• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Elmin Zamanov: Qəhrəmanlıq salnaməsi [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

18-09-2024, 12:07

Elmin Zamanov: Qəhrəmanlıq salnaməsi


Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Elmin Zamanov - Bir il öncə Azərbaycan tarixinə qızıl hərflərlə yazılan daha bir Zəfər günü yaşandı. 2023-cü ilin sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vuruldu. Düşmən qüdrətli ordumuzun qarşısında 23 saat 43 dəqiqəyə diz çökdürüldü. Ağır itkilər verən işğalçılar ağ bayraq qaldıraraq təslim oldular. Antiterror əməliyyatları zamanı hərbi qulluqçularımız böyük igidlik və qəhrəmanlıq göstərdilər. Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinin silahı yerə qoymaları, döyüş mövqelərindən və hərbi postlardan çıxaraq tam şəkildə tərk-silah olunmaları milli dövlətçilik tariximizdə yeni qəhrəmanlıq salnaməsidir.

Bu tarixi günlərə qısaca nəzər salaq. Baş nazir Nikol Paşinyanın o zaman Xankəndidə yuva salmış separatçıların lideri Samvel Şahramanyanı yenidən rəhbər seçilməsi münasibətilə təbrik etməsi artıq bütün əndazələrin keçilməsi idi. Ardınca da sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz erməni silahlı birləşmələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Nəticədə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu.

Bütün bu baş verənlər sözün əsl mənasında Azərbaycanın səbrini tükətdi. Həm BMT-nin qətnamələrinə, həm də üçtərəfli Bəyanatın müvafiq bəndinə uyğun olaraq Azərbaycan Ordusu təhlükəsizliyini təmin etmək üçün lokal antiterror tədbiri həyata keçirməyə məcbur oldu. Qondarma rejimin Ermənistan tərəfindən silahlandırması, Qarabağ ərazisində terror aktları törədilməsi, azərbaycanlı mülki şəxslərə və polis əməkdaşlarına qarşı hücumlar bu əməliyyatı qaçılmaz etdi.

Antiterror tədbirləri zamanı hərbi mövqelər qəsdən yaşayış məskənləri arasında, iaşə obyektlərinin yaxınlığında yerləşdirilmişdi ki, hər hansı hərbi əməliyyat çərçivəsində mülki əhalidən sipər kimi istifadə edilsin. Habelə siyasi situasiya da kifayət qədər mürəkkəb idi və aralarında BMT Təhlükəsizlik Şurasının daimi üzvləri də olmaqla separatçılara açıq formada dəstək verilirdi. Belə mürəkkəb hərbi-geosiyasi şəraitdə çox qısa zamanda düşmənin diz çökdürülməsi dünya hərb tarixinin qızıl səhifələrindən biridir. Lokal xarakterli antiterror tədbirləri Azərbaycan tarixi üçün misilsiz səhifədir, bu, birmənalı belədir.

Digər bir tərəfdən xalqımızın həmrəyliyini və döyüş ruhunu, ordumuzun peşəkarlığını xüsusi qeyd etmək çox vacibdir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalq və ordu erməni separatizminin məhv edilməsi üçün böyük vəhdət nümayiş etdirdilər. Bu tarixi qələbədən sonra Azərbaycan Prezidenti ardıcıl və məntiqli addımlar atdı. O, Azərbaycan xalqına müraciətində yeni geosiyasi situasiyada sonrakı tendensiyaların yol xəritəsini ortaya qoydu.

Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi abadlıq-yenidənqurma işləri ilə yeni bir nümunə yaradıb. Prezident İlham Əliyevin çox vacib istiqamətlərdən biri kimi diqqətə çatdırdığı məqam bölgəyə yad ünsürlərin müdaxiləsi və bunun birgə yaşayış, bölgədə dayanıqlı sülh və sabitlik üçün təhdid yaratması ilə bağlıdır. Bu fikirlər Fransa başda olmaqla Avropa İttifaqının separatizmi dəstəkləyən liderlərinin Ermənistanın revanşist hərəkətləri üçün silah-sursat və milyonlarla dollar vəsait ayrıması fonunda olduqca daha aktual səslənir.

Azərbaycan bölgə dövlətləri ilə sülh və əmin-amanlıq şəraitində yaşamaq, tərəqqiyə, inkişafa nail olmaq niyyətindədir. Hər vəchlə Ermənistanı yeni qanlı toqquşmalara sürükləyənlər sülh sazişinin imzalanmasına mane olurlar. Lakin unutduqları bir fakt daha var, “Dəmir yumruq” yerindədir!

Oxunub: 10165
Paylaş:
Digər xəbərlər

Siyasət

20-09-2023, 13:35

Ermənilər ağ bayraq qaldırdı və təslim oldu [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

20-09-2023, 13:44

Müdafiə Nazirliyindən son dəqiqə AÇIQLAMASI: Razılıq əldə olunub [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

18-09-2024, 11:02

Kürdoğlu Muradov: Zəfərdən Zəfərə [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

18-09-2024, 10:21

İlqar Məhərrəmov: Ordumuzun Zəfər yürüşü [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

18-09-2024, 10:59

Fikrət müəllim: Cəmi 23 saat 43 dəqiqə... [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Qarabağ Universitetində YENİLİK
Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
Su polisi vətəndaşın şikayətini araşdırır
“Adını daşıyan nəvənlə yanındayam, çox darıxırıq” - Milli Qəhrəmanın oğlu
IV Şuşa Qlobal Media Forumu başa çatıb
Milli Məclisin iclası başa çatdı - Deputatlar tətilə çıxdı
Hadisə
Dün, 14:08
Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
Dün, 14:02
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
11-07-2026, 11:30
Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu
11-07-2026, 09:23
Evin girişi başlarına uçdu, köməksiz vəziyyətdə qaldılar - VİDEO
10-07-2026, 11:30
Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti - Açıqlandı
10-07-2026, 11:26
“Bundan maşın çıxmaz, bilmirəm zərərimi necə ödəyəcəklər” - Video
Son xəbərlər
  • Dün, 16:00
    Tramp: Hücumlar Tehran Ağ Evin şərtlərini qəbul edənədək davam edəcək
  • Dün, 15:30
    Yaxın Şərqin yenidən alovlanmasının PƏRDƏARXASI DETALLARI
  • Dün, 14:12
    İran itkilərinin sayını açıqladı
  • Dün, 14:08
    Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
  • Dün, 14:02
    Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
  • Dün, 13:59
    Ukrayna Qara dənizdə rusların 20 gəmisini vurdu
  • Dün, 12:52
    Qarabağ Universitetində YENİLİK
  • Dün, 12:46
    Əli Əsədov Qətərin Bakıdakı səfirliyinə getdi, başsağlığı verdi
  • Dün, 11:26
    Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
  • Dün, 11:21
    İlham Əliyev Ərdoğana başsağlığı verdi
  • Dün, 10:40
    Su polisi vətəndaşın şikayətini araşdırır
  • Dün, 10:03
    Yamal Mbappeni kölgədə qoydu
  • Dün, 09:59
    ABŞ 23 il sonra bu ölkədən hərbçilərini tam çıxarır
  • Dün, 09:55
    Maraqla gözlənilən oyun - İspaniyanın rəqibi bəlli olur
  • Dün, 09:31
    ABŞ-dən İsrailə təzyiq: Tramp qoşunların geri çəkilməsini istəyib
  • Dün, 09:28
    Türkiyə XİN o hücumu pislədi
  • Dün, 09:24
    Azərbaycan XİN Türkiyəyə təbrik ünvanladı
  • Dün, 09:00
    DÇ-2026: Fransanı məğlub edən İspaniya ilk finalçı oldu
  • 14-07-2026, 16:00
    Ermənistanda pasportlarının Türkiyədə çapı iddiaları - QALMAQAL
  • 14-07-2026, 15:30
    Müharibənin sonunu gətirəcək "QIZIL AÇAR" - Putinin "Müqəddəs Simvolu" ÇÖKÜR
  • 14-07-2026, 15:09
    Prezidentin maşınında selfi çəkdi - Foto
  • 14-07-2026, 15:05
    Prezidentlər bir-birinə bunları hədiyyə etdi - Video
  • 14-07-2026, 14:22
    “Adını daşıyan nəvənlə yanındayam, çox darıxırıq” - Milli Qəhrəmanın oğlu
  • 14-07-2026, 13:29
    IV Şuşa Qlobal Media Forumu başa çatıb
  • 14-07-2026, 13:26
    Hikmət Hacıyev Şuşada D-8-in nümayəndə heyəti ilə görüşdü
  • 14-07-2026, 13:22
    Prezidentlər Şuşada güllələnmiş büstlərə baxıblar - FOTO
  • 14-07-2026, 13:14
    Milli Məclisin iclası başa çatdı - Deputatlar tətilə çıxdı
  • 14-07-2026, 12:34
    Elektron siqaretlərlə bağlı daha bir QADAĞA
  • 14-07-2026, 12:31
    Azərbaycanda tələbələrlə bağlı YENİ QANUN
  • 14-07-2026, 12:28
    Dövlət mülkiyyətində olan əmlaklarla bağlı YENİLİK
  • 14-07-2026, 12:25
    Valyutanın xaricdən qaytarılmamasına görə cərimə dəyişir
  • 14-07-2026, 12:22
    Balıqçılıq məhsullarının yeni satış qaydalar
  • 14-07-2026, 10:50
    Şuşada Azərbaycan və Slovakiya prezidentlərinin təkbətək görüşü olub
  • 14-07-2026, 10:44
    Slovakiya Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi oldu
  • 14-07-2026, 09:59
    Hikmət Hacıyev: Münaqişələr həm də informasiya məkanında aparılır
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə