• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Xalid Ələkbərov: Növbəti Qələbənin təntənəsi [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

18-10-2023, 10:19

Xalid Ələkbərov: Növbəti Qələbənin təntənəsi


“Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Xalid Ələkbərov - “Azərbaycan Prezidenti İlham Əlyevin dövlət başçısı kimi 20 illik fəaliyyəti dövründə müstəqil ölkəmiz zirvələrdən-zirvələrə yüksəlib. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində dövlətimizin ərazi bütövlüyü təmin olundu. Bu ilin 19-20 sentyabrında isə Qarabağda keçirilən antiterror tədbirləri ilə dövlət suverenliyimiz tam bərpa edilib. Oktyabrın 15-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Xankəndi şəhərində, Xocalı, Xocavənd, Ağdərə şəhərlərində, Əsgəran qəsəbəsində üçrəngli bayrağımızı ucaltmaqla xalqımıza növbəti dəfə qürurlu anlar yaşatdı”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, bu tarixi hadisə 100 illik ədalətsizliyə son qoydu. Belə ki, 1923-cü ildə keçmiş SSRİ tərəfindən Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması xalqımız üçün ciddi problemlər yaratdı. Məhz 100 il sonra tarixi ədalət zəfər qazandı. Prezident İlham Əliyev Xankəndi şəhərində xalqa müraciətində dediyi kimi, bu 100 il ərzində xalqımız nə qədər əzab çəksə də, tarix bizi nə qədər sınağa çəksə də, əyilmədik, sınmadıq. Oktyabrın 15-də Ali Baş Komandan, Prezident İlham Əliyev Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə və Əsgəranda Azərbaycan bayrağını ucaltmaqla dövlətimizin və xalqımızın gücünü bütün dünyaya nümayiş etdirdi.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin uzaqgörən, prinsipial və milli maraqlara əsaslanan siyasəti nəticəsində dövlətimiz və xalqımız qarşıya qoyduğu müqəddəs vəzifələrin yerinə yetirilməsinə - ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsinə nail olub. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, ordumuzun Qarabağda lokal xarakterli antiterror tədbirləri nəticəsində isə sentyabrın 20-də suverenliyimizi tam bərpa etdik. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi Azərbaycanın növbəti Qələbənin təntənəsidir.

Pərvin Kərimzadə xatırladıb ki, 44 günlük Vətən müharibəsi 10 noyabr üçtərəfli Bəyanatın imzalanması ilə sona çatanda bəziləri “Niyə Xankəndi, Xocalı, Ağdərə, Xocəvənd alınmadı?” deyə sual edirdilər. Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində üçrəngli bayrağımızı ucaltdıqdan sonra xalqa etdiyi müraciətdə bu məqama toxunub: “Xatırlayıram, o vaxt bəziləri sual verirdi: Nə üçün, nə üçün biz o vaxt - noyabrın 10-da müharibəni dayandırmağa razılıq verdik. Bu gün bax, burada durarkən bir daha bildirmək istəyirəm ki, biz hər şeyi vaxtında etməliyik və etmişik. Azərbaycan xalqının böyük əksəriyyəti o vaxt da - noyabrın 10-da və ondan sonrakı dövrdə çox yaxşı başa düşürdü ki, biz istədiyimizə nail olacağıq. İstədiyimiz isə bax, burada dalğalanan Azərbaycan Bayrağıdır”. Əlbəttə, son üç il ərzində baş verən hadisələr dövlət başçısının nə qədər uzaqgörən siyasətçi və strateq olduğunu bir daha təsdiqlədi. Oktyabrın 15-də Xankəndidə Azərbaycan bayrağının qaldırılması ilə Azərbaycan ərazilərində separatizmin bütün forma və təzahürlərinə, simvolikasına faktiki olaraq son verildi və onun “liderləri”ə layiq olduqları yerin istintaq təcridxanası olduğu xatırladıldı. Bu, həm də xarici dairələrə, eləcə də fikrindən revanşizm xəyalları keçirənlərə güclü mesaj idi ki, Azərbaycan hər nə bahasına olur-olsun öz ərazilərindən əsla vaz keçməyəcək və bu cür fəaliyyətlər gec-tez ən rəzil məğlubiyyətlə üzləşəcəklər.

Prezident İlham Əliyev Xankəndi şəhərində xalqa müraciəti zamanı “Mən o vaxt demişdim ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm. İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir”-deyə vurğulayıb. Beləliklə, bu tarixi zəfər müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin dövlət başçısı kimi 20 illik fəaliyyətinin ən yüksək zirvəsini təşkil edir. Bu möhtəşəm qələbə xalqımız tərəfindən böyük qürurla qeyd olunur. Cənab Prezidentin dediyi kimi, Azərbaycan xalqı bu qələbə ilə qürur duyur və gələcək nəsillər də tarixi Zəfərimizlə hər zaman fəxr edəcəklər. Eyni zamanda, keçmiş məcburi köçkünlərimizin də yurd həsrətinə son qoyuldu. Tezliklə, onlar da böyük ayıdış nəticəsində doğma torpaqlarına qovuşacaqlar.

Oxunub: 10224
Paylaş:
Digər xəbərlər

---

19-07-2023, 12:28

Xalid Ələkbərov: Operativ, qərəzsiz və dürüst [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

17-10-2023, 10:45

Hacı Eldayaq Huseynov: Tariximizin Zəfər səhifələri məhz “Heydər Əliyev İli”ndə daha da zənginləşdi [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

7-06-2023, 13:09

Xalid Ələkbərov: İnkişafın yeni mərhələsi [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

15-10-2023, 20:40

Prezident İlham Əliyev Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb - YENİLƏNİB [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Qarabağ Universitetində YENİLİK
Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
Su polisi vətəndaşın şikayətini araşdırır
“Adını daşıyan nəvənlə yanındayam, çox darıxırıq” - Milli Qəhrəmanın oğlu
IV Şuşa Qlobal Media Forumu başa çatıb
Milli Məclisin iclası başa çatdı - Deputatlar tətilə çıxdı
Hadisə
Bugün, 14:08
Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
Bugün, 14:02
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
11-07-2026, 11:30
Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu
11-07-2026, 09:23
Evin girişi başlarına uçdu, köməksiz vəziyyətdə qaldılar - VİDEO
10-07-2026, 11:30
Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti - Açıqlandı
10-07-2026, 11:26
“Bundan maşın çıxmaz, bilmirəm zərərimi necə ödəyəcəklər” - Video
Son xəbərlər
  • Bugün, 15:30
    Yaxın Şərqin yenidən alovlanmasının PƏRDƏARXASI DETALLARI
  • Bugün, 14:12
    İran itkilərinin sayını açıqladı
  • Bugün, 14:08
    Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
  • Bugün, 14:02
    Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
  • Bugün, 13:59
    Ukrayna Qara dənizdə rusların 20 gəmisini vurdu
  • Bugün, 12:52
    Qarabağ Universitetində YENİLİK
  • Bugün, 12:46
    Əli Əsədov Qətərin Bakıdakı səfirliyinə getdi, başsağlığı verdi
  • Bugün, 11:26
    Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
  • Bugün, 11:21
    İlham Əliyev Ərdoğana başsağlığı verdi
  • Bugün, 10:40
    Su polisi vətəndaşın şikayətini araşdırır
  • Bugün, 10:03
    Yamal Mbappeni kölgədə qoydu
  • Bugün, 09:59
    ABŞ 23 il sonra bu ölkədən hərbçilərini tam çıxarır
  • Bugün, 09:55
    Maraqla gözlənilən oyun - İspaniyanın rəqibi bəlli olur
  • Bugün, 09:31
    ABŞ-dən İsrailə təzyiq: Tramp qoşunların geri çəkilməsini istəyib
  • Bugün, 09:28
    Türkiyə XİN o hücumu pislədi
  • Bugün, 09:24
    Azərbaycan XİN Türkiyəyə təbrik ünvanladı
  • Bugün, 09:00
    DÇ-2026: Fransanı məğlub edən İspaniya ilk finalçı oldu
  • Dün, 16:00
    Ermənistanda pasportlarının Türkiyədə çapı iddiaları - QALMAQAL
  • Dün, 15:30
    Müharibənin sonunu gətirəcək "QIZIL AÇAR" - Putinin "Müqəddəs Simvolu" ÇÖKÜR
  • Dün, 15:09
    Prezidentin maşınında selfi çəkdi - Foto
  • Dün, 15:05
    Prezidentlər bir-birinə bunları hədiyyə etdi - Video
  • Dün, 14:22
    “Adını daşıyan nəvənlə yanındayam, çox darıxırıq” - Milli Qəhrəmanın oğlu
  • Dün, 13:29
    IV Şuşa Qlobal Media Forumu başa çatıb
  • Dün, 13:26
    Hikmət Hacıyev Şuşada D-8-in nümayəndə heyəti ilə görüşdü
  • Dün, 13:22
    Prezidentlər Şuşada güllələnmiş büstlərə baxıblar - FOTO
  • Dün, 13:14
    Milli Məclisin iclası başa çatdı - Deputatlar tətilə çıxdı
  • Dün, 12:34
    Elektron siqaretlərlə bağlı daha bir QADAĞA
  • Dün, 12:31
    Azərbaycanda tələbələrlə bağlı YENİ QANUN
  • Dün, 12:28
    Dövlət mülkiyyətində olan əmlaklarla bağlı YENİLİK
  • Dün, 12:25
    Valyutanın xaricdən qaytarılmamasına görə cərimə dəyişir
  • Dün, 12:22
    Balıqçılıq məhsullarının yeni satış qaydalar
  • Dün, 10:50
    Şuşada Azərbaycan və Slovakiya prezidentlərinin təkbətək görüşü olub
  • Dün, 10:44
    Slovakiya Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi oldu
  • Dün, 09:59
    Hikmət Hacıyev: Münaqişələr həm də informasiya məkanında aparılır
  • Dün, 09:55
    ABŞ İranı yenidən bombaladı
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə