• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Eltun Süleymanov: “Milli ordu quruculuğu strategiyasının əsasını ümummilli lider Heydər Əliyev qoymuşdur” [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

21-06-2023, 15:09

Eltun Süleymanov: “Milli ordu quruculuğu strategiyasının əsasını ümummilli lider Heydər Əliyev qoymuşdur”


Milli Ordumuzun yaradılması hələ Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir. O vaxtlar Rusiya imperiyasının müsəlman xalqlarına həqarətli münasibəti, onların orduda xidmətdən “azad” edilməsi bu xalqların hərbi işləri yadırğamasına gətirib çıxarmışdı. 1917-1918-ci illərdə erməni təcavüzünün güclənməsi Azərbaycan türklərini fiziki cəhətdən məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Yaranmış vəziyyət təcili olaraq ordu quruculuğuna başlamağı tələb edirdi. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı. Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə ordu quruculuğunun əsası qoyulsa da, Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanmış oldu.
Müasir Azərbaycan dövlətinin quruluş və inkişaf dövrü heç şübhəsiz, xalqımızın Ümummilli Lideri, görkəmli sərkərdə Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini vermiş, təkcə bu gün üçün deyil, qarşıdakı onilliklər, yüzilliklər üçün dövlətimizin inkişaf strategiyasını müəyyən etmişdir. Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişindən sonra bu sahədə əsaslı dönüş yaradılmış, ölkəmizdə milli hərbi kadrların hazırlanması prosesinə başlanılmışdır. Məhz Ümummilli Liderin cəsarətli addımları sayəsində 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb fəaliyyətə başlamışdır. Bu məktəbin yaradılması o zaman çox böyük cəsarət tələb edirdi.
Sonralar Ulu Öndər deyirdi: "Biz Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ilk bünövrə daşlarını qoyanda o bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə, Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanın milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığına qovuşacaq, öz dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaq. Yarandı da. Məhz bugünkü müstəqilliyimizə görə mən bu məktəbi yaratdım, yaşatdım, böyütdüm. Bilirsiniz, sizə səmimi deyirəm, C.Naxçıvanski adına lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona bax, bu cür baxacağam".

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz qeyd edib ki, “1993-cü ilin yayında ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində də mühüm addımlar atıldı, 1994-cü il mayın 12-də atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycanda ordu quruculuğu daha da sürətləndi, həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı.
Ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başlandı. Qısa müddətdə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və döyüş ruhu yüksəldildi. Silahlı Qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı. 2001-ci il iyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 83-cü ildönümünə həsr edilmiş təntənəli mərasimdə nitq söyləyən Ümummilli Lider demişdir: “Ordu yaratmaq, qurmaq asan bir iş deyildir. Əgər nəzərə alsaq ki, sovet hakimiyyəti dövründə bizdə bunun əsası olmayıbdır, bu, asan iş deyildir. Ona görə də ordunun, Silahlı Qüvvələrin yaranmasına, ordu quruculuğuna dövlətin, bütün hakimiyyət orqanlarının xüsusi qayğısı olmalıdır. Azərbaycan Prezidenti, Ali Baş Komandan bu qayğını göstərir və bundan sonra da göstərəcəkdir. Ancaq bu təkcə məndən asılı deyildir. Hər bir hakimiyyət orqanının kiçik, ya böyük hissəsi, hər bir vətəndaş gərək hər bir sahədə ordu quruculuğuna öz töhfəsini, öz payını versin. Çünki ordu xalqındır. Ordu, Silahlı Qüvvələr xalqın təhlükəsizliyini və müstəqil dövlətin suverenliyini qorumaq üçün lazımdır”.

Eltun Süleymanov bildirib ki, “Artıq bu gün regionun ən qüdrətli ordusu olan Azərbaycan Silahlı Qüvvələri dövlət sərhədlərimizi qorumaqla yanaşı, bir sıra ölkələrdə həyata keçirilən sülhməramlı əməliyyatlarda iştirak edir və böyük müvəffəqiyyətlər qazanırlar. Bunun ən böyük səbəbi ulu öndər, əbədiyaşar sərkərdə Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu strategiyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycanın dövlət büdcəsində müdafiə xərcləri üçün nəzərdə tutulan vəsait artıq bir neçə ildir ki, ardıcıl olaraq Ermənistanın ümumi büdcəsini ötüb keçmişdir. Bununla yanaşı, Azərbaycan Prezidentinin Fərmanı ilə yaradılan Müdafiə Sənayesi Nazirliyində 400 addan çox müdafiə təyinatlı məmulatın istehsalının həyata keçirilməsi ölkəmizin hərbi qüdrətinin artmasının mühüm göstəricilərindən biridir. Bu, Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkan yaratmışdır.
Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev ordu quruculuğu istiqamətində onun işini yüksək səviyyədə davam etdirdi. Bir tərəfdən münaqişənin sülh yolu ilə həlli istiqamətində işlər aparılsa da, digər tərəfdən ordu quruculuğunda böyük işlər görülür, genişmiqyaslı islahatlar həyata keçirilirdi. İstər Azərbaycanda, istərsə də Türkiyədə, İranda, Rusiyada, Qazaxıstanda keçirilən müxtəlif beynəlxalq tədbirlərdə iştirak edən hərbçilərimiz lazımi təcrübə qazanırdılar. Bütün bunların nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasına çıxdı və 44 günlük Vətən müharibəsində öz qüdrətini dünyaya göstərdi. Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən islahatlar silahlı qüvvələrin nizami ordu kimi formalaşdırılması prosesini hərbi-elmi baxımdan yüksək səviyyədə tamamladı. Bu prosesdə ictimaiyyətin də iştirakı təmin edildi. Ordu sıralarına minlərlə gənc daxil oldu ki, bu da həm Ordunun gücünün artırılması kimi, həm də ordu – ictimaiyyət münasibətlərinin daha da möhkəmləndirilməsi kimi gərəkli oldu. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq. Yüksək dağlıq şəraitdə həyata keçirilən Şuşanın azad edilməsi əməliyyatı Azərbaycanın hərb tarixinin ən parlaq səhifəsidir”-deyə müsahibimiz fikrini yekunlaşdırıb.

Oxunub: 10266
Paylaş:
Digər xəbərlər

Siyasət

28-05-2023, 10:34

Azərbaycanda Müstəqillik Günüdür [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

25-05-2023, 14:26

Xalid Quluzadə: Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisidir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

24-05-2023, 10:19

Eltun Süleymanov: Azərbaycan Şərqin öz taleyini özü yazan dövlətlərindən biridir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

26-05-2023, 13:39

Sevda Mehdizadə: Azərbaycan tariximizin ən güclü dövrünü yaşayır [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Qarabağ Universitetində YENİLİK
Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
Su polisi vətəndaşın şikayətini araşdırır
“Adını daşıyan nəvənlə yanındayam, çox darıxırıq” - Milli Qəhrəmanın oğlu
IV Şuşa Qlobal Media Forumu başa çatıb
Milli Məclisin iclası başa çatdı - Deputatlar tətilə çıxdı
Hadisə
Dün, 14:08
Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
Dün, 14:02
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
11-07-2026, 11:30
Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu
11-07-2026, 09:23
Evin girişi başlarına uçdu, köməksiz vəziyyətdə qaldılar - VİDEO
10-07-2026, 11:30
Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti - Açıqlandı
10-07-2026, 11:26
“Bundan maşın çıxmaz, bilmirəm zərərimi necə ödəyəcəklər” - Video
Son xəbərlər
  • Dün, 16:00
    Tramp: Hücumlar Tehran Ağ Evin şərtlərini qəbul edənədək davam edəcək
  • Dün, 15:30
    Yaxın Şərqin yenidən alovlanmasının PƏRDƏARXASI DETALLARI
  • Dün, 14:12
    İran itkilərinin sayını açıqladı
  • Dün, 14:08
    Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
  • Dün, 14:02
    Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
  • Dün, 13:59
    Ukrayna Qara dənizdə rusların 20 gəmisini vurdu
  • Dün, 12:52
    Qarabağ Universitetində YENİLİK
  • Dün, 12:46
    Əli Əsədov Qətərin Bakıdakı səfirliyinə getdi, başsağlığı verdi
  • Dün, 11:26
    Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
  • Dün, 11:21
    İlham Əliyev Ərdoğana başsağlığı verdi
  • Dün, 10:40
    Su polisi vətəndaşın şikayətini araşdırır
  • Dün, 10:03
    Yamal Mbappeni kölgədə qoydu
  • Dün, 09:59
    ABŞ 23 il sonra bu ölkədən hərbçilərini tam çıxarır
  • Dün, 09:55
    Maraqla gözlənilən oyun - İspaniyanın rəqibi bəlli olur
  • Dün, 09:31
    ABŞ-dən İsrailə təzyiq: Tramp qoşunların geri çəkilməsini istəyib
  • Dün, 09:28
    Türkiyə XİN o hücumu pislədi
  • Dün, 09:24
    Azərbaycan XİN Türkiyəyə təbrik ünvanladı
  • Dün, 09:00
    DÇ-2026: Fransanı məğlub edən İspaniya ilk finalçı oldu
  • 14-07-2026, 16:00
    Ermənistanda pasportlarının Türkiyədə çapı iddiaları - QALMAQAL
  • 14-07-2026, 15:30
    Müharibənin sonunu gətirəcək "QIZIL AÇAR" - Putinin "Müqəddəs Simvolu" ÇÖKÜR
  • 14-07-2026, 15:09
    Prezidentin maşınında selfi çəkdi - Foto
  • 14-07-2026, 15:05
    Prezidentlər bir-birinə bunları hədiyyə etdi - Video
  • 14-07-2026, 14:22
    “Adını daşıyan nəvənlə yanındayam, çox darıxırıq” - Milli Qəhrəmanın oğlu
  • 14-07-2026, 13:29
    IV Şuşa Qlobal Media Forumu başa çatıb
  • 14-07-2026, 13:26
    Hikmət Hacıyev Şuşada D-8-in nümayəndə heyəti ilə görüşdü
  • 14-07-2026, 13:22
    Prezidentlər Şuşada güllələnmiş büstlərə baxıblar - FOTO
  • 14-07-2026, 13:14
    Milli Məclisin iclası başa çatdı - Deputatlar tətilə çıxdı
  • 14-07-2026, 12:34
    Elektron siqaretlərlə bağlı daha bir QADAĞA
  • 14-07-2026, 12:31
    Azərbaycanda tələbələrlə bağlı YENİ QANUN
  • 14-07-2026, 12:28
    Dövlət mülkiyyətində olan əmlaklarla bağlı YENİLİK
  • 14-07-2026, 12:25
    Valyutanın xaricdən qaytarılmamasına görə cərimə dəyişir
  • 14-07-2026, 12:22
    Balıqçılıq məhsullarının yeni satış qaydalar
  • 14-07-2026, 10:50
    Şuşada Azərbaycan və Slovakiya prezidentlərinin təkbətək görüşü olub
  • 14-07-2026, 10:44
    Slovakiya Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi oldu
  • 14-07-2026, 09:59
    Hikmət Hacıyev: Münaqişələr həm də informasiya məkanında aparılır
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə