• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Məmməd Musayev: Ən böyük uğurlardan biri [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

31-08-2023, 10:30

Məmməd Musayev: Ən böyük uğurlardan biri


"Aqrarkredit" QSC-nin İdarə Heyətinin sədri, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayev - Şanlı Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində düşmən üzərində qazandığı tarixi Qələbə ilə ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazilərini işğaldan azad etdi və bununla da suveren ərazi bütövlüyümüz bərpa olundu. Bununla belə hətta məğlub durumda olan Ermənistan özünün xarici havadarlarının təhriki və dəstəyi ilə yenə də ölkəmizə qarşı müəyyən təxribatlar törətməyə davam edir. Məhz belə cəhdlərin qarşısını almaq üçün Azərbaycan dövləti öz vətəndaşlarının və ərazilərinin təhlükəsizliyini təmin etmək məqsədilə suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması kimi, beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğun olan addım atmaq qərarına gəldi. Beləliklə, 23 aprel 2023-cü il tarixində Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu.

Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən qüvvələr, ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər. Rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətlərinə fərqli don geyindirməyə çalışır. Lakin bu gün erməni yalanlarının dünya ictimaiyyəti tərəfindən inkarolunmaz həqiqətlər kimi qəbul olunduğu illər artıq çoxdan keçmişdə qalıb. Azərbaycan Ermənistanı təkcə hərb meydanlarında deyil, həm də siyasi-diplomatik müstəvidə ağır məğlubiyyətə uğradıb. Həm də dəfələrlə. Bundan sonra Azərbaycan heç bir xarici qüvvəyə özünün daxili məsələlərinə müdaxilə etmək imkanı verməyəcək. Laçın da ölkəmizin ərazisində olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da müstəsna olaraq ölkəmizin daxili işidir.

Qeyd edək ki, Azərbaycan dövlətinin siyasi iradəsinin nümayişi faktı ölkə Prezidenti İlham Əliyevin 1 may 2023-cü il tarixində ABŞ dövlət katibi Antoni Blinkenlə apardığı telefon danışığında da öz əksini tapmışdır. Prezident İlham Əliyevin bir daha erməni riyakarlığını ifşa edərək demişdir: “Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib. Məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacaqdır”.

Birmənalı olarq demək lazımdır ki, Azərbaycanın fəaliyyəti bölgədə sülhün bərqərar olmasına şərait yaradır və separatçıların növbəti təxribatlarının qarşısını alır. O cümlədən “Laçın” sərhəd-buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin əməkdaşları istər Azərbaycan ərazisinə daxil olan ermənilərin, istərsə də ölkəmizdə yaşayan erməni əsilli vətəndaşların sənədlərini, eləcə də şübhəli bilinən yükləri məhz bu məqsədlə yoxlayırlar. “Laçın” sərhəd-buraxılış məntəqəsində 30 il əvvəl azərbaycanlılara qarşı XX əsrin faciəsini törətmiş şəxsin saxlanılması da dövlətimiz tərəfindən atılmış bu addımın nə qədər düzgün olduğunu bir daha təsdiq edir. Məlum olduğu kimi, hərbi cinayətkar Xaçaturyan Vaqif Çerkezoviç erməni milliyyətindən olan digər şəxslərlə birgə Meşəli kəndinə silahlı basqın edərək 25 nəfər azərbaycanlı milliyyətindən olan şəxsi qətlə yetirmişdir. Azərbaycan tərəfindən Xaçaturyan Vaqif Çerkezoviçin saxlanılması ilə bağlı görülən bütün tədbirlər beynəlxalq hüquq və Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilib.

Heç bir şübhə yoxdur ki, “Laçın” sərhəd-buraxılış məntəqəsinin açılışı Azərbaycan dövlətinin ən böyük uğurlarından biridir. Məntəqənin açılması regionun geosiyasi mənzərəsini dəyişdirdi və Qələbəmizin beynəlxalq müstəvidə təkrar rəsmiləşdirilməsinə səbəb oldu.

Oxunub: 10190
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

14-06-2023, 14:16

Erməni sakinlər “Laçın” sərhəd-buraxılış məntəqəsindən maneəsiz keçirlər - VİDEO [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

1-06-2023, 13:05

Məmməd Musayev: Quruculuq işlərinin möhtəşəm nümunəsi [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

8-06-2023, 10:25

AHİK sədri Səttar Möhbalıyev Beynəlxalq Əmək Konfransının 111-ci sessiyasında iştirak edir -Foto [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

9-06-2023, 15:51

AHİK sədri Səttar Möhbalıyev Cenevrədə keçirilən beynəlxalq konfransda Ermənistan tərəfinin əsassız iddialarına cavab verib -Fotolar [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

23-08-2023, 11:41

“Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi təmin olunub [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
KOLBASA həvəskarları oxusun! – QİDA mütəxəssisindən SOS
Deputatdan AÇIQLAMA - "Azərbaycanda pullu insanlara qarşı çox böyük qısqanclıq, paxıllıq var"
Qarabağ Universitetində YENİLİK
Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
Su polisi vətəndaşın şikayətini araşdırır
“Adını daşıyan nəvənlə yanındayam, çox darıxırıq” - Milli Qəhrəmanın oğlu
Hadisə
Dün, 13:05
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Dün, 10:09
Bakıda hoteldə yanğın - Qonaqlar təxliyə edildi - VİDEO
Dün, 09:56
Dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salındı
15-07-2026, 14:08
Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
15-07-2026, 14:02
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
11-07-2026, 11:30
Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu
Son xəbərlər
  • Dün, 16:00
    KOLBASA həvəskarları oxusun! – QİDA mütəxəssisindən SOS
  • Dün, 15:30
    Məşhur şəhərdə su tükənir: Yeni qadağalar qüvvəyə mindi
  • Dün, 14:22
    Qaqauziya Türkiyədən dəstək istədi
  • Dün, 13:47
    Kiyevdə tarixi RAZILAŞMA: Türkiyə Ukrayna üçün o kritik missiyanı öz üzərinə götürdü
  • Dün, 13:31
    Deputatdan AÇIQLAMA - "Azərbaycanda pullu insanlara qarşı çox böyük qısqanclıq, paxıllıq var"
  • Dün, 13:05
    "Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
  • Dün, 13:02
    İrəvan Zəngəzur dəhlizi ilə bağlı sazişi təsdiqlədi
  • Dün, 12:57
    Donald Tramp İlham Əliyevin Şuşa Forumundakı çıxışı ilə bağlı paylaşım etdi - FOTO
  • Dün, 12:51
    Fələstinin Baş naziri Bakıda Zəfər parkını ziyarət etdi
  • Dün, 12:24
    Azərbaycanda 37 fələstinli tələbə təhsil alır
  • Dün, 12:20
    İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi
  • Dün, 12:14
    İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul edib - FOTO
  • Dün, 10:18
    Neft bazarında SON DURUM – Qiymətlər belə dəyişdi
  • Dün, 10:09
    Bakıda hoteldə yanğın - Qonaqlar təxliyə edildi - VİDEO
  • Dün, 10:00
    Şükürbəyli kəndinə 52 nəfərdən ibarət köç karvanı yola salındı
  • Dün, 09:56
    Dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salındı
  • Dün, 09:53
    Avropa Liqası: "Qarabağ"ı İslandiyada çətin oyun gözləyir
  • Dün, 09:45
    NBC News: İranla müharibə ABŞ-yə 100 milyard dollara başa gələ bilər
  • Dün, 09:42
    Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşdü
  • Dün, 09:00
    DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək növbəti finalçı olub
  • 15-07-2026, 16:00
    Tramp: Hücumlar Tehran Ağ Evin şərtlərini qəbul edənədək davam edəcək
  • 15-07-2026, 15:30
    Yaxın Şərqin yenidən alovlanmasının PƏRDƏARXASI DETALLARI
  • 15-07-2026, 14:12
    İran itkilərinin sayını açıqladı
  • 15-07-2026, 14:08
    Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
  • 15-07-2026, 14:02
    Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
  • 15-07-2026, 13:59
    Ukrayna Qara dənizdə rusların 20 gəmisini vurdu
  • 15-07-2026, 12:52
    Qarabağ Universitetində YENİLİK
  • 15-07-2026, 12:46
    Əli Əsədov Qətərin Bakıdakı səfirliyinə getdi, başsağlığı verdi
  • 15-07-2026, 11:26
    Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
  • 15-07-2026, 11:21
    İlham Əliyev Ərdoğana başsağlığı verdi
  • 15-07-2026, 10:40
    Su polisi vətəndaşın şikayətini araşdırır
  • 15-07-2026, 10:03
    Yamal Mbappeni kölgədə qoydu
  • 15-07-2026, 09:59
    ABŞ 23 il sonra bu ölkədən hərbçilərini tam çıxarır
  • 15-07-2026, 09:55
    Maraqla gözlənilən oyun - İspaniyanın rəqibi bəlli olur
  • 15-07-2026, 09:31
    ABŞ-dən İsrailə təzyiq: Tramp qoşunların geri çəkilməsini istəyib
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə