• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Vəzir Həsənov: Müstəqil siyasət həyata keçirən dövlətlər daim milli maraqları və xalqın iradəsini əsas götürürlər [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

29-10-2024, 13:18

Vəzir Həsənov: Müstəqil siyasət həyata keçirən dövlətlər daim milli maraqları və xalqın iradəsini əsas götürürlər


Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Baş Gömrük İdarəsinin rəisi, general-mayor Vəzir Həsənov - Bu gün ölkə və dünya mətbuatında əsas müzakirə mövzularından biri Gürcüstanda keçirilən parlament seçkilərində hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının qalib gəlməsidir. Seçkilərin nəticələri bir daha göstərdi ki, Qərbin region dövlətlərinin daxili işlərinə qarışmaq cəhdləri baş tutmayacaq. Hər bir ölkənin həyatında seçkilər mühüm rol oynayır. Bu, prosesin demokratikliyində, şəffaflığında, bunların əsasında xalqın iradəsini əks etdirən nəticənin əldə edilməsində özünün aydın ifadəsini tapır. Cənubi Qafqaz ölkələrində keçirilən seçkilər bir qayda olaraq Azərbaycanın və Gürcüstanın müstəqil siyasət yürütdüyünü nümayiş etdirdiyi halda, bu proses hər zaman Ermənistanın müstəqilliyinin formal xarakter daşıdığını, bu və ya digər dövlətin maraqlarının müdafiəçisi olduğunu təsdiqləyir. Bu baxımdan hakim partiyanın qələbəsi Qərbin Gürcüstanda yürütdüyü siyasətə və regionda ayırıcı xətlər yaratmaq cəhdlərinə böyük zərbədir. Bu fikir gürcü politoloqları tərəfindən də etiraf edilir ki, bu gün Gürcüstan-Azərbaycan birliyi mövcuddur və tarix də göstərir ki, bu birlik olanda hər iki dövlət güclü olur. Onu da qeyd edək ki, Gürcüstanda 300 minə yaxın azərbaycanlı yaşayır. Soydaşlarımız yaşadıqları bölgələrdə seçkilərdə yüksək fəallıq nümayiş etdirərək hakim partiyanın qələbəsinə dəstək oldular. Bu dəstək özündə bütün məqamları açıqladı. Bu, gələcəkdə Azərbaycan və Gürcüstan arasındakı əlaqələrin daha da möhkəmlənməsində əsas faktorlardan biridir. Çünki Azərbaycan və Gürcüstan tarixən bir-biri ilə sıx bağlı olan ölkələrdir. Bu birlik regionda dayanıqlı iqtisadi inkişafı, sabitliyi şərtləndirir.
Vəzir Həsənov: Müstəqil siyasət həyata keçirən dövlətlər daim milli maraqları və xalqın iradəsini əsas götürürlər

Seçkilərin nəticələri başqa cür olsaydı, Qərbin dəstəklədiyi namizədlər vasitəsilə Gürcüstanda, bütövlükdə regionda yeni bir cəbhə açmaq, bölgəni xarici qüvvələrin təsiri altına almaq siyasəti həyata keçirilə bilərdi. Lakin bu planlar baş tutmadı. Gürcüstan xalqının iradəsinə əsaslanan seçkilər bir daha təsdiqlədi ki, qonşu ölkə öz milli maraqlarını qorumağa davam edir. Qərb seçkilərdə pozuntu və qüsur aşkar edə bilməyib. Hətta müşahidə aparan ATƏT də ciddi nöqsan tapmayıb. Amma bununla belə, Qərb dövlətləri Gürcüstana qarşı açıq şəkildə təhdid və təzyiqə başlayıblar. ABŞ Dövlət katibi Antoni Blinken və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel seçkilərdəki “pozuntuları araşdırmağa” çağırıblar. Böyük Britaniya XİN-i də “seçkilərdəki mümkün pozuntuları araşdırmağa” çağırıb. ABŞ Dövlət Departamentinin sözcüsü Metyu Miller isə daha da uzağa gedərək bildirir ki, Gürcüstan öz siyasi kursunu dəyişməsə, ölkəni ciddi nəticələr gözləyir. Fransanın Avropa məsələləri üzrə naziri Benjamin Haddad Gürcüstandakı seçki prosesində “seçicilərə qarşı təzyiq, hədə-qorxu və təhdidlər” olduğunu iddia edir. Kanada seçkilərin nəticələrinə görə Gürcüstan rəhbərliyi ilə münasibətlərinə yenidən baxmaq niyyətindədir. Heç bir fakt olmadığı halda, başda ABŞ olmaqla Qərb və Birləşmiş Ştatların proksiləri sayılan Estoniya, Litva, Latviya kimi ölkələr xalqın seçiminə kölgə salmaq üçün Gürcüstana qarşı faktiki olaraq hibrid müharibəyə başlayıblar. Əslində Qərb bununla növbəti dəfə özünü ifşa edir. Gürcüstanın daxili işlərinə müdaxilə cəhdləri bir daha təsdiqləyir ki, Qərb üçün demokratiya öz maraqlarını reallaşdırmaq üçün vasitədir.
Vəzir Həsənov: Müstəqil siyasət həyata keçirən dövlətlər daim milli maraqları və xalqın iradəsini əsas götürürlər


Bu gün Gürcüstan-Azərbaycan əməkdaşlığı yüksələn xətlə inkişaf edir. Daim regionda sülhün, təhlükəsizliyin, dayanıqlı inkişafın təmin edilməsində maraqlı olan Azərbaycan bunun üçün üzərinə düşən öhdəliyi yüksək səviyyədə yerinə yetirir. Azərbaycanın birmənalı dəstəyi, Gürcüstanda yaşayan azərbaycanlıların seçki prosesində nümayiş etdirdiyi yüksək fəallıq da bunun bariz nümunəsidir.

Azərbaycan, Gürcüstan və Türkiyənin birgə siyasi iradəsi əsasında reallığa çevrilən qlobal layihələr regional əməkdaşlığın möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələri, iqtisadi əhəmiyyətinə görə onlardan geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi bu üçlüyün daha da möhkəmlənməsində öz sözünü deyir. Azərbaycan istər Şimal-Cənub, istərsə də Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri ilə Asiyadan Avropaya daşınan yüklərin Gürcüstandan tranzit keçməsində maraqlıdır. Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu vasitəsilə Çindən və digər Cənub-Şərqi Asiya ölkələrindən Avropaya və əks istiqamətə nəql olunan yüklər Azərbaycandan keçərək Gürcüstanın Qara dənizdəki limanlarına çatdırılır. Azərbaycanın tranzit imkanları əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Bu imkanlar həm ölkəmizə iqtisadi, həm də siyasi dividendlər qazandırır. Ermənistan qeyri-konstruktiv siyasəti ilə bu layihələrdən kənarda qalır. Müstəqilliyi formaq xarakter daşıyan bir ölkənin bu və ya digər dövlətin əlində oyuncağa çevrilməsi qaçılmazdır.

Seçkilərdən sonra Gürcüstanda kütləvi aksiyaların keçirilməsi öncədən hazırlanan planın əsas tərkib hissələrindən biridir. Qərb tərəfindən maliyyələşən qeyri-hökumət təşkilatları, müxalif partiyalar bu gün açıq-aşkar ölkədə qarşıdurma yaratmağa, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirlər. Bu fikir beynəlxalq ekspertlər tərəfindən də etiraf edilir ki, Gürcüstan müxalifəti seçkilərin nəticələrini tanımadığını bəyan etsə də bunu əsaslandıra bilmir. Seçkilərin nəticələri bir daha aydın şəkildə göstərdi ki, Qərb region dövlətlərinin daxili işlərinə müdaxilə etməyə çalışsa da bunun mümkünsüzlüyünün şahidinə çevrildi. Siyasətində müstəqil olan dövlətlər daim milli maraqlarını, xalqın iradəsini öndə saxlayır. Azərbaycan və Gürcüstan müstəqil siyasətləri ilə bölgədə vəziyyətin gərginləşdirilməsinə yönələn addımların qarşısını hər zaman qətiyyətlə alır və şübhəsiz, bundan sonra da belə olacaqdır.

Oxunub: 10179
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

8-09-2023, 11:58

Vəzir Həsənov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

29-10-2024, 10:38

Gürcüstanda bəzi məntəqələrdə səslər yenidən hesablanacaq [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

5-09-2024, 09:39

Rusiya Abxaziya və Cənubi Osetiyanı Gürcüstana qaytarır? (ŞƏRH) [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

5-11-2023, 12:57

Vəzir Həsənov: “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Qarabağ Universitetində YENİLİK
Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
Su polisi vətəndaşın şikayətini araşdırır
“Adını daşıyan nəvənlə yanındayam, çox darıxırıq” - Milli Qəhrəmanın oğlu
IV Şuşa Qlobal Media Forumu başa çatıb
Milli Məclisin iclası başa çatdı - Deputatlar tətilə çıxdı
Hadisə
Dün, 14:08
Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
Dün, 14:02
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
11-07-2026, 11:30
Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu
11-07-2026, 09:23
Evin girişi başlarına uçdu, köməksiz vəziyyətdə qaldılar - VİDEO
10-07-2026, 11:30
Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti - Açıqlandı
10-07-2026, 11:26
“Bundan maşın çıxmaz, bilmirəm zərərimi necə ödəyəcəklər” - Video
Son xəbərlər
  • Dün, 16:00
    Tramp: Hücumlar Tehran Ağ Evin şərtlərini qəbul edənədək davam edəcək
  • Dün, 15:30
    Yaxın Şərqin yenidən alovlanmasının PƏRDƏARXASI DETALLARI
  • Dün, 14:12
    İran itkilərinin sayını açıqladı
  • Dün, 14:08
    Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
  • Dün, 14:02
    Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
  • Dün, 13:59
    Ukrayna Qara dənizdə rusların 20 gəmisini vurdu
  • Dün, 12:52
    Qarabağ Universitetində YENİLİK
  • Dün, 12:46
    Əli Əsədov Qətərin Bakıdakı səfirliyinə getdi, başsağlığı verdi
  • Dün, 11:26
    Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
  • Dün, 11:21
    İlham Əliyev Ərdoğana başsağlığı verdi
  • Dün, 10:40
    Su polisi vətəndaşın şikayətini araşdırır
  • Dün, 10:03
    Yamal Mbappeni kölgədə qoydu
  • Dün, 09:59
    ABŞ 23 il sonra bu ölkədən hərbçilərini tam çıxarır
  • Dün, 09:55
    Maraqla gözlənilən oyun - İspaniyanın rəqibi bəlli olur
  • Dün, 09:31
    ABŞ-dən İsrailə təzyiq: Tramp qoşunların geri çəkilməsini istəyib
  • Dün, 09:28
    Türkiyə XİN o hücumu pislədi
  • Dün, 09:24
    Azərbaycan XİN Türkiyəyə təbrik ünvanladı
  • Dün, 09:00
    DÇ-2026: Fransanı məğlub edən İspaniya ilk finalçı oldu
  • 14-07-2026, 16:00
    Ermənistanda pasportlarının Türkiyədə çapı iddiaları - QALMAQAL
  • 14-07-2026, 15:30
    Müharibənin sonunu gətirəcək "QIZIL AÇAR" - Putinin "Müqəddəs Simvolu" ÇÖKÜR
  • 14-07-2026, 15:09
    Prezidentin maşınında selfi çəkdi - Foto
  • 14-07-2026, 15:05
    Prezidentlər bir-birinə bunları hədiyyə etdi - Video
  • 14-07-2026, 14:22
    “Adını daşıyan nəvənlə yanındayam, çox darıxırıq” - Milli Qəhrəmanın oğlu
  • 14-07-2026, 13:29
    IV Şuşa Qlobal Media Forumu başa çatıb
  • 14-07-2026, 13:26
    Hikmət Hacıyev Şuşada D-8-in nümayəndə heyəti ilə görüşdü
  • 14-07-2026, 13:22
    Prezidentlər Şuşada güllələnmiş büstlərə baxıblar - FOTO
  • 14-07-2026, 13:14
    Milli Məclisin iclası başa çatdı - Deputatlar tətilə çıxdı
  • 14-07-2026, 12:34
    Elektron siqaretlərlə bağlı daha bir QADAĞA
  • 14-07-2026, 12:31
    Azərbaycanda tələbələrlə bağlı YENİ QANUN
  • 14-07-2026, 12:28
    Dövlət mülkiyyətində olan əmlaklarla bağlı YENİLİK
  • 14-07-2026, 12:25
    Valyutanın xaricdən qaytarılmamasına görə cərimə dəyişir
  • 14-07-2026, 12:22
    Balıqçılıq məhsullarının yeni satış qaydalar
  • 14-07-2026, 10:50
    Şuşada Azərbaycan və Slovakiya prezidentlərinin təkbətək görüşü olub
  • 14-07-2026, 10:44
    Slovakiya Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi oldu
  • 14-07-2026, 09:59
    Hikmət Hacıyev: Münaqişələr həm də informasiya məkanında aparılır
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə