• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Fuad Hacıyev: Hədəf və məqsədlər bəllidir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

10-09-2024, 13:48

Fuad Hacıyev: Hədəf və məqsədlər bəllidir


AZƏRBAYCAN İDMAN AKADEMİYASINA YENİ QƏBUL OLUNAN TƏLƏBƏLƏRLƏ TANIŞLIQ ƏSASLI GÖRÜŞLƏRƏ BAŞLAYIB
28 avqust tarixindən etibarən ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul olunan tələbələr üçün qeydiyyat prosesi çərçivəsində Azərbaycan İdman Akademiyasına yeni qəbul olunmuş tələbələrlə tanışlıq əsaslı görüşlər keçirilir. Tələbə və könüllülərlə iş şöbəsi, Tələbə Gənclər Təşkilatı və Karyera Mərkəzi tərəfindən təşkil olunan “Tələbələrlə tanışlıq əsaslı görüşlər” də yeni tələbələr Akademiyanın əsas tədris binası, stadionu, idman zalları, Multimedia Mərkəzi, Elmi-tədris laboratoriyası və digər əhəmiyyətli yerləri ziyarət edir, Akademiyanın tarixi, uğurları, tədris prosesi və tələbə həyatı haqqında ətraflı məlumat əldə edirlər.

Qeyd edək ki, sentyabrın 6-dək davam edəcək görüşlərdə Azərbaycan İdman Akademiyasına yeni qəbul olunmuş tələbələr, Akademiyanın tədris mühiti ilə daha yaxından tanış olaraq, burada keçirəcəkləri təhsil həyatına daha məlumatlı şəkildə başlamaq imkanı əldə edəcəklər.

Fuad Hacıyev: Hədəf və məqsədlər bəllidir
Fuad Hacıyev: Hədəf və məqsədlər bəllidir
Fuad Hacıyev: Hədəf və məqsədlər bəllidir
Fuad Hacıyev: Hədəf və məqsədlər bəllidir
Fuad Hacıyev: Hədəf və məqsədlər bəllidir
Fuad Hacıyev: Hədəf və məqsədlər bəllidir
Fuad Hacıyev: Hədəf və məqsədlər bəllidir
Fuad Hacıyev: Hədəf və məqsədlər bəllidir
Fuad Hacıyev: Hədəf və məqsədlər bəllidir


AZƏRBAYCAN İDMAN AKADEMİYASINDA “DAYANIQLI GƏLƏCƏK ÜÇÜN GƏNCLƏRİN İŞTİRAKI: İQLİM, İDMAN VƏ İNNOVASİYA” FORUMU UĞURLA BAŞA ÇATDI
Azərbaycan İdman Akademiyasında “Dayanıqlı gələcək üçün gənclərin iştirakı: İqlim, İdman və İnnovasiya” Forumu öz işinə uğurla yekun vurub.

Forum, məktəbliləri və gəncləri iqlim dəyişikliyi və dayanıqlılıq təşəbbüslərində fəal iştiraka cəlb etmək, idmanın bu prosesdəki rolunu vurğulamaq, iqlim dəyişikliyini həll etmək üçün innovativ həlləri və ideyaları təşviq etmək və iştirakçılar arasında şəbəkələşmə imkanları yaratmaq məqsədilə təşkil olunub.

İki gün davam edən tədbirdə iştirakçılar iqlim dəyişikliyi, idman və innovasiya mövzularında müxtəlif sessiyalar və qrup müzakirələrinə qatılıblar. Forum çərçivəsində gənclərin iqlim hərəkatındakı rolu, iqlim dəyişikliyinə qarşı innovativ yanaşmalar, təhsilin bu məsələdəki əhəmiyyəti və sağlam həyat tərzinin təbliği kimi mövzular müzakirə edilib.

Forumda irəli sürülən təkliflər bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 Konfransının məqsəd və mövzularına uyğunlaşdırılaraq, iştirakçılara iqlim dəyişikliyi ilə bağlı qlobal səyləri daha yaxşı anlamaq, lazımi bilik və bacarıqları qazanmaq imkanı yaradıb.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub və vurğulanıb ki, Azərbaycan İdman Akademiyasında gələcəkdə də iqlim, idman, sağlam həyat tərzi və dayanıqlılıq mövzularında gənclərin aktiv iştirakı ilə bağlı bu cür tədbirlərin keçirilməsi davam etdiriləcək.

Fuad Hacıyev: Hədəf və məqsədlər bəllidir
Fuad Hacıyev: Hədəf və məqsədlər bəllidir
Fuad Hacıyev: Hədəf və məqsədlər bəllidir
Fuad Hacıyev: Hədəf və məqsədlər bəllidir
Fuad Hacıyev: Hədəf və məqsədlər bəllidir
Fuad Hacıyev: Hədəf və məqsədlər bəllidir
Fuad Hacıyev: Hədəf və məqsədlər bəllidir
Fuad Hacıyev: Hədəf və məqsədlər bəllidir


Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev - Bu gün qalib, bütövləşən, yeni dövrə qədəm qoyaraq yeni hədəflərə doğru inamla addımlayan Azərbaycanın yaratdığı reallıqlardan bəhs edirik. Azərbaycanın bu gününü müstəqilliyinin bərpasının ilk illəri ilə müqayisə etdikdə hazırkı inkişaf səviyyəsinə necə gəlib çıxdığını görməklə yanaşı, həmin reallıqları indiki və gələcək nəsillərə çatdırmaq əsas çağırış kimi qarşımızdadır. Ümumilikdə dahi şəxsiyyət Heydər Əliyev daim Vətən, torpaq, xalq sevgisi ilə Azərbaycanın bu günü və gələcəyi üçün mühüm addımlar atmış, möhkəm təməl yaratmışdır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövrü Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir.

Ümummilli Liderin siyasi fəaliyyətinin Naxçıvan dövrü də mühüm addımlarla zəngindir. Görkəmli dövlət xadiminin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin sədri seçilməsi Azərbaycanın müstəqillik yolunun əsasını qoyub. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin sədri seçilən Ulu Öndər Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu. Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin parlaq səhifələrini təşkil edir. Görkəmli dövlət xadiminin qədim diyardan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi böyük təcrübəyə malik olan qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsinə yol açıb. Naxçıvan Muxtar Respublikasının xilası və dirçəlişi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu Öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Yeni ictimai-siyasi münasibətlərin formalaşdırılması dövründə dövlətçilik ənənələrinin qorunması məsələsi də bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır.
Fuad Hacıyev: Hədəf və məqsədlər bəllidir


1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev zəngin idarəçilik təcrübəsi, liderlik bacarığı əsasında Azərbaycanın müstəqilliyini daimi və əbədi etdi. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır. Bugünkü Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş Azərbaycandır. Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir.

Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir.
Fuad Hacıyev: Hədəf və məqsədlər bəllidir

Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə 2003-cü ildən etibarən Azərbaycanın inkişafında yeni mərhələnin bünövrəsi qoyuldu. Ölkəmiz ötən 20 ildən artıq dövrdə uğurlu inkişaf yolu keçib, beynəlxalq miqyasda mövqelərimiz daha da möhkəmlənib. 2020-ci ildə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarımızı azad etdi. Bu Qələbə tariximizə qızıl hərflərlə yazıldı. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli Liderin məcburi köçkünlərlə görüşlərinin birində böyük inamla söylədiyi bu fikirlər artıq reallıqdır: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik.”

Ötən il Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə Azərbaycan Bayrağı ucaldıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxtdir. Bu gün işğaldan azad olunmuş bütün torpaqlarımızda üçrəngli Bayrağımız qürurla dalğalanır, bərpa-quruculuq işləri həyata keçirilir, soydaşlarımız dogma yurd-yuvalarına qayıdır. Heydər Əliyev siyasəti Azərbaycanı daim Zəfərlərə aparır.
Fuad Hacıyev: Hədəf və məqsədlər bəllidir

Oxunub: 10180
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

12-07-2024, 12:12

Yeni tədris ilində tələbələrə nəqliyyatda güzəştlər olacaq - RƏSMİ [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

9-08-2023, 09:55

Məktəbəhazırlıq qruplarına qəbul başlayır: Yenilik var [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

9-08-2023, 12:12

Məktəbəhazırlıq qruplarına qəbul başlayır: Yenilik var [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

11-09-2023, 13:33

Bu gün tədris etdiyimiz məzmun köhnədir - Elm və təhsil naziri [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

1-08-2024, 12:59

Qərar verildi: şagirdlər tətilə buraxılacaq, tələbələr distant təhsil alacaq [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Nazirlikdən 20 min şəxsin pensiyası ilə bağlı VACİB QƏRAR
Mənzil alanların ən çox rastlaşdığı saxtakarlıq - Ali Məhkəmə aydınlıq gətirdi
Azərbaycanda nə qədər xarici ölkə vətəndaşı yaşayır?
AQTA rəsmisindən arıqlama məhsulları ilə bağlı HƏYƏCAN TƏBİLİ
Quzu əti niyə fərqli qiymətlərə satılır?
KOLBASA həvəskarları oxusun! – QİDA mütəxəssisindən SOS
Hadisə
Bugün, 12:10
Paytaxt ərazisində oğurluq edən şəxslər saxlanıldı
Dün, 13:05
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Dün, 10:09
Bakıda hoteldə yanğın - Qonaqlar təxliyə edildi - VİDEO
Dün, 09:56
Dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salındı
15-07-2026, 14:08
Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
15-07-2026, 14:02
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
Son xəbərlər
  • Bugün, 13:11
    Dünya çempionatının final matçı təxirə salına bilər
  • Bugün, 12:37
    Azərbaycan Prezidenti İrlandiyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
  • Bugün, 12:32
    Dövlət başçısı Kamboca səfirinin etimadnaməsini qəbul etdi
  • Bugün, 12:28
    Azərbaycan Prezidenti Oman səfirinin etimadnaməsini qəbul etdi
  • Bugün, 12:21
    Baş nazir əhali ilə bağlı vacib qərar imzaladı
  • Bugün, 12:18
    İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul etdi
  • Bugün, 12:10
    Paytaxt ərazisində oğurluq edən şəxslər saxlanıldı
  • Bugün, 11:14
    Nazirlikdən 20 min şəxsin pensiyası ilə bağlı VACİB QƏRAR
  • Bugün, 11:11
    Mənzil alanların ən çox rastlaşdığı saxtakarlıq - Ali Məhkəmə aydınlıq gətirdi
  • Bugün, 11:07
    Azərbaycanda nə qədər xarici ölkə vətəndaşı yaşayır?
  • Bugün, 11:00
    AQTA rəsmisindən arıqlama məhsulları ilə bağlı HƏYƏCAN TƏBİLİ
  • Bugün, 10:57
    Slovakiya Prezidenti: "İlham Əliyevin təklifi ilə dərhal razılaşdım"
  • Bugün, 10:45
    Məşhur aparıcı saxlanıldı
  • Bugün, 09:57
    Mehriban Əliyeva məşhur jurnalistin müalicəsinə dəstək oldu
  • Bugün, 09:52
    ŞOK SORĞU: Dünya artıq Çinə ABŞ-dan daha çox rəğbət bəsləyir
  • Bugün, 09:44
    Quzu əti niyə fərqli qiymətlərə satılır?
  • Bugün, 09:35
    Bank sektoru rekord qırdı: Kredit faizləri enəcək?
  • Bugün, 09:22
    Tramp DÇ-2026-nın finalına qatılacaq
  • Bugün, 09:19
    İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı
  • Bugün, 09:00
    Ermənistandan etiraf: Azərbaycana satmağa...
  • Dün, 16:00
    KOLBASA həvəskarları oxusun! – QİDA mütəxəssisindən SOS
  • Dün, 15:30
    Məşhur şəhərdə su tükənir: Yeni qadağalar qüvvəyə mindi
  • Dün, 14:22
    Qaqauziya Türkiyədən dəstək istədi
  • Dün, 13:47
    Kiyevdə tarixi RAZILAŞMA: Türkiyə Ukrayna üçün o kritik missiyanı öz üzərinə götürdü
  • Dün, 13:31
    Deputatdan AÇIQLAMA - "Azərbaycanda pullu insanlara qarşı çox böyük qısqanclıq, paxıllıq var"
  • Dün, 13:05
    "Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
  • Dün, 13:02
    İrəvan Zəngəzur dəhlizi ilə bağlı sazişi təsdiqlədi
  • Dün, 12:57
    Donald Tramp İlham Əliyevin Şuşa Forumundakı çıxışı ilə bağlı paylaşım etdi - FOTO
  • Dün, 12:51
    Fələstinin Baş naziri Bakıda Zəfər parkını ziyarət etdi
  • Dün, 12:24
    Azərbaycanda 37 fələstinli tələbə təhsil alır
  • Dün, 12:20
    İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi
  • Dün, 12:14
    İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul edib - FOTO
  • Dün, 10:18
    Neft bazarında SON DURUM – Qiymətlər belə dəyişdi
  • Dün, 10:09
    Bakıda hoteldə yanğın - Qonaqlar təxliyə edildi - VİDEO
  • Dün, 10:00
    Şükürbəyli kəndinə 52 nəfərdən ibarət köç karvanı yola salındı
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə