• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 4-cü mikrorayon ərazisində vətəndaş qəbulu keçirib [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

7-07-2024, 12:04

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 4-cü mikrorayon ərazisində vətəndaş qəbulu keçirib


Zakir Fərəcov 4-cü mikrorayon ərazisində qəbul keçirdi

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 4-cü mikrorayon ərazisində vətəndaş qəbulu keçirib.

Görüşdə şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak ediblər.

Sakinləri fərdi qaydada dinləyən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qaldırılan məsələlərin bir qismini yerindəcə həll edib, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verib.

Sakinlər şəhər rəhbərinin vətəndaşlarla görüşərək problemlərin həllinə xüsusi önəm verməsini yüksək qiymətləndiriblər və bu cür qəbulların mütəmadi olaraq keçirilməsinin faydalı olduğunu bildiriblər.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 4-cü mikrorayon ərazisində vətəndaş qəbulu keçirib
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 4-cü mikrorayon ərazisində vətəndaş qəbulu keçirib
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 4-cü mikrorayon ərazisində vətəndaş qəbulu keçirib
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 4-cü mikrorayon ərazisində vətəndaş qəbulu keçirib
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 4-cü mikrorayon ərazisində vətəndaş qəbulu keçirib
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 4-cü mikrorayon ərazisində vətəndaş qəbulu keçirib
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 4-cü mikrorayon ərazisində vətəndaş qəbulu keçirib
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 4-cü mikrorayon ərazisində vətəndaş qəbulu keçirib
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 4-cü mikrorayon ərazisində vətəndaş qəbulu keçirib
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 4-cü mikrorayon ərazisində vətəndaş qəbulu keçirib


Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov - İyulun 4-də Şanxay Əməkdaşlıq Təşkilatının növbəti Zirvə görüşü Qazaxıstanın paytaxtı Astana şəhərində keçirildi. İyulun 3-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Astanaya səfər edən dövlət başçısı İlham Əliyevin Zirvə görüşündən öncə keçirdiyi görüşlər ölkəmizin, Prezidentin beynəlxalq nüfuzunun təqdimatı oldu. Əsas prinsipləri qarşılıqlı etimad və mehriban qonşuluq münasibətlərinin gücləndirilməsi olan və çoxsaylı ölkələri birləşdirən ŞƏT hazırda qlobal əməkdaşlıq platforması kimi qəbul edilir. Azərbaycanın ŞƏT-lə əməkdaşlığının tarixinə qlsa nəzər salaq. 2015-ci ildə ŞƏT-ə üzv dövlətlərinin başçıları Şurasının iclasında Azərbaycana tərəfdaş statusun verilməsi ilə bağlı qərar qəbul edilib, 2016-cı ildə Pekində Azərbaycana ŞƏT-in dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında Memorandum imzalanıb. 2022-ci ildə isə ŞƏT-in Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə Görüşündə Prezident İlham Əliyev fəxri qonaq qismində iştirak edib. Prezident İlham Əliyev artıq ikinci dəfə ŞƏT-ə üzv ölkələrin Zirvə toplantısında iştirak etdi. Bu kontekstdə Azərbaycan ilə ŞƏT, habelə təşkilata üzv olan ölkələrlə ikitərəfli əlaqələrin inkişafına diqqət yetirdikdə tərəflərin əməkdaşlıqda maraqlı olduqlarını görürür və səylərini günbəgün artırırlar.

Azərbaycanın son illər beynəlxalq arenada artan nüfuzu, həmçinin Avrasiya məkanında əsas tranzit qovşağa çevrilməsi ölkəmizin ŞƏT üçün əhəmiyyətini daha da artıran faktorlar kimi geniş təhlil edilir. Azərbaycan da həm təhlükəsizlik, həm də iqtisadi inkişaf sahəsində daha mühüm rol oynamağa başlayan ŞƏT ilə daha sıx əməkdaşlığa səy göstərir.

ŞƏT 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in 10 üzvü (Qazaxıstan, Çin, Rusiya, Belarus, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran), 2 müşahidəçi üzvü (Əfqanıstan, Monqolustan) və 14 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) var. Zirvə görüşü üzv ölkələrin iqtisadiyyatının inkişafı, təhlükəsizliyin təmin edilməsi, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, vacib problemlərin həlli, birgə fəaliyyətin tənzimlənməsi baxımından böyük əhəmiyyətə malikdir. Əsas məqsədləri üzv dövlətlər arasında siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir. Astanada “ŞƏT plyus” formatında keçirilən budəfəki sammitə 16 ölkənin dövlət və hökumət başçıları qatıldılar. Azərbaycanın belə mötəbər təşkilatın sammitinə dəvət olunması ölkəmizin, xüsusilə İlham Əliyevin dünya miqyasında artan nüfuzunun və ona göstərilən yüksək ehtiramın ifadəsi oldu. Dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında son iki ildə Qazaxıstana dörd, bu müddətdə Qazaxıstan Prezidentinin Azərbaycana üç dəfə səfər etdiyini xatırladaraq bu mühüm məqamın ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından xəbər verdiyini diqqətə çatdırdı. Həmçinin bildirildi ki, Azərbaycan ikinci dəfədir ŞƏT-in Zirvə toplantısına dəvət olunur. Bu, Azərbaycan ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndirilir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib.

İyul ayının 5-6 tarixlərində Şuşada keçirilən Türk Dövlətlərinin qeyri-rəsmi Zirvə görüşü də mühüm məqamlara işıq saldı. Türk dünyasının birliyi istiqamətində aparılan fəaliyyət Türk Dövlətləri Təşkilatını dünya miqyasında böyük bir güc mərkəzinə çevirməkdədir. Hazırda türk dünyası getdikcə artan əhalini və əhali tərkibində gəncliyin üstünlüyünü, zəngin təbii sərvətləri, şaxələnmiş nəqliyyat yollarını, türkdilli ölkələr arasında tarixi-mənəvi bağları birləşdirən geniş bir coğrafiyanı əhatə edir. Ona görə də hər bir toplantı, hər bir sammit, konfrans məhz bu məqsədlərə doğru atılan addımdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə Şuşada keçirilən Zirvə görüşü türk dövlətləri arasında növbəti davamlı təmaslara, birliyimizin möhkəmləndirilməsinə müsbət təsir göstərəcək. "Nəqliyyat bağlantısı və iqlim fəaliyyəti vasitəsilə davamlı gələcəyin qurulması" mövzusunda keçirilən Zirvə görüşündəki çıxışında cənab İlham Əliyev Azərbaycanın tranzit imkanlarından, ölkələr arasında körpü rolundan geniş bəhs etdi. Bildirdi ki, Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi qarşımızda duran prioritet məsələlərdən biridir. Orta Dəhlizin ayrılmaz bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyəti Azərbaycanın əlavə sərmayəsi nəticəsində 1 milyondan 5 milyon tona çatdırılıb. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Artan yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edilir. Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək. Bu ilin may ayında İstanbulda Türk İnvestisiya Fondunun təsis iclasının keçirilməsi iqtisadi əlaqələrimizin daha da dərinləşməsinə xidmət edən növbəti uğurlu addımdır. Fond vasitəsilə bir çox sahələrdə birgə layihələrə sərmayə qoyulacaq. Enerji sahəsində strateji tərəfdaşlığımız, o cümlədən bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlığımız çox əhəmiyyətlidir.

Türk dünyasının birliyinin, həmrəyliyinin gücləndirilməsi üçün geniş imkanlar yaranır. Cənab İlham Əliyev çıxışında bu məqamı da xüsusi qeyd etdi ki, Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturu bizim birlikdə nəzərdə tutduğumuz hədəflərin reallaşdırılması üçün yetərli deyil. Buna görə, Azərbaycan bu günlərdə Katibliyin hesabına 2 milyon dollar məbləğində vəsait köçürmüşdür.

Şuşa Zirvə görüşü çərçivəsində imzalanan Qarabağ Bəyannaməsi, qəbul edilən qərarlar türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək. Prezident İlham Əliyev “XXI əsr türk dünyası əsri olmalıdır” çağırışını etdi. Bu çağırış türk dünyasının birliyi, həmrəyliyi istiqamətində əldə olunan uğurlara əsaslanır.

Oxunub: 10145
Paylaş:
Digər xəbərlər

Bölgə

1-06-2023, 11:51

Sumqayıt şəhərində səyyar qəbullar davam edir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Bölgə

29-07-2023, 15:00

Külli miqdarda vergi borcu olan şirkət Sumqayıt şəhər İcra Hakimiyyətinin də tenderinin qalibi seçilibmiş – 777 min manatı ötdü [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Bölgə

7-06-2024, 13:15

Zakir Fərəcovun ailəsinə AĞIR İTKİ [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

29-01-2024, 10:33

Lənkəran Şəhər İcra Hakimiyyətində silsilə tədbirlər davam edir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

23-10-2023, 16:07

Prezident Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yaradılan şəraitlə tanış olub [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Qarabağ Universitetində YENİLİK
Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
Su polisi vətəndaşın şikayətini araşdırır
“Adını daşıyan nəvənlə yanındayam, çox darıxırıq” - Milli Qəhrəmanın oğlu
IV Şuşa Qlobal Media Forumu başa çatıb
Milli Məclisin iclası başa çatdı - Deputatlar tətilə çıxdı
Hadisə
Dün, 14:08
Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
Dün, 14:02
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
11-07-2026, 11:30
Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu
11-07-2026, 09:23
Evin girişi başlarına uçdu, köməksiz vəziyyətdə qaldılar - VİDEO
10-07-2026, 11:30
Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti - Açıqlandı
10-07-2026, 11:26
“Bundan maşın çıxmaz, bilmirəm zərərimi necə ödəyəcəklər” - Video
Son xəbərlər
  • Dün, 16:00
    Tramp: Hücumlar Tehran Ağ Evin şərtlərini qəbul edənədək davam edəcək
  • Dün, 15:30
    Yaxın Şərqin yenidən alovlanmasının PƏRDƏARXASI DETALLARI
  • Dün, 14:12
    İran itkilərinin sayını açıqladı
  • Dün, 14:08
    Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
  • Dün, 14:02
    Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
  • Dün, 13:59
    Ukrayna Qara dənizdə rusların 20 gəmisini vurdu
  • Dün, 12:52
    Qarabağ Universitetində YENİLİK
  • Dün, 12:46
    Əli Əsədov Qətərin Bakıdakı səfirliyinə getdi, başsağlığı verdi
  • Dün, 11:26
    Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
  • Dün, 11:21
    İlham Əliyev Ərdoğana başsağlığı verdi
  • Dün, 10:40
    Su polisi vətəndaşın şikayətini araşdırır
  • Dün, 10:03
    Yamal Mbappeni kölgədə qoydu
  • Dün, 09:59
    ABŞ 23 il sonra bu ölkədən hərbçilərini tam çıxarır
  • Dün, 09:55
    Maraqla gözlənilən oyun - İspaniyanın rəqibi bəlli olur
  • Dün, 09:31
    ABŞ-dən İsrailə təzyiq: Tramp qoşunların geri çəkilməsini istəyib
  • Dün, 09:28
    Türkiyə XİN o hücumu pislədi
  • Dün, 09:24
    Azərbaycan XİN Türkiyəyə təbrik ünvanladı
  • Dün, 09:00
    DÇ-2026: Fransanı məğlub edən İspaniya ilk finalçı oldu
  • 14-07-2026, 16:00
    Ermənistanda pasportlarının Türkiyədə çapı iddiaları - QALMAQAL
  • 14-07-2026, 15:30
    Müharibənin sonunu gətirəcək "QIZIL AÇAR" - Putinin "Müqəddəs Simvolu" ÇÖKÜR
  • 14-07-2026, 15:09
    Prezidentin maşınında selfi çəkdi - Foto
  • 14-07-2026, 15:05
    Prezidentlər bir-birinə bunları hədiyyə etdi - Video
  • 14-07-2026, 14:22
    “Adını daşıyan nəvənlə yanındayam, çox darıxırıq” - Milli Qəhrəmanın oğlu
  • 14-07-2026, 13:29
    IV Şuşa Qlobal Media Forumu başa çatıb
  • 14-07-2026, 13:26
    Hikmət Hacıyev Şuşada D-8-in nümayəndə heyəti ilə görüşdü
  • 14-07-2026, 13:22
    Prezidentlər Şuşada güllələnmiş büstlərə baxıblar - FOTO
  • 14-07-2026, 13:14
    Milli Məclisin iclası başa çatdı - Deputatlar tətilə çıxdı
  • 14-07-2026, 12:34
    Elektron siqaretlərlə bağlı daha bir QADAĞA
  • 14-07-2026, 12:31
    Azərbaycanda tələbələrlə bağlı YENİ QANUN
  • 14-07-2026, 12:28
    Dövlət mülkiyyətində olan əmlaklarla bağlı YENİLİK
  • 14-07-2026, 12:25
    Valyutanın xaricdən qaytarılmamasına görə cərimə dəyişir
  • 14-07-2026, 12:22
    Balıqçılıq məhsullarının yeni satış qaydalar
  • 14-07-2026, 10:50
    Şuşada Azərbaycan və Slovakiya prezidentlərinin təkbətək görüşü olub
  • 14-07-2026, 10:44
    Slovakiya Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi oldu
  • 14-07-2026, 09:59
    Hikmət Hacıyev: Münaqişələr həm də informasiya məkanında aparılır
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə