• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Vüqar Əliyev: “Qurtuluşdan Zəfərə” [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

16-06-2023, 12:14

Vüqar Əliyev: “Qurtuluşdan Zəfərə”


Oğuz rayon Polis şöbəsinin rəisi Vüqar Əliyev - Müstəqil Azərbaycanın böyük və həlledici uğurlarının bünövrəsinin başlanğıc tarixini 15 iyun 1993-cü ildən götürsək, yanılmarıq. Otuz ildən artıq müddəti əhatə edən dövlət quruculuğu, iqtisadi dirçəliş kosepsiyası məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda davamlı olaraq inkişaf indikatorlarına malik olan ölkəmizin ötən onilliklərdə əldə etdiyi nailiyyətlər dahi liderin həyata keçirdiyi iqtisadi inkişaf proqramlarının sayəsində mümkün olub. Ümummilli liderin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında dönüş yarandı. Həyata keçirilən tədbirlər nəticəsində Milli Ordu formalaşdırıldı, 1994-cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəs sazişi əldə olundu, “Əsrin müqaviləsi” imzalandı, 1995-ci ildə Konstitusiya qəbul edildi, Şərqlə Qərbi birləşdirən qədim İpək Yolu bərpa edildi.

Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbilə Azərbaycan rəhbərliyinə qayıdandan sonra ölkədə baş verən proseslərin və həyata keçirilən islahatların bütün istiqamətlərinin əsas təşkilatçısı oldu. Azərbaycan iqtisadiyyatını bazar münasibətləri şərtləri əsasında formalaşdıran Ümummilli Lider özəl biznesin, azad sahibkarlıq fəaliyyətinin, özəlləşdirilmə prosesinə xüsusi diqqət ayırdı. Məqsəd ölkə iqtisadiyyatını dünyanın inkişaf etmiş ölkələrinin iqtisadi sistemi əsasında qurmaq və dünya iqtisadiyyatına inteqrasiya etmək idi. Ümummilli Liderin hakimiyyəti dövründə əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların nəticəsində mümkün oldu.

Ümummilli Liderin hazırladığı neft strategiyası hesabına maliyyə imkanlarımız artdı, əhalinin həyat tərzi yüksəldi.

“Əsrin müqaviləsi” Ulu Öndərin neft sənayesi strategiyasında qazandığı uğurların başlanğıcı idi. Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunmasında, həm də xarici siyasətdə uğurların qazanılmasında müstəsna rol oynadı.

Heydər Əliyevin özünün də vurğuladığı kimi, “Biz ölkəmizi iqtisadi cəhətdən inkişaf edən ölkə etmək istəyirik. Biz ölkəmizin vətəndaşlarına firavan həyat yaratmaq istəyirik. Biz müstəqil dövlət kimi daim yaşamaq istəyirik. Bütün bu işlər - təkcə neft sahəsində deyil, Azərbaycan iqtisadiyyatının, həyatının bütün başqa sahələrində də gördüyümüz işlər məhz bu məqsədi daşıyır”.

Azərbaycan neftinin dünya bazarına çıxarılması üçün şaxələndirilmiş neft kəmərlərinin inşası xüsusi düşünülmüş iqtisadi siyasətin istiqamətlərindən biri idi. Bakı-Supsa neft kəməri işə salınmaqla yanaşı, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasına da start verildi. 1999-cu ilin noyabrında Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri ABŞ-ın dövlət başçısının iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin inşa edilməsinə dair hökumətlərarası saziş imzalandı.

Ümummilli Lider Heydər Əliyev həm də Azərbaycan qazının dünya bazarlarına çıxarılması üçün nəzərdə tutulan və regionun kifayət qədər əhəmiyyətli layihəsi hesab olunan Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin də təməlini qoydu. Neft gəlirlərinin ədalətli və şəffaf xərclənməsi, gələcək nəsillərə saxlanılması məqsədi ilə Dövlət Neft Fondunun yaradılması da məhz dahi lider Heydər Əliyevin planı idi. Bu məqsədlə o, 1999-cu il dekabrın 29-da “Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması haqqında” Fərman imzaladı. Bütün bu strateji addımlar Azərbaycanın parlaq gələcəyinə qoyulan iqtisadi və siyasi investisiyalar idi. Əsas hədəflərdən biri iqtisadi cəhətdən möhkəmlənərək siyasi meydanda güclənmək və hərbi potensialımızı artırmaq idi. Məqsəd dövlət suverenliyimizi təmin etmək idi.

Ümummilli Lider Heydər Əliyevin ən böyük arzularından biri Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində ədalətli həlli, zəbt olunmuş torpaqlarımızın erməni işğalından azad edilməsi, soydaşlarımızın ata-baba yurdlarına qayıtmaları idi. Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, “Dağlıq Qarabağ məsələsi Azərbaycanın müstəsna səlahiyyətinə daxildir və onu Azərbaycan Respublikası özü həll etməlidir. Çıxış yolu birdir, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir. Dağlıq Qarabağ Azərbaycanın tərkibində olub və gələcəkdə də daim olmalıdır və Dağlıq Qarabağda vəziyyəti ancaq bu şərtlə həll etmək olar. Bunun başqa yolu yoxdur”.

1993-cü ildən sonra ordu quruculuğuna xüsusi önəm verildi. Hərbi büdcə ildən-ilə artırıldı. Müasir qoşun növləri yaradıldı. Azərbaycan xaricdən ən modern silah-sursatların alınması üçün istehsalçı şirkətlərlə müqavilələr bağladı. Bu hazırlıq, islahatlar bizi qələbəyə hər gün daha da yaxınlaşdırırdı. Ümummilli Lider möhtəşəm Qayıdışı ilə Azərbaycanı həm məhv olmaq təhlükəsindən xilas etdi, həm də ölkəmizin ərazilərini işğal edən bir təcavüzkar dövlətə cavab zərbəsi hazırladı. Bəli, cavab zərbəsinin vaxtı 2020-ci ilin sentyabrında yetişdi. Ulu Öndər Heydər Əliyev inanırdı ki, siyasi varisi, Prezident cənab İlham Əliyev onun tarixi missiyasını yerinə yetirəcək. O, tarixi müraciətində bildirirdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Ulu öndərin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu tarixi torpaqlarını işğaldan azad etdi.

Qələbədən sonrakı çıxışında Prezident İlham Əliyev qeyd edirdi: "Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim...".

2003-cü ildən ölkəyə inamla rəhbərlik edən cənab İlham Əliyev mütərəqqi inkişaf strategiyasını uğurla davam etdirir, yeni dövrün tələblərinə uyğun olaraq sosial-iqtisadi islahatlar aparır, ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması üçün müvafiq addımlar atır. Əminliklə söyləmək olar ki, ölkəmizdə həyata keçirilən böyük iqtisadi layihələr, iqtisadi islahatlar Azərbaycanı daha da güclü edəcəkdir!

Oxunub: 10256
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

26-05-2023, 13:39

Sevda Mehdizadə: Azərbaycan tariximizin ən güclü dövrünü yaşayır [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

12-06-2023, 13:57

Araz Bəndəliyev: Qurtuluşdan başlanan yol [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

10-06-2023, 11:25

Eltun Süleymanov:”15 iyun Qurtuluş Günü Tarixə qızıl hərflərlə yazılmışdır” [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Qarabağ Universitetində YENİLİK
Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
Su polisi vətəndaşın şikayətini araşdırır
“Adını daşıyan nəvənlə yanındayam, çox darıxırıq” - Milli Qəhrəmanın oğlu
IV Şuşa Qlobal Media Forumu başa çatıb
Milli Məclisin iclası başa çatdı - Deputatlar tətilə çıxdı
Hadisə
Bugün, 14:08
Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
Bugün, 14:02
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
11-07-2026, 11:30
Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu
11-07-2026, 09:23
Evin girişi başlarına uçdu, köməksiz vəziyyətdə qaldılar - VİDEO
10-07-2026, 11:30
Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti - Açıqlandı
10-07-2026, 11:26
“Bundan maşın çıxmaz, bilmirəm zərərimi necə ödəyəcəklər” - Video
Son xəbərlər
  • Bugün, 16:00
    Tramp: Hücumlar Tehran Ağ Evin şərtlərini qəbul edənədək davam edəcək
  • Bugün, 15:30
    Yaxın Şərqin yenidən alovlanmasının PƏRDƏARXASI DETALLARI
  • Bugün, 14:12
    İran itkilərinin sayını açıqladı
  • Bugün, 14:08
    Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
  • Bugün, 14:02
    Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
  • Bugün, 13:59
    Ukrayna Qara dənizdə rusların 20 gəmisini vurdu
  • Bugün, 12:52
    Qarabağ Universitetində YENİLİK
  • Bugün, 12:46
    Əli Əsədov Qətərin Bakıdakı səfirliyinə getdi, başsağlığı verdi
  • Bugün, 11:26
    Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
  • Bugün, 11:21
    İlham Əliyev Ərdoğana başsağlığı verdi
  • Bugün, 10:40
    Su polisi vətəndaşın şikayətini araşdırır
  • Bugün, 10:03
    Yamal Mbappeni kölgədə qoydu
  • Bugün, 09:59
    ABŞ 23 il sonra bu ölkədən hərbçilərini tam çıxarır
  • Bugün, 09:55
    Maraqla gözlənilən oyun - İspaniyanın rəqibi bəlli olur
  • Bugün, 09:31
    ABŞ-dən İsrailə təzyiq: Tramp qoşunların geri çəkilməsini istəyib
  • Bugün, 09:28
    Türkiyə XİN o hücumu pislədi
  • Bugün, 09:24
    Azərbaycan XİN Türkiyəyə təbrik ünvanladı
  • Bugün, 09:00
    DÇ-2026: Fransanı məğlub edən İspaniya ilk finalçı oldu
  • Dün, 16:00
    Ermənistanda pasportlarının Türkiyədə çapı iddiaları - QALMAQAL
  • Dün, 15:30
    Müharibənin sonunu gətirəcək "QIZIL AÇAR" - Putinin "Müqəddəs Simvolu" ÇÖKÜR
  • Dün, 15:09
    Prezidentin maşınında selfi çəkdi - Foto
  • Dün, 15:05
    Prezidentlər bir-birinə bunları hədiyyə etdi - Video
  • Dün, 14:22
    “Adını daşıyan nəvənlə yanındayam, çox darıxırıq” - Milli Qəhrəmanın oğlu
  • Dün, 13:29
    IV Şuşa Qlobal Media Forumu başa çatıb
  • Dün, 13:26
    Hikmət Hacıyev Şuşada D-8-in nümayəndə heyəti ilə görüşdü
  • Dün, 13:22
    Prezidentlər Şuşada güllələnmiş büstlərə baxıblar - FOTO
  • Dün, 13:14
    Milli Məclisin iclası başa çatdı - Deputatlar tətilə çıxdı
  • Dün, 12:34
    Elektron siqaretlərlə bağlı daha bir QADAĞA
  • Dün, 12:31
    Azərbaycanda tələbələrlə bağlı YENİ QANUN
  • Dün, 12:28
    Dövlət mülkiyyətində olan əmlaklarla bağlı YENİLİK
  • Dün, 12:25
    Valyutanın xaricdən qaytarılmamasına görə cərimə dəyişir
  • Dün, 12:22
    Balıqçılıq məhsullarının yeni satış qaydalar
  • Dün, 10:50
    Şuşada Azərbaycan və Slovakiya prezidentlərinin təkbətək görüşü olub
  • Dün, 10:44
    Slovakiya Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi oldu
  • Dün, 09:59
    Hikmət Hacıyev: Münaqişələr həm də informasiya məkanında aparılır
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə