• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Məğrur xalqın qürur günü [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

27-09-2024, 11:13

Məğrur xalqın qürur günü


Stomatoloq Dr. Vidadi müəllim - 2020-ci ilin 27 sentyabrı böyük Zəfərə gedən yolun başlanğıc nöqtəsi kimi tarixə yazıldı. Həmin gündən Vətən savaşının qələbə dolu əks-sədası eşidildi. Böyük qələbəmizə doğru ilk addımın atıldığı gün xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Qəhrəmanlıqları ilə dastana çevrilmiş Azərbaycan övladlarının Vətən savaşındakı şücaəti, əzmkarlığı nəsillərə örnək olacaq. Şəhidlərimizin əziz xatirəsi hər zaman anılacaq, onların igidlik hekayələri dillərdə dolaşacaq.

Xalqımız sentyabrın 27-də Ermənistan silahlılarının növbəti təxribatına cavab olaraq ordumuza hücum əmri verən və bununla regionda yeni bir reallıq yaradan Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, əsgər və zabitlərimizlə birgə Vətənə bəxş etdiyi tarixi Qələbə ilə daim qürur duyacaq. Çünki son bir neçə əsrlik tariximizdə buna bənzər Zəfər olmayıb!

Prezident İlham Əliyev iki əsr ərzində yeganə ağır problemimiz olan Qarabağ münaqişəsini həll edə bildi. Yoluna qoyulması mümkün olmayan, hər dəfə yenidən alovlananda minlərlə insanın, ailənin faciəsi ilə nəticələnən, regionun bu günü və gələcəyi üçün ən böyük təhdid kimi qalan bu münaqişəni "dəmir yumruğ"un zərbəsi ilə cəmi 44 gündə həll etdi.

27 Sentyabr ölkəmizdə Anım günüdür! Bu, qürurun, fəxarətin iztirablara üstün gəldiyi, xalqımızın keçmişinə boylanaraq öz böyüklüyünü bütün əzəməti ilə dərk etdiyi gündür.

Xalqımızın and yerinə çevrilən doğma torpaqlarımızın 30 il ərzində düşmən əsarətində qalması illərdən bəri qəlbimizdə dərin izlər yaratmışdı. Öz Liderinin ətrafında sıx birləşən xalqımız bu həsrətə 27 sentyabr 2020-ci il tarixdə son qoydu. Bu əlamətdar gün xalqımızın çoxdan gözlədiyi Zəfər yolunun başlanğıcı kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Dövlət başçımız, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsi ordumuzun qüdrətini, döyüş ruhunu, eləcə də xalqımızın sarsılmaz birliyini, doğma yurdu, torpağı uğrunda mübarizə əzmini bütün dünyaya nümayiş etdirdi.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olundu. Əminliklə deyə bilərik ki, Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabahımız üçün möhkəm bünövrədir. Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə xalqımızın əzmini, birliyini daha da artırdı. Artıq bayrağımızın şövqlə dalğalandığı ölkəmizin nadir incisi, mədəniyyət beşiyi olan Şuşada bu gün silsilə tədbirlər keçirilir.

Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Bu gün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları müqəddəs Vətənimiz uğrunda canından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır. Məscidlərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunur. İnsanlar Anım Gününü həm də zəfər və iftixar günü kimi qeyd edirlər.

44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər edirdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi.

Azərbaycan Prezidenti 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin gedişində xalqa ilk müraciətində bütün cəmiyyəti qəti qələbəyə köklədi: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Oxunub: 10153
Paylaş:
Digər xəbərlər

---

22-09-2024, 23:19

Cümşüd Musayev: Effektiv siyasət, xalqın dəstəyi... [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

24-09-2024, 10:30

Vüqar Səlimov: Zəfər yolunun başlanğıcı... [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

16-12-2023, 11:29

Xəlil Göyüşov: Böyük Qələbənin təntənəsi [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

23-09-2024, 12:05

Taleh müəllim: Azərbaycanın Zəfər yürüşü [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

25-09-2024, 10:24

Rəfayıl Babayev: Ordun varsa, yurdun var! [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
KOLBASA həvəskarları oxusun! – QİDA mütəxəssisindən SOS
Deputatdan AÇIQLAMA - "Azərbaycanda pullu insanlara qarşı çox böyük qısqanclıq, paxıllıq var"
Qarabağ Universitetində YENİLİK
Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
Su polisi vətəndaşın şikayətini araşdırır
“Adını daşıyan nəvənlə yanındayam, çox darıxırıq” - Milli Qəhrəmanın oğlu
Hadisə
Dün, 13:05
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Dün, 10:09
Bakıda hoteldə yanğın - Qonaqlar təxliyə edildi - VİDEO
Dün, 09:56
Dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salındı
15-07-2026, 14:08
Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
15-07-2026, 14:02
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
11-07-2026, 11:30
Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu
Son xəbərlər
  • Dün, 16:00
    KOLBASA həvəskarları oxusun! – QİDA mütəxəssisindən SOS
  • Dün, 15:30
    Məşhur şəhərdə su tükənir: Yeni qadağalar qüvvəyə mindi
  • Dün, 14:22
    Qaqauziya Türkiyədən dəstək istədi
  • Dün, 13:47
    Kiyevdə tarixi RAZILAŞMA: Türkiyə Ukrayna üçün o kritik missiyanı öz üzərinə götürdü
  • Dün, 13:31
    Deputatdan AÇIQLAMA - "Azərbaycanda pullu insanlara qarşı çox böyük qısqanclıq, paxıllıq var"
  • Dün, 13:05
    "Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
  • Dün, 13:02
    İrəvan Zəngəzur dəhlizi ilə bağlı sazişi təsdiqlədi
  • Dün, 12:57
    Donald Tramp İlham Əliyevin Şuşa Forumundakı çıxışı ilə bağlı paylaşım etdi - FOTO
  • Dün, 12:51
    Fələstinin Baş naziri Bakıda Zəfər parkını ziyarət etdi
  • Dün, 12:24
    Azərbaycanda 37 fələstinli tələbə təhsil alır
  • Dün, 12:20
    İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi
  • Dün, 12:14
    İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul edib - FOTO
  • Dün, 10:18
    Neft bazarında SON DURUM – Qiymətlər belə dəyişdi
  • Dün, 10:09
    Bakıda hoteldə yanğın - Qonaqlar təxliyə edildi - VİDEO
  • Dün, 10:00
    Şükürbəyli kəndinə 52 nəfərdən ibarət köç karvanı yola salındı
  • Dün, 09:56
    Dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salındı
  • Dün, 09:53
    Avropa Liqası: "Qarabağ"ı İslandiyada çətin oyun gözləyir
  • Dün, 09:45
    NBC News: İranla müharibə ABŞ-yə 100 milyard dollara başa gələ bilər
  • Dün, 09:42
    Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşdü
  • Dün, 09:00
    DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək növbəti finalçı olub
  • 15-07-2026, 16:00
    Tramp: Hücumlar Tehran Ağ Evin şərtlərini qəbul edənədək davam edəcək
  • 15-07-2026, 15:30
    Yaxın Şərqin yenidən alovlanmasının PƏRDƏARXASI DETALLARI
  • 15-07-2026, 14:12
    İran itkilərinin sayını açıqladı
  • 15-07-2026, 14:08
    Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
  • 15-07-2026, 14:02
    Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
  • 15-07-2026, 13:59
    Ukrayna Qara dənizdə rusların 20 gəmisini vurdu
  • 15-07-2026, 12:52
    Qarabağ Universitetində YENİLİK
  • 15-07-2026, 12:46
    Əli Əsədov Qətərin Bakıdakı səfirliyinə getdi, başsağlığı verdi
  • 15-07-2026, 11:26
    Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
  • 15-07-2026, 11:21
    İlham Əliyev Ərdoğana başsağlığı verdi
  • 15-07-2026, 10:40
    Su polisi vətəndaşın şikayətini araşdırır
  • 15-07-2026, 10:03
    Yamal Mbappeni kölgədə qoydu
  • 15-07-2026, 09:59
    ABŞ 23 il sonra bu ölkədən hərbçilərini tam çıxarır
  • 15-07-2026, 09:55
    Maraqla gözlənilən oyun - İspaniyanın rəqibi bəlli olur
  • 15-07-2026, 09:31
    ABŞ-dən İsrailə təzyiq: Tramp qoşunların geri çəkilməsini istəyib
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə