• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Hacı Eldəniz Quliyev: Milli Qurtuluş: xalq-Lider birliyinin möhtəşəm təntənəsi [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

11-06-2025, 10:16

Hacı Eldəniz Quliyev: Milli Qurtuluş: xalq-Lider birliyinin möhtəşəm təntənəsi


XX əsrin sonlarında dünya siyasi düzəni dəyişdi. Sovet imperiyasının dağılması ilə bir çox xalq kimi, azərbaycanlılar da azadlığa qovuşdu. Azərbaycan da 18 oktyabr 1991-ci ildə müstəqil dövlət olduğunu elan etdi. Müstəqilliyin ilk illərində Azərbaycan faktiki olaraq liderlik böhranı və idarəetmə xaosu ilə üz-üzə idi. Hakimiyyət tez-tez dəyişir, xalqın etimadı itirildi. 1991–1993-cü illər ərzində Azərbaycanda hakimiyyətə, Ayaz Mütəllibov (1990–1992), Yaqub Məmmədov müvəqqəti sədrlik etdi, Əbülfəz Elçibəy (1992–1993) xalqın seçimi ilə prezident oldu, separatizm və vətəndaş müharibəsi təhlükəsi ölkənin varlığını sual altına aldı. Həmin dövrdə dövlət idarəetməsi zəif idi, müharibə dərinləşirdi, siyasi partiyalar arasında qarşıdurma pik həddə çatmışdı, silahlı qruplar dövlət orqanlarını əvəz edirdi. Lakin bu dəyişikliklər ölkədə sabitlik yaratmadı. Əksinə, siyasi böhran dərinləşdi. 1993-cü ilin əvvəllərində Gəncə hadisələri adlandırılan silahlı qiyam baş verdi. Gəncədə hərbi hissə komandiri olan Sürət Hüseynov üsyan qaldırdı, mərkəzi hakimiyyət buna cavab verə bilmədi. Həmin dövrdə Prezident Əbülfəz Elçibəyin faktiki olaraq paytaxtı tərk etməsi ölkəni ağır böhranla üz-üzə qoydu. Parlament çarəsiz idi, küçədə silahlılar, bölgələrdə anarxiya hökm sürürdü. Xalq bir nəfəri – Heydər Əliyevi çağırırdı. Məhz belə bir şəraitdə 1992-ci ilin oktyabrında ölkənin tanınmış ziyalıları, alimlər, incəsənət xadimləri və ictimai fiqurlarından ibarət 91 nəfər Heydər Əliyevə müraciət edərək onu yeni siyasi qüvvə yaratmağa və xalqın xilası üçün siyasi arenaya qayıtmağa çağırdılar. Çağırışda belə deyilirdi “Sizin təcrübəniz, uzaqgörənliyiniz və xalq içində nüfuzunuz bu gün ən çox ehtiyac duyulan amillərdir”. Bu çağırış nəticəsində Naxçıvanda müxalif patiya Yeni Azərbaycan Partiyası (YAP) 21 noyabr 1992-ci ildə yaradıldı. Partiyanın lideri Heydər Əliyev oldu. Partiyanın Təsis Bəyannaməsində belə deyilir “YAP hakimiyyət üçün yox, xalq üçün yaranır”. Bu, partiyanın ilk növbədə xalqa xidmət, dövlətçiliyi qorumaq və sabitlik yaratmaq məqsədi ilə müxalif qüvvə kimi fəaliyyətə başladığını göstərir. 1992-ci ildə yaranan bu partiya ilk mərhələdə müxalif mövqedən çıxış etsə də, qısa müddət ərzində ölkənin siyasi sistemində əsas rol oynayan iqtidar partiyasına çevrildi. Onun iqtidara gəlməsi təkcə partiya dəyişikliyi deyil, həm də dövlətçilik və sabitliyin bərpa olunması prosesi idi. 1993-cü ilin iyununda Heydər Əliyev xalqın, ordunun və parlamentin çağırışı ilə Bakıya gəldi. 15 iyun 1993-cü ildə o, Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu tarix sonradan Milli Qurtuluş Günü kimi Azərbaycan dövlətçiliyinin bərpasının simvoluna çevrildi. Heydər Əliyevin qayıdışı ilə Azərbaycanın tarixində Milli Qurtuluş dövrünü başladı.

Heydər Əliyev bu tarixi qayıdış barədə belə demişdi; “Xalqın təkidi və çağırışı ilə Azərbaycana qayıtdım. Mənim üçün vətənin taleyi hər şeydən üstün idi”

Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə siyasi sabitlik yaradıldı, Silahlı dəstələr tərk-silah edildi, dövlət idarəçiliyi mərkəzləşdirildi. İqtisadi islahatların əsas mərhələsi isə 1994-cü ildə baş tutdu. “Əsrin müqaviləsi” kimi tanınan və 1994-cü il sentyabrın 20-də imzalanmış neft sazişi Azərbaycanın enerji potensialını dünya miqyasına çıxardı. BMT və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq quruldu. 1995-ci ildə qəbul edilmiş Konstitusiya müstəqil Azərbaycanın hüquqi əsaslarını müəyyənləşdirdi. Bu, sadəcə bir liderin qayıdışı deyildi – dövlətin xilası idi.

15 iyun 1993-cü il təkcə bir siyasi hadisə deyil, tarixi dönüş nöqtəsi idi, Azərbaycanın müstəqil dövlət kimi ikinci dəfə doğulması idi. Bu gün həm də xalqın öz iradəsi ilə taleyinə sahib çıxmasının simvoludur. Həmin gündən etibarən Azərbaycan xalqı öz gələcəyini inamla qurmağa başladı. Bu gün Azərbaycanın müstəqil dövlət kimi dünyada layiqli yer tutması, sabitlik və inkişaf yolu ilə irəliləməsi Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu siyasətin nəticəsidir. Heydər Əliyev deyirdi “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və sarsılmazdır!” Bu sözlər bu gün Azərbaycanın mövcudluğunun ideoloji dayağı kimi qalır.

Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müstəqil, güclü, sabit və müasir Azərbaycan – məhz Milli Qurtuluşun bəhrəsidir.

“Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Mən bu məsuliyyəti öz üzərimə götürdüm və xalqıma arxalandım” – Heydər Əliyev

Heydər Əliyev hakimiyyətə gəlməsəydi ölkənin vəziyyəti siyasi, iqtisadi, hərbi cəhətdən uçuruma doğru sürüklənəçəkdi və ölkə olaraq dağılma və vətəndaş qarşıdurması prespektivi olacaqdı. Lakin, Heydər Əliyevin hakimiyyətə gəlməsi sadəcə bir siyasi liderin qayıdışı deyildi – bu, ölkənin fiziki və siyasi olaraq xilas edilməsi idi. Əgər o gəlməsəydi, Azərbaycan bu günki müstəqil, güclü və regional nüfuza malik dövlət olmayacaqdı. Onun qayıdışı ilə sabitlik, inkişaf və güclü dövlət quruculuğu mərhələsi başlandı. Ulu Öndər Heydər Əliyev müasir müstəqil Azərbaycanın qurucusu kimi tarixə düşdü. Onun müəyyən etdiyi strateji inkişaf yolu, milli maraqlara əsaslanan dövlətçilik siyasəti bu gün də uğurla davam etdirilir. Bu siyasi xəttin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev atasının ideyalarını XXI əsrin çağırışlarına uyğun şəkildə inkişaf etdirərək, Azərbaycanı regionun lider dövlətinə çevirmişdir. Azərbaycan regionda söz sahibi olan bir dövlətdir. Onun iqtisadi, hərbi, siyasi və enerji sahələrində qazandığı uğurlar təkcə ölkənin deyil, bütövlükdə regionun inkişafına yönəlik mühüm addımlardır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji siyasət Azərbaycanın bu mövqeyini daha da möhkəmləndirməkdədir. Bu, həm tarixi zərurət, həm də milli iradənin təntənəsidir.

15 iyun 1993-cü il Milli Qurtuluş Günü kimi Azərbaycan tarixinə qızıl hərflərlə həkk olundu.

Oxunub: 10110
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

19-06-2023, 13:26

Anar Məmmədov: Ümummilli Liderin möhtəşəm əsəri [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

5-09-2024, 11:32

Maya Yunusova: Böyük sabahlara gedən yol [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

15-06-2024, 09:34

Azərbaycanda Milli Qurtuluş Günüdür [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

15-06-2023, 08:41

Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

18-10-2024, 09:33

Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
KOLBASA həvəskarları oxusun! – QİDA mütəxəssisindən SOS
Deputatdan AÇIQLAMA - "Azərbaycanda pullu insanlara qarşı çox böyük qısqanclıq, paxıllıq var"
Qarabağ Universitetində YENİLİK
Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
Su polisi vətəndaşın şikayətini araşdırır
“Adını daşıyan nəvənlə yanındayam, çox darıxırıq” - Milli Qəhrəmanın oğlu
Hadisə
Bugün, 13:05
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Bugün, 10:09
Bakıda hoteldə yanğın - Qonaqlar təxliyə edildi - VİDEO
Bugün, 09:56
Dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salındı
Dün, 14:08
Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
Dün, 14:02
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
11-07-2026, 11:30
Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu
Son xəbərlər
  • Bugün, 16:00
    KOLBASA həvəskarları oxusun! – QİDA mütəxəssisindən SOS
  • Bugün, 15:30
    Məşhur şəhərdə su tükənir: Yeni qadağalar qüvvəyə mindi
  • Bugün, 14:22
    Qaqauziya Türkiyədən dəstək istədi
  • Bugün, 13:47
    Kiyevdə tarixi RAZILAŞMA: Türkiyə Ukrayna üçün o kritik missiyanı öz üzərinə götürdü
  • Bugün, 13:31
    Deputatdan AÇIQLAMA - "Azərbaycanda pullu insanlara qarşı çox böyük qısqanclıq, paxıllıq var"
  • Bugün, 13:05
    "Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
  • Bugün, 13:02
    İrəvan Zəngəzur dəhlizi ilə bağlı sazişi təsdiqlədi
  • Bugün, 12:57
    Donald Tramp İlham Əliyevin Şuşa Forumundakı çıxışı ilə bağlı paylaşım etdi - FOTO
  • Bugün, 12:51
    Fələstinin Baş naziri Bakıda Zəfər parkını ziyarət etdi
  • Bugün, 12:24
    Azərbaycanda 37 fələstinli tələbə təhsil alır
  • Bugün, 12:20
    İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi
  • Bugün, 12:14
    İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul edib - FOTO
  • Bugün, 10:18
    Neft bazarında SON DURUM – Qiymətlər belə dəyişdi
  • Bugün, 10:09
    Bakıda hoteldə yanğın - Qonaqlar təxliyə edildi - VİDEO
  • Bugün, 10:00
    Şükürbəyli kəndinə 52 nəfərdən ibarət köç karvanı yola salındı
  • Bugün, 09:56
    Dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salındı
  • Bugün, 09:53
    Avropa Liqası: "Qarabağ"ı İslandiyada çətin oyun gözləyir
  • Bugün, 09:45
    NBC News: İranla müharibə ABŞ-yə 100 milyard dollara başa gələ bilər
  • Bugün, 09:42
    Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşdü
  • Bugün, 09:00
    DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək növbəti finalçı olub
  • Dün, 16:00
    Tramp: Hücumlar Tehran Ağ Evin şərtlərini qəbul edənədək davam edəcək
  • Dün, 15:30
    Yaxın Şərqin yenidən alovlanmasının PƏRDƏARXASI DETALLARI
  • Dün, 14:12
    İran itkilərinin sayını açıqladı
  • Dün, 14:08
    Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
  • Dün, 14:02
    Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
  • Dün, 13:59
    Ukrayna Qara dənizdə rusların 20 gəmisini vurdu
  • Dün, 12:52
    Qarabağ Universitetində YENİLİK
  • Dün, 12:46
    Əli Əsədov Qətərin Bakıdakı səfirliyinə getdi, başsağlığı verdi
  • Dün, 11:26
    Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
  • Dün, 11:21
    İlham Əliyev Ərdoğana başsağlığı verdi
  • Dün, 10:40
    Su polisi vətəndaşın şikayətini araşdırır
  • Dün, 10:03
    Yamal Mbappeni kölgədə qoydu
  • Dün, 09:59
    ABŞ 23 il sonra bu ölkədən hərbçilərini tam çıxarır
  • Dün, 09:55
    Maraqla gözlənilən oyun - İspaniyanın rəqibi bəlli olur
  • Dün, 09:31
    ABŞ-dən İsrailə təzyiq: Tramp qoşunların geri çəkilməsini istəyib
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə