• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Elsevər Kərimov: Azərbaycan öz istəyinə nail oldu [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

23-10-2023, 11:37

Elsevər Kərimov: Azərbaycan öz istəyinə nail oldu


Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Sabirabad şəhər N.Gəncəvi adına 5 saylı tam orta məktəbinin direktoru Elsevər Kərimov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Elsevər Kərimov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Sabirabad şəhər N.Gəncəvi adına 5 saylı tam orta məktəbinin direktoru Elsevər Kərimov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Elsevər Kərimovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Elsevər Kərimov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Sabirabad şəhər N.Gəncəvi adına 5 saylı tam orta məktəbinin direktoru Elsevər Kərimova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Sabirabad şəhər N.Gəncəvi adına 5 saylı tam orta məktəbinin direktoru Elsevər Kərimov - Hər bir xalqın yüksəliş salnaməsində, dövlətin inkişafında dahi şəxsiyyətlərin, siyasi liderlərin çox böyük rolu olub. Həmin şəxsiyyətlərin öz xalqı, dövləti üçün misilsiz xidmətləri əsrlərin və nəsillərin yaddaşına əbədi həkk olunub.

Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, xalqın 30 illik ən böyük problemi olan “Dağlıq Qarabağ münaqişəsi”ni hərb yolu ilə həll edərək adını Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazdıran Prezident İlham Əliyev məhz belə liderlərdəndir.

Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu inkişaf strategiyasını yeni çağırışlar şəraitində layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev heyrətamiz şəxsi keyfiyyətləri, xalq və dövlət qarşısında müstəsna xidmətləri ilə yeni tarixi dövrün milli lideri səviyyəsinə yüksəlmişdir. Onun rəhbərliyi ilə 20 il öncə həyata keçirilməyə başlanan uzaqgörən daxili və xarici siyasət Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarmışdır. Prezident İlham Əliyevin siyasət sənətinin incəliklərinə dərindən bələd olması, fenomenal liderlik qabiliyyəti və yaradıcı dövlətçilik təfəkkürü, yenilməz əzmi və iradəsi ölkəmizin müasir simasını müəyyənləşdirməklə yanaşı, Cənubi Qafqaz bölgəsinin geosiyasi mənzərəsini kökündən dəyişmişdir. Milli və dövlətçilik maraqlarımızın qorunması və irəli aparılması, ölkəmizin potensialının artırılması üçün görülən ardıcıl tədbirlər Azərbaycanı öz tarixinin ən qüdrətli dövlətinə və regional güc mərkəzinə çevirmişdir.

Bütün bu uğurlu fəaliyyətlər nəticədə öz bəhrəsini verdi. Belə ki, 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik məharəti ilə idarə etdiyi Azərbaycan Silahlı Qüvvələrinin hərbi qələbəsi xalqımızın qəhrəmanlıq salnaməsində yeni şanlı səhifə açdı. Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 8 Noyabr Zəfəri sayəsində işğalçı Ermənistan təslim olmağa məcbur edildi, tarixi ədalət və dövlətimizin ərazi bütövlüyü bərpa olundu. Azərbaycanın əzəli tarixi torpaqları olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi son iki yüz ilə yaxın dövrdə xalqımızın məruz qaldığı torpaq itkiləri və etnik təmizləmələr silsiləsinə son qoydu, xalqımıza düşmən kəsilmiş dünya erməniliyinə sarsıdıcı zərbə endirdi. Ermənistanın davam edən hərbi-siyasi təxribatlarına son qoyulması məqsədi ilə 2023-cü il sentyabrın 19-20-də müzəffər Ali Baş Komandan İlham Əliyevin məharətli rəhbərliyi ilə Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri xalqımızın milli ruhunun yenilməzliyini bir daha nümayiş etdirdi. Azərbaycan Ordusunun qəhrəmanlığı və fədakarlığı sayəsində erməni silahlı dəstələri tərk-silah edildi, kriminal xunta rejiminin fəaliyyətinə son qoyuldu, dövlətimizin suverenliyi onun bütün ərazisində bərpa edildi.

Ən nəhayət cari ilin oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli dövlət bayrağımızın ucaldılması və Prezident İlham Əliyevin Xankəndi şəhərindən xalqımıza müraciəti ölkəmizin bütün ərazilərində suverenliyimizin bərpasının təntənəsi olmaqla yüksək qürur və iftixar hissləri ilə qarşılandı.
Elsevər Kərimov: Azərbaycan öz istəyinə nail oldu

Xalqa müraciətində Prezident İlham Əliyev bidirib ki: “Azərbaycan xalqı mənə 20 il bundan əvvəl böyük etimad göstərmişdir və bu illər ərzində mən bunu hər zaman hiss etmişəm, bu inam daha da artmışdır. Bu gün vaxtilə - hələ işğal dövründə dediyim sözlər və xalq tərəfindən təkrarlanan sözlər mənim üçün ən böyük mükafatdır. Mən o vaxt demişdim ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm. İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. İndi bu tarix haqqında danışmaq mənim üçün bəlkə o qədər də düzgün deyil. Çünki bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq. Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”.

Beləliklə, 15 oktyabr tarixi təqvim günü siyasi iradənin növbəti təntənəsi kimi də Şanlı tariximizə yazıldı. Prezident, Müzəffər Ali Baş komandan İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha parlaq şəkildə nümayiş etdirdi. 15 okyabr tarixi bir daha dünyaya Azərbaycan xalqının nə qədər böyük, yenilməz, dəmir iradəli, müzəffər xalq olduğunu göstərdi.

Oxunub: 10240
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

16-09-2023, 11:32

ALLAHIN qismətindən asılı ömür yolu - Musa müəllim [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

10-10-2023, 12:28

Mətləb müəllim qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

7-10-2023, 11:44

Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Əhəd müəllimnin diqqətindədir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

29-09-2023, 00:37

Bayram müəllim: Şəhidlər ölməz, vətən bölünməz! [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

5-10-2023, 09:49

Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Svetlana Hüseynova [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
KOLBASA həvəskarları oxusun! – QİDA mütəxəssisindən SOS
Deputatdan AÇIQLAMA - "Azərbaycanda pullu insanlara qarşı çox böyük qısqanclıq, paxıllıq var"
Qarabağ Universitetində YENİLİK
Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
Su polisi vətəndaşın şikayətini araşdırır
“Adını daşıyan nəvənlə yanındayam, çox darıxırıq” - Milli Qəhrəmanın oğlu
Hadisə
Bugün, 13:05
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Bugün, 10:09
Bakıda hoteldə yanğın - Qonaqlar təxliyə edildi - VİDEO
Bugün, 09:56
Dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salındı
Dün, 14:08
Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
Dün, 14:02
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
11-07-2026, 11:30
Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu
Son xəbərlər
  • Bugün, 16:00
    KOLBASA həvəskarları oxusun! – QİDA mütəxəssisindən SOS
  • Bugün, 15:30
    Məşhur şəhərdə su tükənir: Yeni qadağalar qüvvəyə mindi
  • Bugün, 14:22
    Qaqauziya Türkiyədən dəstək istədi
  • Bugün, 13:47
    Kiyevdə tarixi RAZILAŞMA: Türkiyə Ukrayna üçün o kritik missiyanı öz üzərinə götürdü
  • Bugün, 13:31
    Deputatdan AÇIQLAMA - "Azərbaycanda pullu insanlara qarşı çox böyük qısqanclıq, paxıllıq var"
  • Bugün, 13:05
    "Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
  • Bugün, 13:02
    İrəvan Zəngəzur dəhlizi ilə bağlı sazişi təsdiqlədi
  • Bugün, 12:57
    Donald Tramp İlham Əliyevin Şuşa Forumundakı çıxışı ilə bağlı paylaşım etdi - FOTO
  • Bugün, 12:51
    Fələstinin Baş naziri Bakıda Zəfər parkını ziyarət etdi
  • Bugün, 12:24
    Azərbaycanda 37 fələstinli tələbə təhsil alır
  • Bugün, 12:20
    İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi
  • Bugün, 12:14
    İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul edib - FOTO
  • Bugün, 10:18
    Neft bazarında SON DURUM – Qiymətlər belə dəyişdi
  • Bugün, 10:09
    Bakıda hoteldə yanğın - Qonaqlar təxliyə edildi - VİDEO
  • Bugün, 10:00
    Şükürbəyli kəndinə 52 nəfərdən ibarət köç karvanı yola salındı
  • Bugün, 09:56
    Dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salındı
  • Bugün, 09:53
    Avropa Liqası: "Qarabağ"ı İslandiyada çətin oyun gözləyir
  • Bugün, 09:45
    NBC News: İranla müharibə ABŞ-yə 100 milyard dollara başa gələ bilər
  • Bugün, 09:42
    Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşdü
  • Bugün, 09:00
    DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək növbəti finalçı olub
  • Dün, 16:00
    Tramp: Hücumlar Tehran Ağ Evin şərtlərini qəbul edənədək davam edəcək
  • Dün, 15:30
    Yaxın Şərqin yenidən alovlanmasının PƏRDƏARXASI DETALLARI
  • Dün, 14:12
    İran itkilərinin sayını açıqladı
  • Dün, 14:08
    Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
  • Dün, 14:02
    Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
  • Dün, 13:59
    Ukrayna Qara dənizdə rusların 20 gəmisini vurdu
  • Dün, 12:52
    Qarabağ Universitetində YENİLİK
  • Dün, 12:46
    Əli Əsədov Qətərin Bakıdakı səfirliyinə getdi, başsağlığı verdi
  • Dün, 11:26
    Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
  • Dün, 11:21
    İlham Əliyev Ərdoğana başsağlığı verdi
  • Dün, 10:40
    Su polisi vətəndaşın şikayətini araşdırır
  • Dün, 10:03
    Yamal Mbappeni kölgədə qoydu
  • Dün, 09:59
    ABŞ 23 il sonra bu ölkədən hərbçilərini tam çıxarır
  • Dün, 09:55
    Maraqla gözlənilən oyun - İspaniyanın rəqibi bəlli olur
  • Dün, 09:31
    ABŞ-dən İsrailə təzyiq: Tramp qoşunların geri çəkilməsini istəyib
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə