• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Nurayə Yusifova: Tariximizin qəhrəmanlıq səhifəsi [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

15-01-2024, 10:25

Nurayə Yusifova: Tariximizin qəhrəmanlıq səhifəsi


Ağstafa Kolayır kənd ibtidai orta məktəbinin direktoru Nurayə Yusifova - Tariximizin hüzn və şərəf səhifəsi olan 1990-cı il 20 Yanvar faciəsindən 34 il ötür. Arxada qalan hər il faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında zəngin mənbəyə çevrilir. Qəhrəman oğul və qızlarımız Azərbaycanın suverenliyi, müstəqilliyi, azadlığı, bugünümüz, ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını qurban verdilər. Vaxtilə bu qanlı hadisələri böyük kədərlə qeyd edirdiksə, bu gün bununla bərabər qəlbinizdə qürur hissi də yaşanır. Artıq üç ildir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz dünya hərb tarixinə yeni səhifə yazıb. Dünyaya səs salan tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. 30 il işğal altında qalan, amma bu günü səbirsizliklə gözləyən torpalarımız sahibinə qovuşduğu üçün sevinclidirlər. Bu qalibiyyətin əsasını qəhrəman 20 Yanvar şəhidləri qoydu.

20 Yanvar faciəsi sovet imperiyası tərəfindən əvvəlcədən planlaşdırılmış hərbi cinayət idi. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmağımıza görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi. Lakin bununla çirkin niyyətinə çata bilmədi. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan qışlasında (kazarmasında) yerləşdirilmişdir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi. Dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. Bu qanlı faciədən sonra sovet imperiyası Aszərbaycanda özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Xalqın Sov.İKP-yə və mövcud rejimə qarşı nifrəti son həddə çatdı, Sov.İKP üzvləri kütləvi şəkildə partiya biletlərini ataraq onun sıralarını tərk etdilər.

Həmin vaxt ölkəyə rəhbərlik edənlər bu hadisələrə hüquqi-siyasi qiymət verməyə cəsarət etmədilər. 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. İnsanlığa xas olmayan bu faciəyə ilk ilk siyasi-hüquqi qiymət də Ümummilli Lider tərəfindən verildi. Onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Həmçinin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev təhlükələrdən qorxub çəkinmədi. Sovet hakimiyyətinin 20 Yanvar cinayətinə etiraz edərək Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. Ulu Öndərin göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi. Həmin qərarda bu mühüm məqamlar öz əksini tapmışdır ki, Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilsin.

Ümummilli Lider dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı. Heydər Əliyevin fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib.

Azərbaycan zəngin tarixə malikdir. Xalqımız tariximizin hər bir səhifəsinin öyrənilməsinə, gələcək nəsillərə çatdırılmasına xüsusi önəm verir. Çap edilən kitablar, yazılan elmi əsərlər, tarixi mənbələr həqiqətlərimizin daha dolğun şəkildə beynəlxalq ictimaiyyətə çatdırılmasında öz sözünü deyir. Hər zaman bu reallıq öndə saxlanılır ki, keçmişini unutmayan, bu günü ilə qürur duyan və gələcəyə böyük inamla addımlayan xalq hər zaman tarixin sərt sınaqlarından şərəflə çıxar. 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub.

Oxunub: 10236
Paylaş:
Digər xəbərlər

---

18-01-2024, 15:10

Nailə Əhmədova: Milli azadlıq hərəkatının zirvəsi [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

25-09-2023, 09:30

İntizar müəllimə: Müasir tariximizin unudulmaz səhifəsi [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

18-01-2024, 20:33

20 Yanvar – qanlı və şanlı tariximiz [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

15-01-2024, 13:10

Dr.Samiq Qurbanov: Cənab İlham Əliyev ilə yeni hədəflərə doğru [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Qarabağ Universitetində YENİLİK
Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
Su polisi vətəndaşın şikayətini araşdırır
“Adını daşıyan nəvənlə yanındayam, çox darıxırıq” - Milli Qəhrəmanın oğlu
IV Şuşa Qlobal Media Forumu başa çatıb
Milli Məclisin iclası başa çatdı - Deputatlar tətilə çıxdı
Hadisə
Bugün, 10:09
Bakıda hoteldə yanğın - Qonaqlar təxliyə edildi - VİDEO
Bugün, 09:56
Dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salındı
Dün, 14:08
Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
Dün, 14:02
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
11-07-2026, 11:30
Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu
11-07-2026, 09:23
Evin girişi başlarına uçdu, köməksiz vəziyyətdə qaldılar - VİDEO
Son xəbərlər
  • Bugün, 10:18
    Neft bazarında SON DURUM – Qiymətlər belə dəyişdi
  • Bugün, 10:09
    Bakıda hoteldə yanğın - Qonaqlar təxliyə edildi - VİDEO
  • Bugün, 10:00
    Şükürbəyli kəndinə 52 nəfərdən ibarət köç karvanı yola salındı
  • Bugün, 09:56
    Dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salındı
  • Bugün, 09:53
    Avropa Liqası: "Qarabağ"ı İslandiyada çətin oyun gözləyir
  • Bugün, 09:45
    NBC News: İranla müharibə ABŞ-yə 100 milyard dollara başa gələ bilər
  • Bugün, 09:42
    Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşdü
  • Bugün, 09:00
    DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək növbəti finalçı olub
  • Dün, 16:00
    Tramp: Hücumlar Tehran Ağ Evin şərtlərini qəbul edənədək davam edəcək
  • Dün, 15:30
    Yaxın Şərqin yenidən alovlanmasının PƏRDƏARXASI DETALLARI
  • Dün, 14:12
    İran itkilərinin sayını açıqladı
  • Dün, 14:08
    Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
  • Dün, 14:02
    Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
  • Dün, 13:59
    Ukrayna Qara dənizdə rusların 20 gəmisini vurdu
  • Dün, 12:52
    Qarabağ Universitetində YENİLİK
  • Dün, 12:46
    Əli Əsədov Qətərin Bakıdakı səfirliyinə getdi, başsağlığı verdi
  • Dün, 11:26
    Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
  • Dün, 11:21
    İlham Əliyev Ərdoğana başsağlığı verdi
  • Dün, 10:40
    Su polisi vətəndaşın şikayətini araşdırır
  • Dün, 10:03
    Yamal Mbappeni kölgədə qoydu
  • Dün, 09:59
    ABŞ 23 il sonra bu ölkədən hərbçilərini tam çıxarır
  • Dün, 09:55
    Maraqla gözlənilən oyun - İspaniyanın rəqibi bəlli olur
  • Dün, 09:31
    ABŞ-dən İsrailə təzyiq: Tramp qoşunların geri çəkilməsini istəyib
  • Dün, 09:28
    Türkiyə XİN o hücumu pislədi
  • Dün, 09:24
    Azərbaycan XİN Türkiyəyə təbrik ünvanladı
  • Dün, 09:00
    DÇ-2026: Fransanı məğlub edən İspaniya ilk finalçı oldu
  • 14-07-2026, 16:00
    Ermənistanda pasportlarının Türkiyədə çapı iddiaları - QALMAQAL
  • 14-07-2026, 15:30
    Müharibənin sonunu gətirəcək "QIZIL AÇAR" - Putinin "Müqəddəs Simvolu" ÇÖKÜR
  • 14-07-2026, 15:09
    Prezidentin maşınında selfi çəkdi - Foto
  • 14-07-2026, 15:05
    Prezidentlər bir-birinə bunları hədiyyə etdi - Video
  • 14-07-2026, 14:22
    “Adını daşıyan nəvənlə yanındayam, çox darıxırıq” - Milli Qəhrəmanın oğlu
  • 14-07-2026, 13:29
    IV Şuşa Qlobal Media Forumu başa çatıb
  • 14-07-2026, 13:26
    Hikmət Hacıyev Şuşada D-8-in nümayəndə heyəti ilə görüşdü
  • 14-07-2026, 13:22
    Prezidentlər Şuşada güllələnmiş büstlərə baxıblar - FOTO
  • 14-07-2026, 13:14
    Milli Məclisin iclası başa çatdı - Deputatlar tətilə çıxdı
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə