bəsləyir
  • Bugün, 09:44
    Quzu əti niyə fərqli qiymətlərə satılır?
  • Bugün, 09:35
    Bank sektoru rekord qırdı: Kredit faizləri enəcək?
  • Bugün, 09:22
    Tramp DÇ-2026-nın finalına qatılacaq
  • Bugün, 09:19
    İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı
  • Bugün, 09:00
    Ermənistandan etiraf: Azərbaycana satmağa...
  • Dün, 16:00
    KOLBASA həvəskarları oxusun! – QİDA mütəxəssisindən SOS
  • Dün, 15:30
    Məşhur şəhərdə su tükənir: Yeni qadağalar qüvvəyə mindi
  • Dün, 14:22
    Qaqauziya Türkiyədən dəstək istədi
  • Dün, 13:47
    Kiyevdə tarixi RAZILAŞMA: Türkiyə Ukrayna üçün o kritik missiyanı öz üzərinə götürdü
  • Dün, 13:31
    Deputatdan AÇIQLAMA - "Azərbaycanda pullu insanlara qarşı çox böyük qısqanclıq, paxıllıq var"
  • Dün, 13:05
    "Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
  • Dün, 13:02
    İrəvan Zəngəzur dəhlizi ilə bağlı sazişi təsdiqlədi
  • Dün, 12:57
    Donald Tramp İlham Əliyevin Şuşa Forumundakı çıxışı ilə bağlı paylaşım etdi - FOTO
  • Dün, 12:51
    Fələstinin Baş naziri Bakıda Zəfər parkını ziyarət etdi
  • Dün, 12:24
    Azərbaycanda 37 fələstinli tələbə təhsil alır
  • Dün, 12:20
    İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi
  • Dün, 12:14
    İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul edib - FOTO
  • Dün, 10:18
    Neft bazarında SON DURUM – Qiymətlər belə dəyişdi
  • Dün, 10:09
    Bakıda hoteldə yanğın - Qonaqlar təxliyə edildi - VİDEO
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə